9 sonuçtan 1 ile 9 arası
-
01-30-2010, 06:16 PM #1
Erməni tələbələr azərbaycanlını döydü
Yanvarın 23-də Rusiya Dövlət Tibb Universitetinin tələbəsi, Bakıda doğulub boya-başa çatmış Rusiya vətəndaşı, 1991-ci il təvəllüdlü Əli Şahin oğlu Aslanlı onunla bir kursda təhsil alan erməni milliyyətindən olan bir qrup tələbə tərəfindən qəddarcasına döyülüb.
Zərərçəkmişin atası Şahin Aslanov APA.az-ın Moskva müxbirinə müsahibəsində oğlunun dərsdən sonra
internet-forumlardan birində qondarma «Dağlıq Qarabağ Respublikası”nın “suverenliyi” və “bayrağı” barədə məsələnin müzakirəsində iştirak etdiyini deyib.
«Lehinə» və «əleyhinə» seçimi təklif olunan forumda Ə.Aslanlı məsələnin əleyhinə səs verib və bunu Azərbaycanın beynəlxalq səviyyədə ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağın və Ermənistanın işğal etdiyi digər rayonların Azərbaycanın ayrılmaz hissəsi olması ilə əsaslandırıb.
Azərbaycanlıların və ermənilərin iştirakçı olduqları forumda Ə.Aslanlı ilə eyni universitetin başqa fakültəsində təhsil alan
erməni əsilli qız Ə.Aslanlıya seçiminə görə nalayiq sözlər deyərək, həm onun şəxsiyyətini, həm də ümumilikdə
Azərbaycan xalqını təhqir edib.
Bundan əlavə, həmin tələbə qız Əlinin mövqeyi barədə universitetdə təhsil alan bütün erməni tələbələrə məlumat verəcəyini və onların da Əli ilə haqq-hesab çəkəcəklərini bildirib.
Hadisədən iki gün sonra universitetdə rastlaşarkən, erməni qız Əliyə qarşı kobudluq və aqressivlik nümayiş etdirib, bütün azərbaycanlıları nalayiq sözlərlə təhqir edib.
Bundan sonra həmin qız iki nəfər erməni əsilli tələbəyə erməni dilində nəsə bildirib. Həmin iki nəfər Əliyə yaxınlaşaraq imtahandan sonra onun universietdə qalmasını xahiş ediblər.
İmtahandan sonra Əli ermənilərlə universitetin binasında yenidən görüşüb.
Əlidən küçəyə çıxmağı xahiş edən ermənilər onu digər korpusun yaxınlığında dayanmış bir qrup erməni əsilli tələbəyə tərəf aparıblar.
Ermənilər Əlini əhatəyə alaraq, ondan Dağlıq Qarabağla bağlı forumda nümayiş etdirdiyi mövqedən əl çəkməyi və qondarma “respublikanın müstəqilliyini” tanımasını söyləməyi tələb ediblər.
Əlinin etirazından sonra isə Taron Mkrtçyan adlı tələbə onu döyməyə başlayıb. Bundan dərhal sonra Samvel
Paxçanyan, Ernst Petrosyan, Vaqan Qalstyan, Aqvan Vardanyan, Roman Saqoyan, Arsen Popov adlı təbləbələr də Əlini vəhşicəsinə döyməyə başlayıblar.
Hadisə yerində adı dəqiqləşməyən erməni xanım da olub. Əlini təhqir edərək döyən ermənilər azərbaycanlıların hamısının Rusiyadan qovulmalı olduğu barədə təhqiramiz çıxışlarda ediblər.
Hadisədən sonra huşunu itirən Ə.Aslanlı bir müddət sonra özünə gəlib və universitetin həyətindən çıxmağa müvəffəq olub.
Evlərinə etdiyi zəngdən sonra atası Şahin Aslanov onun yanına gəlib və təcili tibbi yardım xidmətinə zəng edib, Ə. Aslanlı Moskvada 33 saylı dövlət klinik xəstəxanasına apаrılıb.
Hazırda Ə. Aslanlı Moskva şəhəri 33 saylı Dövlət Klinik Xəstəxanasında müalicə alır. O, xəstəxanaya «çoxsaylı
döyülmə izləri ilə kəllə beyin travması» diaqnozu ilə yerləşdirilib.
Qeyd edək ki, Əlinin atası Ş. Aslanov Rusiya prezidenti Dmitrii Medvedevə, baş prokuror Y. Çayka, Moskva prokuroru
Y. Syomin və bir sıra digər prokurорлуг işçilərinə məktubla müraciət edərək bu vandalizm aktının araşdırılması və cinayətkarlarının layiqli cəzasının almasını, Rusiya vətəndaşının hüquqlarının müdafiə edilməsini xahiş edib. Məsələnin obyektiv araşdırılması ilə bağlı diqqət göstərilməsi üçün Azərbaycanın Rusiyadakı səfirliyinə və Rusiyadakı diaspora qurumlarımıza da müraciət ünvanlanıb.
Universitetin rektoru Nikolay Volodin Ş.Aslanova zəng vuraraq hadisədə günahkar olan tələbələr barədə ciddi qərar qəbul olunacağını və onların universitetdən xaric olunacaqlarını bildirib.
Hadisədən sonra Ə.Aslanlıya onu döymüş tələbələrin valideynləri tərəfindən dəfələrlə hədələyici zənglər olunub.
Ş.Aslanov oğlunun döyülməsi ilə bağlı məsələnin obyektiv araşdırılmasına nail olmaq niyyətində olduğunu bildirib. Zərərçəkmişə Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının və digər diaspor təşkilatlarının nümayəndələri baş çəkiblər.
[
-
01-30-2010, 06:22 PM #2Moderator
- Üyelik tarihi
- Dec 2006
- Mesajlar
- 2.721
Re: Erməni tələbə azərbaycanlını döydü
-
01-30-2010, 06:47 PM #3
Re: Erməni tələbələr azərbaycanlını döydü
Moskva meri Lujkov bu ishle maraqlanir.Ermeni telebeni universitetden xaric edecekler.
Yollar uzak, mevsim soğuk, hava kar...Yüzyüze gelmeden ölmek de mi var..?

