Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

"Neftçi"də faciə

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Dec 2009
    Yer
    I Am From Azerbaijan
    Mesajlar
    2.818

    "Neftçi"də faciə

    Ağır yol qəzası nəticəsində "Neftçi" futbol klubunun 2 işçisi həlak olub, 2 işçisi həlak olub.
    hadisə dünən axşam saatlarında komanda "Karvan"la oyundan sonra Yevlaxdan qayıdarkəın baş verib. Belə ki, “Neftçi” klubunun 4 üzvünün əyləşdiyi 90 AU 203 “Hyundai Sonata” avtomobili Şamaxı-Bakı magistralının Abşeron rayonu ərazisində qəzaya uğrayıb.
    Nəticədə iki nəfər dünyasını dəyişib, digər iki nəfər isə ağır yaralanıb. Həlak olanlar "Neftçi"nin Mətbuat Və İnformasiya Departamentinin əməkdaşı jurnalist Alim Malikoğlu (Məmmədov) və Kadrlar Şöbəsinin işçisi Vahid Həmidovdur. Digər iki yaralı isə hazırda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlar komandanın icraçı-direktoru Mübariz Xudiyev və operator Dadaş Zeynalovdur.
    Avtomobili Mübariz Xudiyev idarə edirmiş. Klubun prezidenti Sadıq Sadıqov qəza yerinə baş çəkib və vəfat edənlərin ailəsinə hər cür maddi və mənəvi dəstək verəcəyini bildirib.
    Xəstəxananın travmotologiya şöbəsinin müdiri Fərhad Hüseynovun verdiyi məlumata görə, xəsarət alanlarda ilkin müayinə zamanı əziklər aşkarlanıb. Onların hər ikisinin vəziyyəti stabildir, həyatları üçün təhlükə yoxdur.
    Baş vermiş hadisəni Respublika Dövlət Yol Polisi İdarəsinin təhqiqat şöbəsinin əməkdaşları araşdırırlar.

    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.