HOLLANDİYADA TÜRKİYƏNİ DƏSTƏKLƏYƏN YÜRÜŞ-MİTİNQ KEÇİRİLMİŞDİR
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Hollandiyadakı türk və Azərbaycan diasporları oktyabrın 28-də ölkənin Utrec şəhərində kürd separatçılarına qarşı Türkiyənin əməliyyatlarını dəstəkləyən yürüş-mitinq keçirilmişlər.
Şəhərin Mariaplaats meydanına toplaşmış 50 mindən artıq mitinq iştirakçısı əsas küçələrdən keçərək dövlət informasiya agentliyinin mərkəzi ofisi qarşısına gəlmiş və burada etiraz aksiyasını davam etdirmişdir.
Hollandiyadakı “Türk tələbələri” cəmiyyətinin Erkin təşkilatının təşəbbüsü ilə keçirilmiş mitinqə Hollandiyadakı Azərbaycan Türk Kültür Dərnəyinin və Benilüks Azərbaycanlıları Konqresinin fəalları, bu ölkədə yaşayan türklər və azərbaycanlılar, Almaniyadan gəlmiş çox sayda türklər və İraq türkmənləri qoşulmuşlar. Mitinq iştirakçıları dünya ictimaiyyəti tərəfindən terrorçu təşkilat kimi tanınmış PKK-nın törətdiyi cinayətlərdən danışmış, son zamanlar kürd separatçılarının onlarla dinc əhalinin ölümünə səbəb olmuş terror aktlarını pisləmiş və terrorçu təşkilata qarşı Turkiyənin apardığı hərbi əməliyyatları dəstəklədiklərini bildirmişlər.
Mitinqdə “Hər şey vətən üçün!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Hamımız əsgərik, PKK-ya yenimərik!”, “Dağlıq Qarabağ Azərbaycanındır və Azərbaycanın da olacaq!”, “Xocalı qatillərə məzar olacaq!”, “Türkiyə PKK-ya məzar olacaq!” və digər şüarlar səslənmişdir.
Türkiyənin, Azərbaycanın və İraq türkmənlərinin bayraqlarının dalğalandığı mitinq-yürüş sakit şəraitdə başa çatmışdır.
Hollandiyanın onlarla mətbuat orqanında mitinq barədə yazılar dərc edilmişdir.
Azertag
Türkiyə Xəbərləri
Printable View
-
10-30-2007, 02:51 PMyeshuTürkiyə Xəbərləri
-
10-30-2007, 02:54 PMyeshu
Türkiyə Şimali İraqla bağlı yardım istəmir
Türkiyənin İraqın şimalında terrorçu PKK təşkilatına qarşı apardığı mübarizədə Azərbaycanın rəsmi Ankaraya hər hansı formada yardım göstərməsinə zərurət yoxdur. Belə bir açıqlama ilə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlu çıxış edib.
Səfir bildirib ki, Azərbaycan parlamentarilərinin belə bir təşəbbüslə çıxış etməsi sevindirici hal olsa da ölkəsi üzərinə düşən vəzifəni yerinə yetirməyə qadirdir: "Orada nə lazımdırsa, özümüz edirik. Belə bir təşəbbüsün irəli sürülməsindən məlumatsızam". -
10-30-2007, 02:59 PMyeshu
Moskvada Türkiyə vətəndaşı öldürülüb
«Yeni AST» adlanan bazarın ərazisində baş verən atışma nəticəsində daha 3 türk vətəndaşı yaralanıb.
Rusiyanını paytaxtı Moskvada Türkiyə vətəndaşı öldürülüb. Bu barədə məlumat yerli hüququ mühafizə orqanlarından verilib.
İnsident Şimal bulvarında yerləşən «Yeni AST» bazarı ərazisində baş verib. Üç naməlum şəxs «Omeqa sistem» adlanan müəssisəyə girərək atəş açmağa başlayıblar. Atışma nəticəsində daha 3 türk vətəndaşı yaralanıb.
Faktla əlaqədar cinayət işi açılıb.
