Təbriz Həsənovun istefaya göndərilməsindən sonra Yevlaxın “Karvan” klubunu çalışdıracaq baş məşqçinin adı bəlli olub.Mende olan görə, Yunis Hüseynov yenidən “Karvan”ın sükanı arxasına qayıdıb. 42 yaşlı mütəxəssis XVI Azərbaycan çempionatının ilk dövrəsində çalışdırdığı Bakının
“Standard” klubu ilə yollarını ayırıb. “Karvan”ın ilk baş məşqçisi kimi tarixə düşən Y.Hüsenov üç il (2004-2007-ci illərdə) komandanın sükanı arxasında olub. Bu, ötən mövsüm bitəndən sonra “Karvan”la yollarını ayıran mütəxəssisin Yevlaxa ikinci qayıdışıdır.
Qeyd edək ki, Y.Hüseynov 2005/06 mövsümündə ilk turda “Bakı”ya məğlubiyyətdən sonra istefaya göndərilən türkiyəli mütəxəssis Fuad Yamanı əvəzləyib.
Yer imleri