2 sonuçtan 1 ile 2 arası

Azərbaycan Türkiyə ilə bir qrupa düşdü

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Azərbaycan Türkiyə ilə bir qrupa düşdü

    Fevralın 7-də Polşanın paytaxtı Varşavada 2012-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. A qrupunda yer alan Azərbaycan milli komandası Avro-2012-nin final mərhələsi uğrunda Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan milliləri ilə mübarizə aparacaq.

    Püşkatmanın tam nəticələri belədir:

    A qrupu: Almaniya, Türkiyə, Avstriya, Belçika, Qazaxıstan, Azərbaycan

    B qrupu: Rusiya, Slovakiya, İrlandiya, Makedoniya, Ermənistan, Andorra

    C qrupu: İtaliya, Serbiya, Şimali İrlandiya, Sloveniya, Estoniya, Farer Adaları

    D qrupu: Fransa, Rumıniya, Bosniya, Belarus, Albaniya, Lüksemburq

    E qrupu: Hollandiya, İsveç, Finlandiya, Macarıstan, Moldova, San-Marino

    F qrupu: Xorvatiya, Yunanıstan, İsrail, Latviya, Gürcüstan, Malta

    G qrupu: İngiltərə, İsveçrə, Bolqarıstan, Uels, Çernoqoriya

    H qrupu: Portuqaliya, Danimarka, Norveç, Kipr, İslandiya

    I qrupu: İspaniya, Çexiya, Şotlandiya, Litva, Lixtenşteyn

    Oyunlar 2010-cu ilin sentyabrından 2011-ci ilin noyabrınadək (şənbə və çərşənbə axşamları) keçiriləcək.

    Hər qrupun qalibi və ən yaxşı ikinci nəticə göstərən bir milli komanda birbaşa final mərhələsinə keçəcək. Daha dörd vəsiqə uğrunda isə ikinci yeri tutmuş qalan səkkiz komanda mübarizə aparacaq.

    Futbol üzrə Avropa çempionatının final mərhələsi iki ölkədə - Ukrayna və Polşada keçiriləcək.

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Re: Azərbaycan Türkiyə ilə bir qrupa düşdü

    [

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.