ANS PRESS -
10-30-2007, 03:27 PMyeshu
EHUT OLMERT ƏRDOĞANDAN ÜZR İSTƏDİ
İsrail Baş Naziri Ehut Olmert, İsrail hərbi təyyarələrinin sentyabr ayının 6-da Suriya ərazisində keçirdiyi əməliyyat zamanı Türkiyə sərhədlərini də pozaraq nəticədə, təyyarələrdən neft daşıyan çənlərin Türkiyənin bəzi bölgələrinə düşməsinə səbəb olmuşdur. Bu hadisə ilə bağlı Türkiyə hökuməti İsrail nümayəndələrindən açıqlama tələb etmişlər. Verilən xəbərlərə görə oktyabrın 23-də Londonda Olmert cənab Ərdoğanla görüşü zamanı, dəymiş ziyan səbəbi ilə, İsrail hökuməti adından Türk xalqından və hökumətindən üzr istədiyi bildirilmişdir. -
10-30-2007, 03:35 PMyeshu
4500 TÜRK VƏTƏNDAŞI KÖNÜLLÜ HƏRBİ XİDMƏTƏ GETMƏK ÜÇÜN MÜRACİƏT ETMİŞDİR
Xatırladaq ki, onlardan 350 nəfəri qadınlardır
Türkiyədə baş verən son terror hadisələrindən sonra, bir çox əyalətlərdə etiraz dalğaları başlamışdır. Bu arada əhali arasında könüllü hərbi xidmətə getmək üçün hərbi komisarlığa müraciət edənlərin sayının artdığı bildirilir. Belə ki, son günlərdə PKK terror təşkilatı ilə döyüşmək 4500 vətəndaş müraciət etmişdir. Bunlardan 350-si qadınlardan ibarət olmuşdur. Bu ay ərzində türkiyədə şəhid olanların sayı 22 nəfər olmuşdur. Bu hadisə əhali arasında PKK-ya qarşı hiddətin artmasına səbəb olmuşdur. Xatırladaq ki, könüllü hərbi xidmətə getmək istəyənlərin 1200 nəfəri əvvəllər hərbi xidmətdə olmuş vətəndaşlar təşkil edir.
Haberturk -
10-30-2007, 08:09 PMyeshu
Ünlü Tiyatrocular Kepez'e Geliyor
Kepez Belediyesi Tiyatro Topluluğu'nun Yetiştirdiği Oyuncuların Sahnelediği "Yedi Kocalı Hürmüz" Komedi-müzikal Oyununun Galası, Ünlü Tiyatro Oyuncuları ve Azerbaycan Lenkeran Devlet Tiyatrosu Ekibinin Katılımıyla 6 Kasım'da Akm'de Yapılacak.
Kepez Belediyesi Tiyatro Topluluğu'nun galası, Azerbaycanlı tiyatrocuları da ağırlayacak. Azerbaycan Lenkeran Devlet Tiyatrosu'nun 16 sanatçısı ve Azerbaycan Kültür Bakanlığı Güzel Sanatlar Genel Müdürü Ali Gısmet Lalayev de "Yedi Kocalı Hürmüz" oyununu izleyecek.
İhlas Haber Ajansı -
10-31-2007, 11:55 AMyeshuİqdırda hava limanının tikintisinə başlanır
İqdırda hava limanının tikintisinə başlanır
2008-ci ilin may ayından başlayaraq, Azərbaycan-Türkiyə sərhədində yerləşən İqdır əyalətində tikintisi 12 il bundan əvvəl təxirə salınmış hava limanının tikintisinə yenidən başlanacaq. "Hava limanının inşa edilməsi həm İqdırın iqtisadiyyatına, həm də Azərbaycan-Türkiyə münasibətlərinə müsbət təsir göstərəcək" - deyə İqdır bələdiyyəsinin rəhbəri Nürəddin Aras bildirib.
Azərbaycan türklərinin yaşadığı İqdır əyalətində hava limanının tikintisinə 1995-ci ildə başlanıb, lakin limanın tikintisi vəsait çatışmazlığı səbəbindən təxirə salınıb. Nürəddin Arasın verdiyi məlumata görə, Azərbaycana ötən ilki səfəri zamanı prezident İlham Əliyevlə görüşündə prezidentdən hava limanının tikintisinin bərpasına yardım etməyi xahiş edib. Azərbaycan dövlət başçısı ilə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan arasında aparılan danışıqlarından sonra İqdırda hava limanın tikintisinə vəsait ayırmaq barədə qərar qəbul olunub: "Azərbaycan prezidentinin köməyi öz müsbət təsirini göstərib və artıq gələn ildən hava limanın tikintisinə başlanacaq".
