9 sonuçtan 1 ile 9 arası

“Xezer-Lenkeran” çempion oldu

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    “Xezer-Lenkeran” çempion oldu

    “Xəzər-Lənkəran” çempion oldu.


    Ağasəlim Mircavadovun rəhbərlik etdiyi cənub təmsilçisi mövsümü kifayət qədər sabit keçirərək sonda qızıl medalları boynundan asdı. Bu, eyni zamanda son altı ildə çempion ola bilməyən qalan əyalət təmsilçilərinin həsrətinə son qoydu. Maraqlıdır ki, həmin vaxt qalib gələn “Şəmkir”i uğura çatdıran da məhz Ağasəlim Mircavadov olmuşdu. “Gilan”la oyunda qalib gələn lənkəranlıların hücumçusu Zaur Ramazanov cari mövsümdə 20-ci qolunu vuraraq bombardir adını qazandı. “Turan” üzərindəki qələbə də “Neftçi”yə qızıl medal gətirmədi. İlk dövrəni zəif keçirən “flaqman” 70 illiyində çempion olmaq istəsə də, uğursuzluq yaşadı. İkinci dövrədə keçirdiyi 12 matçda qazanılan 33 xal (!) belə, Qurban Qurbanovun komandasını arzusuna çatdırmadı.

    Paytaxt klublarının uğursuz mövsümü

    Bir il əvvəl çempion olan “Bakı” bu dəfə bürünclə kifayətləndi. “İnter” isə həmişəki kimi mövsümü necə deyərlər, əliboş başa vurdu. Hər iki komanda ən yaxşı halda “İntertoto” kubokunda iştirak etməklə təsəlli tapa bilər. Onların əvəzində “MKT-Araz” hamını təəccübləndirə bildi. Nisbətən zəif heyətə malik olmasına baxmayaraq, İmişli klubu uzun müddət medallar uğrunda mübarizə apardı. Lakin ölkə kubokunun finalına vəsiqə qazandıqdan sonra “MKT-Araz” diqqətini bütünlüklə kuboka yönəltdi. “Xəzər-Lənkəran”ın çempion olması isə İqor Nakoneçnının yetirmələrinin UEFA kubokuna yolunu açdı. ötən çempionatla müqayisədə altı pillə irəliləyən “Olimpik” Əsgər Abdullayevin rəhbərliyi altında etibarlı oyunu ilə diqqəti cəlb etdi. ötən ildən fərqli olaraq, “Karvan” və “Qarabağ” cari mövsümdə azarkeşlərinə məyusluq yaşatdı. Bu klublar müvafiq olaraq, 7-8-ci pillələri tutdular. “Turan” bəzi oyunlarda rəqiblərinə başağrısı olmağı bacarsa da, tam etibarlı oyun nümayiş etdirmədi. Güclülər dəstəsinin debütantları “Simurq”la “Gilan” elitada yerlərini qoruya bildilər. Maddi problemlərdən qurtula bilməyən “Gənclərbirliyi” isə buna “İnter”in son turda “Şahdağ”a qalib gəlməsi sayəsində nail oldu. Qusar təmsilçisi elita ilə vidalaşdı. Artıq ölkəmizi avrokuboklarda hansı komandaların təmsil edəcəyi məlumdur. Belə ki, çempionlar Liqasında “Xəzər-Lənkəran”, UEFA kubokunda isə “Neftçi” və “MKT-Araz” çıxış edəcəklər. Maraqlıdır ki, ötən mövsüm avrokuboklara qatılan “Bakı”, “Karvan” və “Qarabağ”dan heç biri bu dəfə eyni uğuru təkrarlaya bilmədilər.

