1 sonuçtan 1 ile 1 arası

Ermənistan hərbi çevrilişin astanasındadır?

  1. #1
    Junior Member
    Üyelik tarihi
    Sep 2023
    Mesajlar
    5

    Ermənistan hərbi çevrilişin astanasındadır?

    Ermənistan hərbi çevrilişin astanasındadır?

    2023-cü il dekabrın ortalarında Ukrayna Sihalı Qüvvələrinin Erməni Legionunun Ermənistanın Baş naziri Nikol Paşinyana videomüraciəti internetdə yayımlandı. Əsgərlər öldürmə təhlükəsi altında Baş nazirin istefasını tələb etdilər. Döyüşçilərin formasında həm Ukrayna Silahlı Qüvvələri həm də Erməni Millətçi Partiyası “Sasna Tsrer”in şevronları var idi. Bu partiya baş nazir Nikol Paşinyanla, prezidentlər Robert Koçaryan və Serj Sarkisyana qarşı fəal əməkdaşlığına baxmayaraq onu sərt tənqid edir.

    Bu videomüraciətdə, erməni əsgərləri Nikol Paşinyanın Azərbaycanla əməkdaşlıqda və Dağlık Qarabağı təslim olmasında günahlandırdı. Baş nazirinə qarşı bu cür tənqidlər bir neçə ay ərzində Ermənistanın və dünyanın aparıcı mətbuat nəşrlərində daxil edilmişdir.

    Bu videomüraciət Qafqaza və beynəlxalq mediasına böyük təsir etdi və Erməni siyasi elita arasında böyük həyəcan yaratdı. “Sasna Tsrer” de daxil olduğu Ermenistan “Milli Demokratik Qütbü” rəsmi bəyanatında Paşinyan hökümətini təxribatlar təşkil etməkdə ittiham edib. Onların sözlərinə görə, Paşinyan Ermənistandakı müxalifətin aradan qaldırması üçün bir səbəb tapmaq istədi. Eyni zamanda, Nikol Paşinyan komandası, Ermənistan hökumətinin tərəfdarı olan bloqçular vasitəsiylə “Milli Demokratik Qütbü” tərəfdarlarını Ermənistan hökümətinin baş nazirin nüfuzunu sarsıtmaq üçün videomüraciət hazırlamaqda ittiham edib.

    Ukraynanın tərəfində döyüşən ermənilərin bir videomüraciəti ilə əlaqəli böyük qalmaqal, dünyanın diqqətini legionun əsas dövrlərinə və adlarına cəld etdi. 2023-cü ilin dekabrın ikinci yarısında Azərbaycan internet-resursunda “Veten info” jurnalist araşdırması dərc edildi. Bu araşdırma, Erməni legionun komandirləri, Ermənistan mafiyasının liderləri və Ermənistandakı Radikal Siyasi Partiya “Sasna Tsrer”in liderləri ilə əlaqələri haqqında danışdı.

    Ermənistan Baş naziri Nikol Paşinyan və millətçi siyasi qüvvələr arasındakı mövcud münaqişə Ermənistandakı gərginliyin artmasına səbəb olub. Erməni millətçiləri 2017-2018-ci illər istisna olmaqla, baş naziri də sevmirlər. O dövrdə millətçilər, müxalifətin lideri Nikol Paşinyana prezident Serj Sarkisyana qarşı etirazları qızışdırmağa və nəticədə korrupsiyalı höküməti çökdürməyə kömək etdi.

    Ancaq Nikol Paşinyan hakimiyyətə gəldikdən və İkinci Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən sonra, erməni millətçiləri baş nazirə qarşı əbədi olaraq təsəvvür etdilər. O dövlət xəyanət və qorxaqlıqda ittiham olunur. Ermənilər tarixi proseslərin təbii axını tanımaq istəmirlər. Onilliklər tarixi Azərbaycan və Türkiyəni hərbi potensialı ilə istər-istəməz Qələbəyə apardı. Ermənilər tarixin məğlubiyyətlərinə görə bütün qəzəblərini və acılarını tarixin təbii axarını dayandıra bilməməkdə günahkar olan baş nazirlərindən çıxarırlar.