Bələdiyyə başçısı həmçinin bildirib ki, iqdırlılar Türkiyənin qonşu əyalətlərinin, Qars, Ərzurum və ya Aqranın hava limanlarından istifadə edirlər. Bakıya uçuş isə yalnız Naxçıvan vasitəsilə mümkündür: "İqdırda hava limanın tikilməsi nəticəsində yola az vaxt sərf olunacaq ki, bu da sahibkarlar üçün çox vacibdir və eyni zamana iqtisadiyyatın da inkişafına səbəb olacaq". N.Arasın sözlərinə görə, hava limanının tikintisi Bakı və Gəncəyə birbaşa aviareyslər həyata keçirməyə imkan verəcək və ticarət dövriyyəsinin artımına səbəb olacaq.
525-ci Qazət / İ.QASIMLI, İqdır -
10-31-2007, 03:26 PMyeshuİspanya, Türkiye'nin AB üyeliğine sıcak
İspanya, Türkiye'nin AB üyeliğine sıcak
İspanya'da yapılan bir araştırma, İspanyolların yüzde 56'sının Türkiye'nin AB üyeliğine olumlu baktığını ortaya koydu.
İspanyol halkı, parlamenterleri ve iş adamlarının görüşlerinin sorulduğu ankette, Türkiye ile ilgili bölümde, gerek İspanyol halkı, gerekse İspanyol parlamenterleri, gelecekte Türkiye'nin AB üyeliğini savunurken, parlamenterlerin sadece yüzde 25'i Türkiye'nin AB'ye girişini "tehdit" olarak yorumladı. İspanyol iş adamlarında ise bu oran yüzde 35'e kadar çıktı.
AB Haber / Brüksel -
10-31-2007, 03:42 PMyeshuTürkiye: Erdal İnönü Vefat Etti
ERDAL İNÖNÜ VEFAT ETTİ
ABD'de kanser tedavisi gören Erdal İnönü hayatını kaybetti
SHP Onursal Başkanı Prof. Dr. Erdal İnönü (81), tedavi gördüğü ABD'nin Huston kentinde yaşamını yitirdi.
Eski Başbakan Yardımcılarından, 2. Cumhurbaşkanı İsmet İnönü’nün oğlu Prof. Dr. Erdal İnönü, tedavi gördüğü ABD’nin Houston kentinde, 81 yaşında hayatını kaybetti. -
11-01-2007, 11:31 AMyeshu8 ayda Türkiyə Azərbaycan neftinin əsas alıcısı olub
8 ayda Türkiyə Azərbaycan neftinin əsas alıcısı olub
2007-ci ilin yanvar-avqust aylarında Azərbaycanda ixrac edilən neftin 29,5%- i Türkiyənin payına, 20,5%-i İtaliyanın payına düşüb. Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir. Azərbaycanda istehsal edilən dizel yanacağının əsas alıcısı İran olub. O, bu neft məhsulunun 35%- ni satın alıb. Sonrakı yerləri Türkiyə (15%), İtaliya (8%), Gürcüstan (8,7%) və s. ölkələr tutub. Kerosin isə əsasən İtaliya tərəfindən satınalınıb: bu neft məhsulunun elə 45%-i bu ölkənin payına düşüb. -
11-01-2007, 11:48 AMyeshuTürkü ölüdürən skinxedlərə 9 il həbs verildi
Türkü ölüdürən skinxedlərə 9 il həbs verildi
Moskvada Türkiyə vətəndaşını öldürən iki skinxedə məhkəmə 9 illik həbs cəzası kəsib. Hökm bu gündən qüvvəyə minir.
Belə ki, 2005-ci ilin 27 noyabr tarixində 16 yaşlı skinxedlər "Moskviç" futbol stadionunun yaxınlığında Volqoqrad prospektində iki Türkiyə vətəndaşına hücum edərək döymüşdülər. Onlardan biri aldığı xəsarətdən ölmüşdü.
Bu gün məhkəmə qərarı ilə hər iki skinxedə cəzalarını islah kaloniyasında çəkməkşərti ilə 9 il cəza verib. Moskova prokurorluğu mətbuat xidmətinin verdiyi məlumata görə, bundan əlavə, türk tərəfinə 24 min 207 rubl mənəvi ziyan ödəniləcək.
QayNar: -
11-01-2007, 04:37 PMyeshuTürkiyə PKK-nı dəstəkləyənlərə qarşı sanksiyalara keçir
Türkiyə PKK-nı dəstəkləyənlərə qarşı sanksiyalara keçir
Türkiyə kürd separatçı PKK qruplaşmasına bağlı olanlara qarşı iqtisadi sanksiyalara başlayıb. Türkiyə hökuməti elan edib ki, bu tədbirdən məqsəd separatçıları zəiflətməkdir.
