2 sonuçtan 1 ile 2 arası

Michael Jordan

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Michael Jordan


    ABŞ-ın New York şəhərində, 17 Fevral 1963-də dünyaya gələn Michael Jeffrey Jordan, Brooklynda keçən həyatını basketbola olan marağı sayəsində dəyişdirməyi bacardı. 1982-ci ildə Milli Kollec Atletizm Dərnəyi (NCAA)-nın iddialı adlarından North Carolina Universitetinə özünə təklif edilən basketbolçu olmağı qəbul edərək qeyd oldu.
    .
    North Carolina komandası ilə tanış olduğu NCAA liqasındakı ilk ilində Georgetown-a qarşı oynanan çempionluq matçının qalibiyyət sayını ataraq bütün diqqətləri üzərinə çəkdi. 1983 və 1984 illərində də NCAA-da ilin basketbolçusu seçilən Michael Jordan, Los Angeles Olimpiadalarında ABŞ-ı təmsil edən milli komandada forma geydi.

    Bu müvəffəqiyyətlərinin ardından NBA komandalarından Chicago Bulls-dan çox cazibədar bir təklif alan Michael Jordan, Bulls forması geyə bilmək üçün North Carolinadan ayrıldı. Chicago Bulls forması və NBA-da çıxış etdiyi ilk mövsümdə (1984-85), bir oyuna 28.2 basket orta hesabı ilə, liqanın kralı oldu. Jordan əfsanəsi doğulurdu...
    NBA-da göstərdiyi performansla, 'İlin Oyunçusu' seçilən Jordan, kariyerasındakı 9 All-Star matçının ilkini də yenə eyni mövsüm oynadı. 1986-1987 mövsümü sona çatdığında, Michael Jordan artıq NBA Liqasının əfsanə oyunçusu Wilt Chamberlainin ardından bir mövsümdə 3 min basket sayı rekordunu keçən ikinci oyunçu oldu.

    1987-1993 illəri arasında üst-üstə yeddi dəfə basket kralı olan Jordan, hər mövsüm bir oyuna 30 ədəd orta hesabının da üzərinə çıxaraq Chamberlainin rekordunu qırdı. Chicago Bulls formasını geydiyi gündən etibarən play-off matçları da daxil, inanılmaz rekordlara imza atan Jordan, 1986-cı ildə Boston Celtics-ə qarşı atdığı 63 basket ilə bütün rekordları alt-üst etdi. 1991-ci ildə Chicago Bullsun ilk NBA çempionluğunu yaşamasında böyük rol oynayan Michael Jordan, bu müvəffəqiyyətini 1992 və 1993 illərində də təkrarlamağı bacardı.

    1988, 1991 və 1992 illərində liqanın 'Ən Qiymətli Oyunçusu', 1988 və 1996-da All-Star matçlarının 'Ən Qiymətli Oyunçusu' seçilən Jordan, 1991, 1992 və 1993 illərində də NBA play-off ardıcıllığının 'Ən Qiymətli Oyunçusu' ünvanını qazandı. İlk dəfə NBA oyunçularının iştirak etdiyi və Dream Team adı verilən ABŞ Olimpik Milli Basketbol Komandasında da oynayan Michael Jordan, İspaniyadakı Barselona Olimpiadalarında komandasının qızıl medal qazanmasında ən böyük rolu oynadı. 1993 - 1994 mövsümünün ardından, atasını bıçaqlı bir hücum nəticəsində itirən məşhur basketbolçu, sinirləri də pozulunca basketbolla vidalaşdığını açıqlayaraq bütün pərəstişkarlarını şok etdi.
    Basketboldan beyzbola
    [img]http://api.ning.com/files/NRqcilcLpcYv5ai6pz8yXKuIOSQqt4qlqpRiMtlGHNLmrXH00p iw8ZEFY4WHlcrrakQJ7*jZCOeZWcbokIispRKjZYauhofc/michael_jordan014.jpg[/img]
    Basketboldan ayrılsa da idmandan qopmağı heç cür bacara bilməyən Michael Jordan, 1994-cü ildə bu dəfə beyzbol oyunçusu olaraq sevənlərinin qarşısına çıxdı. Yenə Chicago forması geyən Jordan, Chicago White Sox 'Ağ Corab' komandası ilə Amerikan Liqasındakı (AL) ilk mövsümündə liqanın əhəmiyyətli oyunçularından biri halına gəldi. Beyzbolu yaxşı oynasa da içindəki basketbol istəyini heç cür söndürə bilməyən əfsanə oyunçu, 1994-1995 mövsümün sonunda NBA Liqasına dönmə qərarı alaraq beyzbolla vidalaşdı. Basketbola verdiyi araya baxmayaraq performansından heç bir şey itirməyən Michael Jordan, 1995-1996 mövsümündə bir oyuna orta hesabla 30.4 basket ortalaması ilə 'Ən Qiymətli Oyunçu' seçilərkən, Chicago Bulls komandası da bir mövsümdə 72 oyun qazanan ilk NBA komandası olaraq tarixə keçdi. NBA finallarında da 'Ən Qiymətli Oyunçu' seçilən Jordan, eyni zamanda bu adı dörd dəfə qazanan ilk basketbolçu olaraq da bütün zamanların ən yaxşı basketbolçusu olaraq xatırlanmağa başladı.
    Film ulduzu Jordan

    1996-cı ildə Hollywooda da daxil olan Michael, Looney Toons-un da rol aldığı bir cizgi filmdə də 'Space Jam' özünü canlandırdı. 1998 ilində altıncı çempionluğa çox yaxınlaşan Chicago Bulls, Utah Jazz qarşısında son 5.2 saniyədə oyunu itirincə, 1999-cu ildə Jordan təkrar basketboldan ayrıldığını açıqladı.

    Juanita ilə evlənən və üç uşaq sahibi olan Michael Jordan, eyni zamanda lüks bir restoran açaraq işlətməyə başladı. Hər nə etsə də içindəki basketbol eşqindən xilas ola bilməyən Michael Jordan Vaşinqton Wizards formasıyla təkrar geri döndü. Wizards-ı tam mənasıyla məsuliyyət altına alan Jordan, basketboldan uzun müddət ayrı qalmasına baxmayaraq, yaxşı oynayırdı. Burada gözlədiyi performansı tuta bilməyən qərar vermə mərhələsində olan Jordan sonunda basketbolu qəti olaraq buraxdı
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Michael Jordan

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.