ICANN domen zonalarının qeydiyyatını asanlaşdıracaq
İnternetdə domen adlarının və zonalarının paylanmasını həyata keçirən ICANN təşkilatı 2011-ci ildən etibarən yuxarı dərəcəli domenlərin (.com, .net i .org kimi) qeydiyyatını xeyli asanlaşdırmağı planlaşdırır.
Qeydiyyatın zərurəti ilə bağlı ərizə ilə istənilən şəxs müraciət edə bilər.
Bu zaman təsdiq etmək lazımdır ki, resursun administratorunun qeydiyyatdan keçmək üçün irəli sürülən ad və ya fəaliyyət növü ilə əlaqəsi var. Əsasən burada ticarət nişanının qeydə alınması haqqında şəhadətnamə təqdim oluna bilər. Ərizəyə baxılma yarım ilə yaxın həyata keçiriləcək. Müvafiq ödəniş isə 185 min dollar təşkil edir. Lakin məbləğin ödənilməsi domen adının qeydiyyatdan keçməsi deyil. Bu gün zonaların qeydiyyat prosesi bir il yarım, bəzi hallarda isə hətta on ilə yaxın vaxt aparır.