Lakin bir sıra müşahidəçilər bildirirlər ki, bu tədbirlər kürdlərin Şimali İraqdakı muxtariyyətini zəiflədə bilər.
Türkiyə tərəfi “sanksiya” sözünü işlətməsə də, bəlli olub ki, bu tədbirlər PKK döyüşçüləri ilə hər hansı bağları olan şirkət və fərdlərə qarşı yönələcək.
Bu da xəbər verilmir ki, İraqdakı kürd hökuməti bu sanksiyaların hədəfi olacaq, ya yox.
Əgər İraqda Amerikanın ən sədaqətli müttəfiqi olan kürdlər hədəf edilsə, onda Vaşinqtonun İraqda azsaylı iqtisadi uğurlarından biri sayılan bu sakit region problemlərlə üzləşəcək.
Türkiyə baş nazirinin müavini Cəmil Çiçək deyib ki, hərbi, diplomatik və iqtisadi tədbirlər eyni vaxtda yeridiləcək.
İraq Kürdüstanı ərzaq baxımından Türkiyədən son dərəcə asılıdır. Türkiyə bu bölgəyə investisiyalar yatırır, buralarda işlənən elektrikin 10 faizini verir.
Təsdiq olunmamış xəbərlərə görə Türkiyədən bu bölgəyə kommersiya uçuşları artıq dayandırılıb, investorlar isə planlarını təxirə salıblar.
Cəmil Çiçək deyib ki, sanksiyalar günahsız adamlara ziyan gətirməyəcək şəkildə yeridiləcək.
BBC -
11-01-2007, 04:45 PMyeshu
Ərdal İnönü vəfat etdi
Türkiyənin 2-ci Prezidenti İsmət İnönünün oğlu Ərdal İnönü müalicə olunduğu Amerikanın Hyuston şəhərində 81 yaşında vəfat edib.
Verilən məlumatlara görə, İnönü dünən Türkiyə saatı ilə 05:00-da dünyasını dəyişib. Keçən il Hyustonda yerləşən M. D. Anderson Onkoloji Mərkəzində müalicə olunduqdan sonra Vətənə dönən Ərdal İnönü xəstəliyinin yenidən kəskinləşməsi səbəbilə 27 avqustda yenidən ABŞ-a qayıtmışdı.
Ərdal İnönü 1926-cı ildə doğulub. Ankara Universitetinin fizika fakültəsini bitirib. ABŞ-ın Kaliforniya Texniki Universitetində doktorluq elmi dərəcəsi alıb. Ankara Universitetində, Orta Doğu Texniki Universitetində və Boğaziçi Universitetində elmi fəaliyyətlə məşğul olduqdan sonra 1983-cü ildə Sosial Demokrat Partiyasını (SODEP) quraraq, siyasətə girib. SODEP-lə Xalqçı Partiyanın birləşməsi ilə yaranan Sosial Demokrat Xalqçı Partiyasının (SHP) lideri olub. Üç dəfə millət vəkili seçilib. 1991-1995-ci illərdə Baş nazirin müavini və xarici işlər naziri vəzifələrində çalışıb.
Zaman -
11-01-2007, 04:47 PMyeshuİran-İraq: “Türkiyəyə kömək etməliyik”
İran-İraq: “Türkiyəyə kömək etməliyik”
İranın xarici işlər naziri Mənuçöhr Mutteki dünən gözlənilmədən İraqa səfər edib. O, səfər çərçivəsində İraqın xarici işlər naziri Hoşyar Zəbari ilə görüşüb. Danışıqlardan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran nazirlər Türkiyənin Şimali İraqa müdaxilə məsələsinə də toxunublar. Mutteki Türkiyəni terrorla mübarizə məsələsində dəstəklədiklərini deyib: “Terrorla mübarizənin Türkiyənin əsas prinsiplərindən biri olduğunu bilirik və bunu dəstəkləyirik. Dünya ictimaiyyəti də bu məsələdə Türkiyəyə yardımçı olmalıdır. Bizim də Türkiyənin qonşusu olaraq, ona kömək etməyimiz vacibdir. Eyni zamanda, xüsusilə, Amerika məsələyə daha ciddi yanaşmalıdır”.
Zəbari isə İraq hökumətinin heç bir silahlı təşkilatın onun torpaqlarında fəaliyyət göstərməsinə icazə verməyəcəyini bildirib: “Hökumətimiz belə silahlı qruplaşmaların qonşularımıza zərər verməsini qəbul etmir. İstanbulda keçiriləcək İraqa qonşu ölkələrin toplantısının çox vacib olduğunu düşünürəm. Çünki bu tədbirdə əsasən terror mövzusu müzakirə ediləcək”.
