Azərbaycan miniatürü müsəlman Şərqinin incəsənəti tarixində ən maraqlı səhifələrdən birini təşkil edir. Bəlli olduğu kimi miniatür sənətinin ən qədim nümunələlərindən sayılan bir sox əsərlər Azərbaycan şəhərərində – Xoyda, Marağada, Təbrizdə yradılmışdır.

XIV-cü əsrin əvvəllərində Təbrizin ətrafında salınmış iki böyük şəhərcikdə – Qazaniyyə və Rəşidiyyədə elmi və tədris ocaqları, kitabxanalar və bədii emalatxanalar yerləşirdi.

Azərbaycan miniatürünün ən qədim nümunələri – «Mənafi əl – Heyivan» (1298), «Cami – ət – Təvarix» (1307 və 1314 il nüsxələri) müsəlman Şərqində yeni bir məktəbin yaranmasını təsdiqləyir. Yalnız Təbriz məktəbinin deyil, ümumiyyətlə bütün Şərq miniatür sənətinin «Şah əsərlərindən» sayılan Demott «Şahnamə» sinin (1330 -1340) illüstrasiyaları, Avropa və ABŞ –ın ən məhşur muzey və şəxsi kolleksiyalarında saxlanılır.

Gözəl xəttat, ədəbiyyat və incəsənət həvəskarları və himayəçiləri olan Soltan Uveys Cəlair (1358 - 1374) və onun oğlu Soltan Əhməd Cəlairin hakimiyyəti dövründə (1382 - 1410) Təbriz emalatxanası yeni bir dirçəliş dövrü yaşayır.

Hazırda İstambulda saxlanılan («Şahnamə», «Kəlilə və Dimnə» miniatürləri) buna gözəl misaldır.

XV əsrin əvvəllərində Azərbaycanı fəth etdikdən sonra Əmir Teymur bir çox sənətkarları Səmərqəndə, 1420-ci ildə isə onun nəvəsi Baysunqur – Mirzə onları Herata aparmışdır.

XVI əsrin əvvəllərində mərkəzləşmiş Azərbaycan Səfəvi dövləti güclənir və incəsənətin inkişafına şərait yaradır. Bu dövrdə Şah İsmayıl və onun oğlu Təhmasib kimi savadlı və sənətsevər hökmdarlar incəsənət xadimlərinə himayədarlıq edirlər.

Soltan Məhəmməd, Mirzə Əli, Mir Seid Əli və başqa fırça ustaları həmin XVI əsr Təbriz məktəbinin formalaşmasında böyük rol oynamışlar. Onlara Ustad Soltan Məhəmməd rəhbərlik edirdi.

Cəmilə Həsənzadə