Bu gün Rusiyanın paytaxtı Moskvada "Birlik Kuboku" turnirinə start veriləcək. Turnirdə iştirak edən Azərbaycan çempionu "Bakı" da ilk oyununa çıxacaq. Komandamızın rəqibi Tacikistan çempionu "Vaxş" olacaq.
"Dinamo" manejində keçiriləcək oyun Bakı vaxtı ilə saat 14.00-da start götürəcək. Qeyd edək ki, "Bakı" ikinci oyununu sabah Finlandiyanın HİK komandasına qarşı keçirəcək. Komandamızın qrupdakı son rəqibi Qazaxıstanın "Aktobe" klubu olacaq.
Dunen Rusiyanın paytaxtı Moskvada "Birlik Kuboku" turnirinə start verildi və Azərbaycan çempionu "Bakı" artıq ilk oyununu keçirdi. Komandamızın rəqibi Tacikistan çempionu "Vaxş" oldu.
"Dinamo" manejində keçirilən oyuna fəal başlayan çempionumuz istəyinə 40-cı dəqiqədə çatdı. Ardıcıl qol imkanlarını boşa verən çempion ilk yarının sonuna 5 dəqiqə qalmış hesabı açdı. Fabio Luis Ramim fərqləndiş İkinci yarıya da fəal başlayan "Bakı" 48-ci dəqiqədə daha bir qol vurdu. Bu dəfə 16 yaşlı Hacı Əhmədov rəqib qapısına yol tapdı. Qeyd edək ki, Bülünt Korkmaz Əhmədovun həmyaşıdı Rəhman Hacıyevə şans vermişdi.
Qeyd edək ki, "Bakı" ikinci oyununu sabah Finlandiyanın HİK komandasına qarşı keçirəcək. Komandamızın qrupdakı son rəqibi Qazaxıstanın "Aktobe" klubu olacaq.
Yer imleri