Zaman -
11-02-2007, 12:22 PMyeshu
Türkiyə hava sərhəddini Şimali İraqın üzərindən uçan təyyarələrin üzünə bağlayıb
Rəsmi Ankara bu qərarı İraqa iqtisadi təzyiq tədbirləri paketi çərçivəsində qəbul edib
PKK terrorçularına qarşı genişmiqyaslı plan hazırlayan Türkiyə öz hava sərhəddini Şimali İraqın üzərindən uçan təyyarələrin üzünə bağlayıb. Verilən məlumata görə, rəsmi Ankara bu qərarı İraqa iqtisadi təzyiq tədbirləri paketi çərçivəsində qəbul edib. Rəsmi orqanlar isə bu xəbəri təsdiqləməyib.
Türkiyənin xarici işlər naziri Ali Babacan isə təşkil etdiyi mətbuat konfransında Şimali İraqa qarşı tətbiq edilən sanksiyaların ictimaiyyətə açıqlanmayacağını bildirib və əlavə edib ki, nəzərdə tutulan sanksiyalardan bəziləri artıq tətbiq edilməyə başlanılıb. Türk hava məkanının Şimali İraqın üzünə bağlanılması ilə əlaqədər verilən suala cavab olaraq Ali Babacan bildirib ki, Türkiyənin sanksiyalar tətbiq edə biləcəyi sahələr çox genişdir. Bundan başqa A. Babacan bu tədbirlərin İraq xalqına qarşı yönəlmədiyini bildirib və əlavə edib ki, bu terror təşkilatı PKK-ya və onu xaricdən dəstəkləyənlərə qarşı yönəlib.
ANS -
11-02-2007, 12:32 PMyeshuKondaliza Rays bu gün Türkiyəyə gəlir
Kondaliza Rays bu gün Türkiyəyə gəlir
Ankarada Kondaliza Raysın ölkəyə səfərinə bir gün qalmış etiraz aksiyası keçirilib
Birləşmiş Ştatların dövlət katibi Kondaliza Raysın bu gündən Türkiyəyə səfəri başlayır.
Amerika rəsmisi Türkiyə səfəri zamanı rəsmi Ankaranı İraqın şimalında hərbi əməliyyatlar keçirmək fikrindən daşındırmağa çalışacaq. Rəsmi Vainqton İraqın ən sabit bölgəsində keçiriləcək hərbi əməliyyatların burada ümumi vəziyyətə mənfi təsir edəcəyini iddia edir.
Ankarada Kondaliza Raysın ölkəyə səfərinə bir gün qalmış etiraz aksiyası keçirilib. Təxminən 100 nəfər aksiya iştirakçısı Raysın şəklinə daş və dəmir parçaları atıblar. Aksiya aştirakçıları xanım Raysı istefaya getməyə çağıran şüarlar da səsləndiriblər.
Məlumata görə, Türkiyə vətəndaşları Birləşmiş Ştatları PKK məsələsində hərəkətsizliyinə görə qınayıblar. Yürüş iştirakçıları Birləşmiş Ştatlarla diplomatik münasibətlərin pisləşməsi bahasına da olsa İraq sərhəddində əməliyyat keçirilməsini istəyiblər.
İstanbul şəhərindəki ABŞ konsulluğu qarşısında da analoji aksiya təşkil olunub. Etirazçılar «Rays, qanlı əllərini Türkiyədən çək!» şüarları səsləndiriblər.
ANS Press / © 2007 Bütün hüquqlar qorunur. -
11-02-2007, 07:46 PMyeshu
Corc Buş Rəcəb Tayyib Ərdoğanla görüşü səbirsizliklə gözlədiyini deyib
ABŞ prezidenti Corc Buş Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə PKK terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq məsələlərinin müzakirə olunacağını bildirib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, C. Buş Vaşinqtonda jurnalistlərə açıqlamasında deyib: “Bu vacib mövzunu müzakirə etmək və dağlıq ərazidən gələnlərin türk əsgərlərinə zərər verməsinin qarşısını almaq üçün hansı addımları ata biləcəyimizi müəyyənləşdirmək üçün baş nazir Ərdoğanın gəlişini gözləyirəm. Çox yaxşı və konkret danışıqlarımız olacaq. Müttəfiqlər məhz bu cür davranmalıdır. Onunla oval ofisdə görüşü səbirsizliklə gözləyirəm”.
