Müsəlmanlar üçün yeni sosial şəbəkə yaradılıb.
Rusiya mətbuatı xəbər verir ki, «Madina» adlanan şəbəkə müsəlman gənclərin təmas qurması üçün yaradılıb. Orada əksər funksiyalar məşhur Facebook sosial şəbəkəsinin təkrarıdır.
«Madina» istifadəçilərə sayta videoçarxlar və musiqilər yükləmək, qruplarda birləşmək, müzakirələr aparmaq və sair imkanlar verir.


[