-
01-30-2010, 06:56 PM #4
Re: Erməni tələbələr azərbaycanlını döydü
İt Sürüsü kimi gəzillərdə bu ermənilər 7 nəfər bir adamin döyər
Şərəfsiz uşaqlari şərəfsiz!
-
01-30-2010, 08:07 PM #5
Re: Erməni tələbələr azərbaycanlını döydü
zibiller sengerde it kimi gelib Azerbaycan esgerlerinin qabağında quyruqların bulayırdılar qızların bizim esgerlere teqdim edirdiler şerefsizlerrrrrr ölün ele
-
01-30-2010, 08:18 PM #6Senior Member
- Üyelik tarihi
- Nov 2009
- Yer
- ..ciτy οf aηgεŁ`ś śyмiяa..
- Mesajlar
- 464
Re: Erməni tələbələr azərbaycanlını döydü

Ateş halindeki acı yavaş yavaş içimde kor haline geliyor soguyor belki de kaskatı donuyor ama anılar özlem buram buram hasret.
AH BABAM SAĞ OLSAYDI
-
01-30-2010, 08:41 PM #7Senior Member
- Üyelik tarihi
- Jan 2010
- Mesajlar
- 176
Re: Erməni tələbələr azərbaycanlını döydü
ORDA OLARDIMDA,
O QIZIN SAG YERIN QOYMAZDIM.
RAMIL SEFEROVNAN MARAQLANDIQLARI KIMI,BUNANDA MARAQLANARLAR.
-
01-31-2010, 10:43 AM #8
Re: Erməni tələbələr azərbaycanlını döydü
Elə deməyin bizim bilmədiyimizin çox şey var. məncə Ramil Səfərova açiq aşkar kömək etdiyimizi desək erməni itləri orda burda yalvaracaqki baxin yaziq ermənini öldürüb hələ bir qehrəman kimi saxliyillar onu
MLL Nickli Üyeden Alıntı
Allah Ramilin Qapisin açcsin. başka əlimizdən bir şey gəlmir
-
01-31-2010, 12:23 PM #9Member
- Üyelik tarihi
- Nov 2009
- Yer
- Qelbimdeki Tenhaliq
- Mesajlar
- 99
Re: Erməni tələbələr azərbaycanlını döydü
Hafiften bir yagmur agliyor benimle...
Yalnizliktan ushuyorum...
Bulamayacagimi bile-bile..
Yine seni ariyorum....


LinkBack URL
About LinkBacks




Alıntı ile cevapla
Yer imleri