APA -
11-05-2007, 01:52 PMyeshuXalq artisti Zeynəb Xanlarova İstanbulda möhtəşəm konsert verib
Xalq artisti Zeynəb Xanlarova İstanbulda möhtəşəm konsert verib
Türkiyənin İstanbul şəhərində yerləşən Bostancı Gösteri Mərkəzinin böyük salonunda Azərbaycanın xalq artisti Zeynəb Xanlarova konsert verib.
«Palmali» Şirkətlər Qrupunun sponsorluq etdiyi konsert anşlaqla keçib. Konsertdə Azərbaycan və Türkiyə bayraqları dalğalanıb. Konsertin təşkilatçısı Emin Nahidoğlunun sözlərinə görə, xalq artistinin növbəti konserti noyabrın 6-da Dənizli şəhərində baş tutacaq.
ANS PRESS
[ -
11-05-2007, 01:55 PMyeshuQalatasaray növbəti qarşılaşmada liderliyini qoruya bilib
Qalatasaray növbəti qarşılaşmada liderliyini qoruya bilib
Qaziantepsporla qarşılaşan komandanın oyunu 1-1 hesabı ilə başa çatıb
Türkiyə Superliqasının növbəti turunda lider Qalatasaray Qaziantepsporun qonağı olub. Qalatasaray bu matçda çətinliklə də olsa məğlubiyyətdən canını qurtarıb. Oyun 1-1 hesabı ilə başa çatıb.
ANS Press
[ -
11-05-2007, 01:57 PMyeshuTürkiyənin əskinasları yenidən dəyişiləcək
Türkiyənin əskinasları yenidən dəyişiləcək
Yeni pulların adı “YTL” yox, sadəcə lirə olacaq
Türkiyədə uzun illər boyu xroniki infilyasiya nəticəsində bol sıfırlı hala gələn türk lirəsi 1 yanvar 2005-ci ildən etibarən yerini “Yeni Türk Lirəsi”nə (YTL) verib.
2009-cu il yanvarın 1-dən etibarən isə YTL yenidən “Türk Lirəsi” ilə əvəzlənəcək. Yeni lirənin əskinası üçün Türkiyədə müsabiqə elan ediləcək. Hazırlanacaq olan əskinaslar da bu müsabiqənin nəticəsində müəyyənləşəcək.
ANS PRESS -
11-06-2007, 12:02 PMyeshuARAZ JURNALI TÜRKİYƏDƏ ÇAP EDİLİB
ARAZ JURNALI TÜRKİYƏDƏ ÇAP EDİLİB
Güney Azərbaycanda baş verən hadisələri işıqlandırmaq məqsədi ilə Türkiyədə yeni Araz jurnalı çapa başlayıb. Bu barədə xəbəri jurnalın təsisçisi və redaktoru Nəzmi Yaşar TURANın müxbirinə bildirib. Nəzmi Yaşarın sözlərinə görə 3000 tirajla çap edilən jurnal İran türklərinin problemləri və özəllikləri, İranda dərc edilən karikatura böhranı və digər məsələlərə geniş yer verib.
İnterfax -
11-07-2007, 12:17 PMyeshuŞimali Egeydə fırtına təhlükəsi
Şimali Egeydə fırtına təhlükəsi
Son günlərdə Türkiyənin müxtəlif bölgələrində fərqli hava şəraiti müşahidə olunmaqdadır. Dünən Antalyada havanın istiliyi müsbət 28 dərəcə olmuş, insanlar dənizdə çimərək yayın ləzzətini davam etdirmişlər. Eyni gündə isə ölkənin şimal-şərqindəki Artvin rayonunda güclü qar yağmuru həyatı iflic vəziyyətinə gətirmişdir. Ölkədə bu cür təzadlı hava şəraiti davam etməkdədir. Dövlət Meteorologiya İdarəsi rəhbərliyindən verilən məlumata görə, bu gün Qərbi Qara Dəniz, Mərmərə və Şimali Egeydə əsən şiddətli külək axşam saatlarından sonra fırtınaya çevriləcək. Meteorologiya idarəsi vətəndaşları tədbirli olmağa çağırır.