    Nikol Paşinyanın ümumi narazılığı gündən-günə artır. 2023-cü ilin yayında “Gallup International” beynəlxalq agentliyi keçirdiyi ictimai soruğunun nəticələrinə görə, ermənilərin 65 faizindən çoxunun baş nazirə etibar etmədiyi bəyan etdi. Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ilin sentyabrında Qarabağdakı erməni separatçılarına qarşı başladılan antiterror əməliyyatı Ermənistanda daha çox sosial narazılıq artdı. İrəvan və digər böyük şəhərlərdə Paşinyan əleyhinə etiraz aksiyaları başlayıb və etiraz edənlər onun istefasını tələb edib. Lakin Paşinyanın rəqibləri onu hakimiyyətdən uzaqlaşdıra bilməyiblər. Erməni ekspert Qrant Mikayelyan məlumatına görə, Paşinyan hökumətinin düşmənləri təşkilatlanmamış və qətiyyətli hərəkət etməyə qadir deyillər. Buna görə də Paşinyanın birləşmiş tərəfdarları ilə rəqabət apara bilməzlər.

    Buna baxmayaraq, Paşinyanın mövqeyi həm Ermənistanda, həm də beynəlxalq səviyyədə qeyri-sabit qalır. Erməni baş nazirinin altı illik hökümət müddətinin sonunda hamı ondan narazdır: həm Ermənistanı öz əyaləti hesab edən Rusiya, həm də Paşinyanın perspektivsiz siyasətindən məyus olan Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı. Ermənistan müntəzəm olaraq NATO-nun çoxmillətli təlimlərində (məsələn “Eagle Partner”) iştirak edir. Bundan başqa, bir qədər tərəddüddən sonra İrəvan da Rusiya prezidenti Vladimir Putinin həbs qərarı vermiş beynəlxalq Cinayət Məhkəməsinin Roma statusunu da təsdiqlədi. Ermənistan hökümətinin oxşar hərəkətləri Moskvanın narahatlığı və qəzəbi yaradırlar. Paşinyanın Rusiya əleyhinə ifadələrinə baxmayaraq, O rusiyayönlü regional təşkilatlar Avrasiya İqtisadi Birliyinə (AİB) və Kollektiv Təhlükəsizlik Saziş Təşkilatına (KTST) üzvlüyünü saxladı. Bu da Qərb ölkələrində də təəccüblüdür.

    Çox güman ki, Rusiyanın və Qərbin Paşinyana qarşı kəskin narazılığı baş nazirin öz ölkəsi üçün iqtisadi və siyasi bonuslar əldə etmək istəyi ilə bağlıdır. Ermənistan Baş nazirinin hər iki dünyanın idarə etdiyi cəhdləri Ermənistanı xarici siyasətdə təcrid vəziyyətinə gətirib çıxardı. Bu vəziyyət, Azərbaycan əsgərləri dost Türkiyə ilə Dağlıq Qarabağı azad edəndə ən açıq şəkildə ortaya çıxdı. Nə Moskva, nə də Qərb İrəvanın köməyinə gəlmədi və münaqişəni sülh yolu ilə həll etmək üçün rəsmi zənglərdən məmnun qaldı.

    İndi bir çox ermənilər hesab edirlər ki, Paşinyanın uzaqgörənliyi və qətiyyətsizliyinə görə ölkəsi tarixi çıxılmaz vəziyyətə düşüb. Xalq da hesab edir ki, ölkənin probləmləri ancaq baş nazirdən qurtulmaqla həll edilə bilər. Bu çərçivədə Azərbaycanlı jurnalistlərin açıqladığı “Sasna Tsrer” partiyası ilə Ukrayna Silahlı Qüvvələrinin Erməni legionun arasında maliyyə və təşkilatı əlaqələr xüsusi əhəmiyyət kəsb edirlər. İrəvanda hakimiyyət uğrunda mübarizədə risklər gündən-günə artır. Buna görə, ola bisin ki, Ermənistanın radikal müxalifətinin bir sıra uğrusuzluqlar nəticəsində qanunun sərhədini keçərək son dərəcə tədbirlər görmək qərarına gəlsin. O dövrdə Ukraynanın tərəfində döyüşən Erməni legionunun döyüşçüləri bir gecədə tarixi vətəndə özlərini tapa bilərlər və baş nazirin təkcə höküməti deyil, həm də həyatını itirəcəyi əsas zərbə qüvvəsinə çevrilə bilərlər.
    Konu KamranMammadov tarafından (03-07-2024 Saat 04:26 PM ) değiştirilmiştir.

Benzer Konular

  1. Cevaplar: 0
    Son Mesaj: 09-28-2013, 08:30 AM
  2. Cevaplar: 0
    Son Mesaj: 07-22-2013, 03:51 PM
  3. Cevaplar: 0
    Son Mesaj: 07-03-2013, 03:00 PM
  4. Ermənistan hərbi aviasiyasını gücləndirir
    By Baku in forum Xəbər Lenti
    Cevaplar: 0
    Son Mesaj: 01-21-2013, 06:13 PM
  5. Cevaplar: 0
    Son Mesaj: 01-18-2013, 04:50 PM

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.