"Barselona"nın kapitanı Lionel Messi klubda qalacaq.


Bu barədə 33 yaşlı argentinalı hücumçu özü məlumat verib.


Messi, klubda qalacağını, ancaq Bartomeunun idarəçiliyinin bərbad olduğunu bildirib:


"Xoşbəxt deyildim və klubdan ayrılmaq istədim. Buna heç bir şəkildə icazə verilmədi və qanuni mübahisəyə girməmək üçün klubda qalacağam. Bartomeunun rəhbərlik etdiyi klubun rəhbərliyi fəlakətdir".