    Gənc məşqçilərin parladığı il

    Cari mövsüm həm də çoxsaylı məşqçi istefaları ilə yadda qaldı. Belə ki, Faiq Cabbarov “Gilan”, Sabir Əliyev “Şahdağ”, Böyükağa Ağayev “Qarabağ”, Əfqan Talıbov isə “Gənclərbirliyi”nin sükanını vaxtından əvvəl tərk etməli oldu. Bu çempionat Qurban Qurbanov, Ramiz Məmmədov və Bəhram Şahquliyev kimi gənc məşqçilərin güclülər dəstəsində debütü ilə yadda qaldı. Bombardirlər sırasında mübarizə də bu il gərginliyi ilə diqqəti cəlb etdi. ötən mövsüm ən yaxşı snayper adını Yakuba Bambaya təhvil verən Zaur Ramazanov bu dəfə yenidən titulunu özünə qaytardı. Bu eyni zamanda son iki ildə “Karvan”ın hücumçularının bombardir olmasına son qoydu. Zaurun izləyiciləri arasında “Olimpik”dən Xaqani Məmmədov diqqəti cəlb etdi. Uzun müddətdir ki, bu siyahıda olmayan Məmmədov 13 qol vuraraq yenidən gündəmə gəldi.

    GİLAN - XƏZƏR-LƏNKƏRAN = 0 - 3

    ”Gilan”: 1. Nadir Şükürov (k), 3. Dmitri Kapanadze, 5. Əli İsmayılov, 7. Şəhruz Mustafayev, 8. Vitali Balamestnı, 11. Sənan Qurbanov (25. Samir Zərgərov, 46), 21. Azər Həşimov, 28. Vasif Əliyev, 44. Səbuhi Məmmədov (20. Samir Məmmədov, 60), 77. George Krasovski (23. Dmitri Didmarxuaşvili, 81), 85. Eldəniz Süleymanov
    Baş məşqçi: Ramiz Məmmədov
    ”Xəzər-Lənkəran”: 25. Kamran Ağayev, 4. Valeri Abramidze, 5. Emin Quliyev, 6. Füzuli Məmmədov, 7. Mahmud Qurbanov (k), 10. Zaur Ramazanov, 18. Alim Qurbanov (11. Rəşad Kərimov, 78), 19. Ceyhun Sultanov, 20. Edmond N’Tiamoah (17. Vüqar Nadirov, 65), 27. Rəşad Abdullayev (14. Rahid Əmirquliyev, 71), 28. Daryus Jutautas
    Baş məşqçi: Ağasəlim Mircavadov
    Qollar: E. Quliyev, 5; R. Abdullayev, 22; Z. Ramazanov, 41
    Sarı vərəqələr: V. Abramidze, 6; N. Şükürov, 90+1
    Hakimlər: Babək Quliyev, Azər Məmmədov, Ramiz Əsədov, Feyzulla Feyzullayev
    Hakim-inspektor: Rüfət Əmirov
    23 may. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı

    KARVAN - BAKI = 1 - 2

    ”Karvan”: 12. Sahil Kərimov (k), 3. İlham Yadullayev, 6. Kamal Quliyev, 7. Qoça Trapaidze, 8. Mübariz Orucov (88. Samir Mütəllimov, 46), 10. Vadim Vasilyev, 18. Ruslan Əmircanov, 20. Cavad Mirzəyev (5. Cəmşid Məhərrəmov, 25), 23. Nakim Vəliyev (19. Mətləb Məmmədov, 56), 24. Aleksandr İntskirveli, 35. Roman Axalkatsi
    Baş məşqçi: Yunis Hüseynov
    ”Bakı”: 25. Orxan Mirzəyev, 3. Rəfael Əmirbəyov, 7. Ramin Quliyev (k), 9. Samir Musayev (16. Fərid Quliyev, 61), 10. Amiran Muciri, 11. Tərlan Xəlilov, 17. Ramazan Abbasov, 18. Asif Abbasov, 20. Mihay İonesku, 21. Rail Məlikov (15. Elvin Nuriyev, 46), 77. Elnur Abdullayev
    Baş məşqçi: Böyükağa Hacıyev
    Qollar: C. Məhərrəmov, 88 - T. Xəlilov, 34; F. Quliyev, 71
    Sarı vərəqələr: S. Musayev, 58; R. Əmirbəyov, 76; M. Məmmədov, 82; R. Abbasov, 82
    Hakimlər: Azad Mütəllimov, Rufulla Kərimov, İqor Şpakovski, Elvin İsgəndərov
    Hakim-inspektor: Nizami Şərifov
    23 may. Yevlax şəhər stadionu (yardımçı meydança), 200 tamaşaçı