Zaman -
11-07-2007, 08:34 PMyeshu"Liverpul" "Beşiktaş"ı darmadağın edib
"Liverpul" "Beşiktaş"ı darmadağın edib
Beşiktaş klubu rəqibinə 8-0 uduzaraq azarkeşlərini məyus edib
UEFA Çempionlar Liqasının son finalçısı, İngiltərənin "Liverpul" klubu 4-cü turda Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşıb.
Beşiktaş klubu bu qarşılaşmada Liverpula 8-0 məğlub olaraq Avropa çempionlar liqasında çox fərqli bir skora imza atıblar.
ANS
[ -
11-07-2007, 08:39 PMyeshuŞimali İraqın kürd rəhbərliyi Ərdoğanın Vaşinqton ziyarətindən razı qalıb
Şimali İraqın kürd rəhbərliyi Ərdoğanın Vaşinqton ziyarətindən razı qalıb
Regional kürd rəhbərliyinin baş naziri deyib ki, onlar görüşdə səslənən fikirləri dəstəkləyirlər.
Şimali İraqın kürd rəhbərliyi Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Vaşinqton ziyarətindən razı qalıb. Regional kürd rəhbərliyinin baş naziri Necirvan Bərzani Ərbildə keçirdiyi mətbuat konfransında deyib ki, onlar görüşdə səslənən fikirləri dəstəkləyirlər.
PKK-nı terror qruplaşması olaraq tanımayan Necirvan Bərzani məsələnin həlli üçün danışıqların davam etdirilməsini zəruri sayıb. O deyib ki, PKK və "Pajak" təşkilatının həyata keçirdiyi silahlı basqınlar kürd xalqına ziyandan başqa heç nə vermir. Necirvan Bərzani PKK-nı qeyd-şərtsiz olaraq silahı yerə qoymağa çağırıb. Əks təqdirdə bundan sonra olanlara görə kürd rəhbərliyinin məsuliyyət daşımayacağını da vurğulayıb.
İraqın xarici işlər naziri Hoşyar Zebari isə deyib ki, rəsmi Bağdad PKK-ya qarşı sərt addımlar atdığı üçün Türkiyə Şimali İraqda geniş hərbi əməliyyat keçirməyəcək. O qeyd edib ki, Ərdoğan - Buş görüşü PKK probleminin həllinə və bölgədə gərginliyin azalmasına müsbət təsir edir. /ANS TV/
[ -
11-08-2007, 03:46 PMyeshu
Türkiyədə alman terrorçu həbs edilib
Saxlanılan şəxs Almaniyada terror hadisələrinin təşkil edilməsində şübhəli bilinir. Türkiyə ərazisində Almaniyada terror hazırlığında şübhəli bilinən dördüncü şübhəli şəxs saxlanlıb.
"Der Spiegel" qəzetinin yazdığına görə, terrorçu alman polisinin uzun müddət axtarışlarından sonra Türkiyə tərəfindən həbs edilib. Tutulan şəxsin Almaniya ərazisində planlaşdırılan terror hadisələrini təşkil edən terrorçu qruplaşmaya aid olduğu hesab edilir. -
11-12-2007, 02:49 PMyeshuTürkiyənin futbol üzrə 12-ci superliqi başa çatıb
Türkiyənin futbol üzrə 12-ci superliqi başa çatıb
Futbol üzrə Türkiyə Superliqasında 12-ci tura yekun vurulub. Çempionatın lideri Qalatasaray bu tur Gənclərbirliyini qəbul edib. Oyuna aktiv başlayan Qalatasaraylılar, rəqiblərini 3-2 hesabı ilə məğlub etməyə nail olublar.
Bundan başqa, “Sivasspor” Beşiktaş klubu ilə qarşılaşıb. Bu qarşılaşma Beşiktaşın növbəti məğlubiyyəti ilə nəticələnib. Qarşılaşma 2-1 hesabı ilə başa çatıb.
Xatırladaq ki, bundan əvvəl də Beşiktaş ingilis rəqiblərinə 8-0 hesabı ilə uduzaraq azarkeşlərini məyus etmişdi. /ANS TV/
ANS-PRESS / © 2007 Bütün hüquqlar qorunur. -
11-12-2007, 02:52 PMyeshuİlqar Qurbanov Türkiyə liderinə qələbə topu qazandırıb
İlqar Qurbanov Türkiyə liderinə qələbə topu qazandırıb
"Sivasspor" - "Beşiktaş" oyununda 81-ci dəqiqədə meydana daxil olan İlqar Qurbanov qələbə qolunu vurub
Futbol üzrə Türkiyə çempionatında turnir cədvəlinə "Sivasspor" klubu başçılıq edir.
