bu nasıl adalet![]()
Bu gün Fransanın Strasburq şəhərində Elzas regionu Aşağı Reyn departamentinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsində 1990-cı il təvəllüdlü Orxan Əliheydər oğlu Ağayevi qəsdən qətlə yetirməkdə təqsirli bilinən şəxsə hökm oxunub. O, 15 il həbs cəzasına məhkum edilib. O, həmçinin ailəyə vurduğu mənəvi zərərə görə, 50 min avro ödəməli olacaq.
Bazar ertəsi səhər başlayan məhkəmə prosesində şahidlər ifadə vermiş, tramvayın videokamerasının çəkdiyi görüntülər nümayiş etdirilmiş, hər iki tərəfi təmsil edən vəkillərin, eləcə də dövlət ittihamçısının ittihamnamasi dinlənilib.
Dövlət ittihamçısı Loran Favr çıxışında qətlin bilərəkdən törədildiyini qeyd edib və məhkəmənin diqqətini zərərçəkmişlərin, mərhumun ailəsinin, cəmiyyətinin maraqlarının nəzərə alınmasına, təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəli olduğuna çəkib, Bu məqamda o, 32 yaşlı Nikola Stuzmanın əvvəllər dördü zorakılıq aktı olmaqla, beş dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu məhkəmə heyətinin nəzərinə çatdırıb. Çıxışının sonunda o, məhkəmədən N. Stuzmana 20 il həbs cəzası verilməsini tələb edib.
Qatilin mərhumu həqiqətən öldürmək niyyəti olduğuna qərar verilib. Xüsusi təyinatlı döyüş batalyonunda Yuqoslaviyada xidmət edən N. Stuzman alkol və narkotik maddələrdən istifadə edib.
Mərhumun ailəsinin vəkili cənab Elmrini jurnalistlərə açıqlamasında çıxarılan hökmün ağlabatan olduğunu qeyd edib və məhkəmə heyətinin əksər səs çoxluğu ilə qatilin mərhumu həqiqətən öldürmək niyyəti olduğuna qərar verməsini müsbət adlandırıb.
Xatırladaq ki, 2008-ci il yanvarın 7-də Fransa vaxtı ilə saat 17.30-da Strasburqda Orxan Əliheydər oğlu Ağayev tramvayda boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Ailə üzvləri ilə birlikdə Strasburqda yaşayan Orxan Ağayevin hadisədən iki gün əvvəl- yanvarın 6-da 18 yaşı tamam olub.
Yerli KİV-də məhkəmə prosesi ilə bağlı silsilə yazılar dərc olunub və France3 televiziya kanalı reportaj hazırlayıb..
Prosesdə mərhumun ailəsi, yaxınları, Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri iştirak edib.
Menbe : Trend News
bu nasıl adalet![]()
HaKKım heLaL,Sewqim haRam oLsun
OLene Allah rehmet etsin.
[
Evet olene allah rahmet etsin ve ailesine rabbim sabır versin![]()
HaKKım heLaL,Sewqim haRam oLsun
Allah rehmet elesin
[
Yer imleri