    SİMURQ - OLİMPİK = 2 - 2

    ”Simurq”: 1. Davud Kərimi, 3. Vyaçeslav Nevinski, 4. Mixaylo Starostyak, 5. Ramin Hacıyev, 7. Ramin Nəsibov, 10. Aqşin ömərov (17. Rüstəm Məmmədov, 73), 11. Orxan Rəcəbov, 13. Vladimir Mazyar (20. Sergey Seleznyov, 71), 21. Ramiz Hüseynov, 25. Ramil Sayadov (28. İlqar Əbdurrəhmanov, 75), 27. Vyaçeslav Lıçkin (k)
    Baş məşqçi: Roman Pokora
    ”Olimpik”: 12. Xəyal Zeynalov, 3. Usim Nduka, 4. Tərlan Əhmədov (k), 7. Yaşar Abuzərov, 8. Nizami Hacıyev (20. Vüsal Hüseynov, 67), 9. Pathe Banqura, 10. Xaqani Məmmədov, 11. Fabio Luis Ramim, 14. Elvin Əliyev, 15. Yovan Drobnyak (18. Vidadi Rzayev, 35), 16. Namiq Əliyev (17. Etimad Qurbanov, 87)
    Baş məşqçi: Əsgər Abdullayev
    Qollar: R. Nəsibov, 49; 69 - X. Məmmədov, 55; 80
    Sarı vərəqələr: N. Əliyev, 16; V. Lıçkin, 23; X. Zeynalov, 33; V. Mazyar, 34; R. Nəsibov, 37; R. Hüseynov, 62; S. Seleznyov, 78; P. Banqura, 79
    Hakimlər: Rövşən Əhmədov, Azər Əsgərov, Elman Musayev, Ceyhun Haşımov
    Hakim-inspektor: Bəşir Əliyev
    23 may. Qax Olimpiya İdman Kompleksinin stadionu, 400 tamaşaçı

    ŞAHDAĞ - İNTER = 1- 5

    ”Şahdağ”: 66. Ruslan Quliyev, 5. Rövşən Rəcəbov, 7. Zahir Əsgərov (18. İlqar Hüseynov, 46), 9. Səbuhi Sadiqov, 13. Kamran Əlibabayev (k) (11. Zaur Məmmədov, 71); 15. İlqar Abdullayev, 17. Əhməd Ticani, 19. Vasif Vəliyev, 20. Murad Xalitov, 21. İsmayıl Xalimbəyov (3. Şiti Taured, 58), 24. Rəşad Quliyev
    Baş məşqçi: Bəhram Şahquliyev
    ”İnter”: 42. Fərhad Vəliyev, 2. Zaur Həşimov, 3. Mikayıl Namazov, 6. Əliyar İsmayılov (11. Andryus Qedqaudas, 70), 7. Ruslan Poladov, 9. Elşən Məmmədov (20. Tomislav Staniç, 46), 10. Emin İmaməliyev (17. Yuri Muzika, 46), 12. Xəyal Mustafayev, 14. İsmayıl Məmmədov, 15. Vladimir Levin, 20. Toni Aleqbe
    Baş məşqçi: Valentin Xodukin
    Qollar: S. Sadiqov, 85 - T. Aleqbe, 2; İ. Məmmədov, 48; 53; Ə. İsmayılov, 59; Y. Muzika, 71
    Sarı vərəqələr: E. İmaməliyev, 45; İ. Xalimbəyov, 58; Y. Muzika, 63; Ş. Taured, 88
    Hakimlər: Fariz Yusifov, Vaqif Ayvazov, Azad Ə. Hüseynov, Elçin Səmədov
    Hakim-inspektor: Xalid Novruzov
    23 may. Quba Olimpiya Kompleksinin stadionu, 200 tamaşaçı

