Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

19 yaşlı Azərbaycanlı haker Almaniyada tutulub

  1. #1
    Member
    Üyelik tarihi
    Mar 2006
    Mesajlar
    66

    19 yaşlı Azərbaycanlı haker Almaniyada tutulub

    Alman polisi Avstriya və Almaniyada bir sıra kibercinayətlər törədən azərbaycanlı hakeri həbs edib.

    Lent.az-ın məlumatına görə, 19 yaşlı gənc saxta məktublar yayaraq pul qazanırmış.
    Azərbaycanlı haker özünü əslində mövcud olmayan "Advimced Media", "Advanced Media", "Onlinesol" və "Binary Load" kimi şirkətlərin rəhbəri kimi qələmə verərək müxtəlif ünvanlara kütləvi şəkildə elektron məktublar göndərirmiş. O, bu məktublar vasitəsilə saxta faktura hesabları göndərərək video və musiqi faylarının yüklənməsinə görə borcun ödənilməsini tələb edirmiş.

    Şirkətlərin baş ofisinin Avstriyanın Qras şəhərində yerləşdiyi iddia edilən məktublarda hər video və musiqi faylının yüklənməsinə görə 40 avronun ödənilməsi tələb olunub. Azərbaycanlı hakerin saxtakarlıq yolu ilə ümumilikdə nə qədər pul mənimsədiyi bilinmir.

    İzlənə biləcəyini nəzərə alan haker tez-tez internet ünvanlarını dəyişirmiş. Faktla bağlı araşdırma aparan polis ödənişlərin həyata keçirilməsi üçün istifadə olunan “Paypal” hesabını tapıb. Polis bu barədə çoxlu şikayətlər aldığını bəyan edərək, vətəndaşları tanımadıqları ünvanlardan gələn məktublara cavab verməməyə çağırıb.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.