Xorvatiyanın Riyeka şəhərində şahmat üzrə Avropa çempionatının 2-ci turu keçirilib.qadınlar arasında yarışda azərbaycanlı şahmatçı Türkan Məmmədyarovanın erməni Anait Xaratyanı məğlub edib. Bu, Türkanın Riyeka turnirindəki ilk qələbəsidir. O, bir xalla 158 şahmatçı arasında 150-ci yeri tutur.
İki turdan sonra Gülnar Məmmədova (74-cü yer) və Zeynəb Məmmədyarovanın (81-ci yer) hər birinin 1 xalı var. Digər şahmatçı qızlarımız isə tkrnir cədvəlinin ikinci yüzlüyündə qərarlaşıb. Turnir cədvəlinə 2 xalı olan 17 şahmatçı liderlik edir.
Kişilərin yarışında isə Rauf Məmmədov və Eltac Səfərli ikinci qələbələrini qazanıblar. Rauf ruksiyalı Pavel Ansimovu, Eltac isə alman Rene Şterni məğlub edib. Rauf Məmmədov 15-ci, Eltac Səfərli isə 26-cı yeri tutur. Şahmatçılarımızla yanaşı daha 50 şahmatçı maksimal nəticə göstərib və 2 xala malikdir. Qədir Hüseynov isə 1,5 xal toplayıb və 408 iştirakçı arasında 71-ci yeri tutur. Digər Azərbaycan şahmatçıları liderlərdən xeyli geridədirlər.
Qeyd edək ki, çempionat 11 turdan ibarətdir və martın 17-də başa çatacaq.
Yer imleri