İREX, USAİD və ABA CEELİ təşkilatının, həmçinin AMAP proqramının təşkilati dəstəyi ilə Sumqayıt şəhərində Mülki Hüquq, Ailə Hüququ, Əmək Hüququ, Cinayət Hüququ, Sosial Təminat, İnzibati Hüquq, İnsan Hüquqları, kommersiya fəaliyyəti ilə məşğul olan təşkilatların və qeyri-hökumət təşkilatlarının qeydiyyatdan keçmə məsələləri ilə bağlı pulsuz hüquqi yardım təşkil edilib. İREX-in Sumqayıtdakı İcma Məlumat Mərkəzinin adminstratoru Günel Rəcəbovanın verdiyi məlumata görə, hər il təşkil olunan və “Azərbaycan Respublikasının rayonlarında hüquqi yardıma ehtiyacı olan bütün şəxslərə yüksək keyfiyyətli və pulsuz hüquq məsləhəti vermək bizim məqsədimizdir” devizi altında keçirilən pulsuz hüquqi yardım günündə bu dəfə ABA CEELİ (Amerika Hüquqşünaslar Assosiasiyası) təşklatını təmsil edən təcrübəli hüquqşünaslar Günel Əbdülrəhimova (“Hüquqi yardım Mərkəzi”, baş hüquqşünas, layihə rəhbəri), Aynur Verdixanova və Pərviz Abbasov hüququ məsləhətlər verib, məsləhətə gələnlərin hüquqi problemləri ilə bağlı sualları ətraflı cavablandırıblar. //QayNar