    QARABAĞ - MKT-ARAZ = 1 - 0

    ”Qarabağ”: 12. Cahangir Həsənzadə, 2. Hüseyn İsgəndərov, 7. Qoqa Beraya (23. Əfran İsmayılov, 77), 10. Hakan Dəmir (18. Mehran Əliyev, 86), 13. Nodar Məmmədov, 14. Namiq Yusifov, 15. Timur İsrafilov, 16. Samir Abbasov, 17. Bojan İliç, 20. Vaqif Cavadov, 21. Kənan Kərimov (k) (11. Rauf Əliyev, 86)
    Baş məşqçi: Rasim Kara
    ”MKT-Araz”: 99. Sadiq Əliyev, 6. Valentin Viştalyuk, 7. Azər Cabbarov, 10. Zeynal Zeynalov (k), 11. Vitali Ledenyov (21. Anatoli Doroş, 46), 15. Renat Abdaşov (4. Elnur Abbasov, 46), 18. Viktor Barışev, 22. Elxan Müslümov (9. Murad Ağakişiyev, 67), 25. Camal Məmmədov, 29. Əziz Məmmədov, 55. Ruslan Qafitullin
    Baş məşqçi: İqor Nakoneçnı
    Qol: V. Cavadov, 26
    Sarı vərəqələr: E. Müslümov, 10; Z. Zeynalov, 28; N. Məmmədov, 34; N. Yusifov, 56; B. İliç, 84
    Hakimlər: Eldar Nağıbəyov, Akif Adıgözəlov, Elşən Durmuşev, ülviyyə Mustafayeva
    Hakim-inspektor: Kərim Ağayev
    23 may. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu, 200 tamaşaçı

    NEFTçİ - TURAN = 4 - 2

    ”Neftçi”: 12. Hüseyn Məhəmmədov, 6. Rəşad Sadiqov, 7. Vadim Borets, 8. Aleksandr öertsqanov (15. Ruslan Abışov, 82), 14. Rəşad Sadıqov, 17. Aqil Məmmədov (23. Eşqin Quliyev, 77), 19. Ruslan Abbasov, 20. Branimir Subaşiç, 21. Nadir Nəbiyev (k) (16. Fərrux İsmayılov, 84), 25. Mahir Şükürov, 79. Samir Əliyev
    Baş məşqçi: Qurban Qurbanov
    ”Turan”: 1. Anar Nəzirov (12. Natiq Sərhədov, 88), 4. İrakli Vaşakidze, 5. Eltay Aslanov (k), 7. Kamal Ələkbərov, 9. Viktor İbekoyi, 10. Xəyal Qarayev (15. Altay Süleymanov, 73), 16. Ramin Əliyev (3. Vurğun Hüseynov, 80), 17. Vüqar Fərhadov, 18. Hafiz Əliyev, 19. Yasin Abbasov, 21. Asəf Qədiri
    Baş məşqçi: Sakit Aliyev
    Qollar: N. Nəbiyev, 29; V. Borets, 56; R. Abbasov, 66; S. Əliyev, 70 - H. Əliyev, 11; V. İbekoyi, 73
    Sarı vərəqə: R. Sadıqov, 50
    Hakimlər: Vüsal Əliyev, Azad Q. Hüseynov, Aydın Ələkbərov, Fazil Mürşüdov
    Hakim-inspektor: Əliiskəndər Nağıbəyov
    23 may. Tofiq Bəhramov adına Respublika stadionu, 400 tamaşaçı

    Elşad Quluzadə

  2. #2
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430

    Xezer - Lenkeran

    Elif bizim komandamız çempion olub ki

    Bir də Beşiktaş olsaydı
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  3. #3
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Re: Xezer - Lenkeran

    Alıntı Azerbaycanli Nickli Üyeden Alıntı
    Elif bizim komandamız çempion olub ki

    Bir də Beşiktaş olsaydı


    Menim diyer komandam da çempion olub eee. Seneye de Beşiktaş olsun
    [
    Ya da
    [

  4. #4
    Senior Member
    Üyelik tarihi
    May 2007
    Yer
    Sensizliğin sokağından...
    Mesajlar
    657

    Re: Xezer - Lenkeran

    Bu arada deyim bilmeyenler uchun lenkaranin "palmali" sirketi xezerin bu cempiyonlugu ucun her oyuncuya (20 oyuncu) heresine 1 dene BMW X5 markali heddiye pay verib palmali sirketi..toplam 20 bmv x5 `1 milyon 600 min dollar pul verilib 20 masina

    Mende besiktasliyam 8)

  5. #5
    Moderlər Azerbaycanli - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Azerbaycan - Türkiye
    Mesajlar
    2.430
    O maşını kimə versən çempion olar da Bizim klublar da yaman varlanır.
    Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.

    Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.

  6. #6
    Senior Member
    Üyelik tarihi
    Mar 2007
    Yer
    Danmark
    Mesajlar
    789

    Re: Xezer - Lenkeran

    Alıntı ShulikX Nickli Üyeden Alıntı
    Bu arada deyim bilmeyenler uchun lenkaranin "palmali" sirketi xezerin bu cempiyonlugu ucun her oyuncuya (20 oyuncu) heresine 1 dene BMW X5 markali heddiye pay verib palmali sirketi..toplam 20 bmv x5 `1 milyon 600 min dollar pul verilib 20 masina

    Mende besiktasliyam 8)
    aaa ben Fenerliyim neyse

    Xezer - Lenkeran guzel bi spor klubune benziyor 8) tebrikler...

  7. #7
    Junior Member
    Üyelik tarihi
    Jun 2007
    Yer
    büyük türkeli
    Mesajlar
    3
    forza TURAN TOVUZ :d
    Sevgim - Millete!
    Vurgunluğum - Azadlığa ve adalete!
    itaatim - Hocalarıma!
    Borcum - Dostlarıma ve meslektaşlarıma!
    Nefretim - Yalancılara ve iki yüzlülere!

  8. #8
    Senior Member
    Üyelik tarihi
    May 2007
    Yer
    Sensizliğin sokağından...
    Mesajlar
    657
    Alıntı Azerbaycanli Nickli Üyeden Alıntı
    O maşını kimə versən çempion olar da Bizim klublar da yaman varlanır.
    gagam masinlar cempion oldugdan sonra heddiye olaraq verilib

  9. #9
    Senior Member
    Üyelik tarihi
    Dec 2007
    Yer
    baki
    Mesajlar
    255
    “Xəzər-Lənkəran” klubu ilkin iştirak ərizəsini “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə göndərib. agentliyinin məlumatına görə, son Azərbaycan çempionu gələn ilin yanvarın 19-dan 27-dək Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək yarış üçün ilkin siyahısında 19 futbolçunun adını göstərib.
    Bunlar qapıçılar – Kamran Ağayev, Dmitri Kramarenko, Ramiz Kərimov, müdafiəçilər – Emin Quliyev, Kostadin Cambazov, Radomir Todorov, Zaur Həşimov, Füzuli Məmmədov, Darius Jutautas, yarımmüdafiəçilər – Elmar Baxşıyev, Alim Qurbanov, Rəşad Abdullayev, Ceyhun Sultanov, Rahid Əmirquliyev, Junior Osvaldo, Rəşad Kərimov, hücumçular – Zaur Ramazanov, Edmond N’Tiamoa və Yakuba Bambadır. Komanda XVI Azərbaycan çempionatının ilk dövrəsində xidmətindən yararlandığı 20 futbolçudan 19-nu Sankt-Peterburqa aparacaq ki, kənarda qalan 20 yaşlı hücumçu Vüqar Nadirovdur. Lənkəran təmsilçisi milli komandanın da şərəfini qoruyan bu futbolçu ilə yollarını ayırmaq fikrindədir. Əsas heyətə düşə bilməyən V.Nadirovun gələcək taleyinə hələ aydınlıq gəlməyib və belə olan halda, onun adı ilkin iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Ağasəlim Mircavadov və komanda yoldaşı Füzuli Məmmədov kimi Səudiyyə Ərəbistanına Həcc ziyarətinə yollanan V.Nadirov bir həftə sonra vətənə dönəcək.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.