2 sonuçtan 1 ile 2 arası

Bakıya ermənistandan 37 nəfər gələcək

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    Bakıya ermənistandan 37 nəfər gələcək

    prelin 13-də Bakıda start götürəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatında Ermənistan da təmsil olunacaq.
    ermənistanın sərbəst və yunan-Roma güləşi üzrə yığma komandaları Bakıya gələcək.
    Bu haqda Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasından (FİLA) Azərbaycan Güləş Federasiyasına (AGF) məktub daxil olub. Məktubda Ermənistanın ümumilikdə 37 nəfərdən ibarət nümayəndə heyətinin Bakıya gələcəyi göstərilib. Bu gün start götürən qılıncoynatma üzrə yeniyetmələr və gənclər arasında dünya çempionatı başa çatdıqdan sonra güləş üzrə Avropa çempionatının keçiriləcəyi Heydər Əliyev adına İdman-Konsert Kompleksində digər iştirakçı ölkələrlə bərabər Ermənistan bayrağının da asılacağı bildirilir. Avropa çempionatının rəsmi saytında isə qitə birinciliyinin iştirakçı ölkələri siyahısında bədnam qonşularımızın adı da əksini tapıb. Amma bu ölkəni təmsil edəcək pəhləvanlar arasında sərbəst güləşçilərin adları göstərilməyib.
    Yunan-Roma güləşçiləri siyahısında isə 55 kq çəkidə ötən ilki dünya çempionatının gümüş mükafatçısı Roman Amoyan, 60 kq-da 2004-ci ilin Avropa çempionu Vahan Juharxan, 66 kq-da 2007-ci ildə Bakıda keçirilmiş dünya çempionatında 5-ci yeri tutan Arman Adıkyan, 74 kq-da dünya və 3 qat Avropa çempionu Arsen Julfalakyan, 84 kq-da Avropa və dünya çempionu Denis Forov, 96 kq-da Avropa vitse-çempionu Sargis Tonoyan, 120 kq-da 2 qat dünya və 4 qat Avropa çempionu Yuri Patrikeyev yer alıb.
    AGF-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən Lent.az-a verilən məlumata görə, bir müddət öncə FİLA Ermənistanın sərbəst və yunan-Roma güləşi yığmalarının Avropa çempionatında iştirak edəcəklərini bildirib. Lakin ötən ay Ermənistan Milli Olimpiya Komitəsi bu ölkənin yunan-Roma güləşi üzrə millisinin Bakıya gəlməyəcəyini açıqladıqdan sonra bu məsələdə bir yenilik yoxdur.

    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Re: Bakıya ermənistandan 37 nəfər gələcək

    Imkan yaratmiyaq ki burdan medal aparsinlar hamisinin kureyini yere vursunlar
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.