Rusiyada sosial media ilə bağlı məhkəmələr fəaliyyətə başlaya bilər.

XəzərXəbər "Sputniknews”a istinadən xəbər verir ki, hazırda hüquq sisteminin məşğul olduğu ən önəmli məsələlərdən biri sosial mediadakı ifrat bəyənmələr, paylaşımlar və s.-dir.

Rusiyanın bir sıra ərazilərində sosial media məsələləri ilə bağlı məhkəmə işləri açılır. Onların arasında cinsiyyətlərarası davalar da yer alır.

Rusiyanın müxtəlif yerlərində qadın düşməni olan kişi və kişiləri qorxudan feminist qadın haqqında məhkəmə işləri də var.
Rəsmi Kremlin sözçüsü Dmitri Peskov sosial mediada ictimai asayişə ziyan vura biləcək işlərlə bağlı xüsusi məhkəmələrin yaradıla biləcəyini açıqlayıb.
Qeyd edək ki, mövzu ilə bağlı Beynəlxalq İqtisadi Forumda çıxış etmiş Peskov Rusiya prezidenti Vladimir Putin tərəfindən rəqəmsal və texnoloji inkişaf dairəsi özəl təmsilçisi təyin olunub./AzNews.az


Mövzu "Xəzər Xəbərə" aitdir.