Sivaslılar son oyunda İstanbulda "Beşiktaş"a 2-1 hesabı ilə qalib gəliblər. Azərbaycan yığma komandasının yarımmüdafiəçisi İlqar Qurbanov 81-ci dəqiqədə oyuna daxil olub. Elə qələbə qolunu da məhz İlqar vurub.
"Sivasspor" klubu hazırda 12 oyundan 28 xalla trunir cədvəlinə başçılıq edir.
ANS Press -
11-12-2007, 02:55 PMyeshuKral Abdullah Türkiyəyə səfər edib
Kral Abdullah Türkiyəyə səfər edib
Səudiyyə Ərəbistanının kralı Abdullah Bin Əbdüləziz əl-Suud Türkiyəyə rəsmi səfər edib.
Özü ilə böyük heyəti gətirən Ərəbistan kralı Ankaraya 9 təyyarə ilə gəlib. Abdullah bin Əbdüləzizi Esenboğa Hava Limanında Türkiyə Prezidenti Abdullah Gül, xarici işlər naziri Ali Babacan, dövlət naziri Sait Yazıcıoğlu və digər rəsmilər qarşılayıblar. Hava limanından birbaşa prezident iqamətgahına yola düşən kral, Çankayada Prezident Abdullah Güllə təkbətək görüş keçirib. Sonra isə heyətlərarası danışıqlar baş tutub. Növbəti görüşlərin Baş nazir Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Ali Babacanla keçirilməsi planlaşdırılır. Danışıqlar zamanı siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafı perspektivləri müzakirə olunacaq.
Zaman -
11-12-2007, 03:13 PMyeshuTürkiyə ordusunun PKK girovluğunda olmuş 8 əsgəri həbs edilib
Türkiyə ordusunun PKK girovluğunda olmuş 8 əsgəri həbs edilib
İki həftə PKK terrorçularının girovluğunda qalan və noyabrın 4-də sərbəst buraxılan Türkiyə Silahlı Qüvvələrinin 8 hərbi qulluqçusu haqqında həbs qətimkan tədbiri seçilib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, əsgərlərdən 5-i əmrə itaətsizlikdə israr etməkdə, 2-si əmrə itaətsizlikdə israr etmək və ölkə xaricinə fərarilikdə, çavuş rütbəli hərbçi isə vəzifə səlahiyyətlərinə zidd hərəkət etməkdə ittiham olunur. Onlar noyabrın 11-də Van Hərbi Məhkəməsinin qərarı ilə həbs ediliblər. Əsgərlər məhkəmədə verdikləri ifadələrdə ittihamları qəbul etməyərək şəhid olan yoldaşları kimi sona qədər döyüşdüklərini, güllələri qurtardıqdan sonra təslim olmaq məcburiyyəti qarşısında qaldıqlarını bildiriblər. Vəkillər 7 gün ərzində həbs qərarından kasasiya şikayəti verəcəklərini açıqlayıblar.
Xatırladaq ki, oktyabrın 21-də Türkiyənin cənub-şərqindəki Hakkari rayonu ərazisində baş verən döyüşdə 12 türk əsgəri həlak olmuş, 8-i isə terrorçular tərəfindən qaçırılaraq İraqın şimalına aparılmışdı. -
11-12-2007, 03:21 PMyeshuNigar Talibova hırsızların kurbanı oldu
Nigar Talibova hırsızların kurbanı oldu.
Ünlü mankenin evine giren hırsızlar, 80 bin YTL nakit para ve 100 bin YTL’lik mücevher alıp kaçtı.
Hizmetçi vurgunu
Nigar Talibova'nın evinden 80 bin YTL'lik nakit para ile 100 bin YTL'lik mücevher çalındı. Ünlü manken, bunu Moldovyalı hizmetçisinin yaptığını öne sürdü.
Herkesin kabusu olan hırsızların son kurbanı, manken Nigar Talibova oldu. Güzel mankenin başına gelen hırsızlık olayı, kendisinin söylediklerine göre şöyle gelişti: Nigar, salı akşamı bir arkadaşının evinde kaldı. Sabah Ulus Belediye Sitesi'ndeki evine dönen manken, kapıyı açık buldu. Evine hırsız girdiğini anlayan Nigar Talibova, ilk iş olarak nakit para ile mücevherlerinin bulunduğu çekmeceye baktı. Ancak, Nigar'ın yaklaşık 80 bin YTL'lik nakit parası ile 100 bin YTL'lik mücevheri çalınmıştı. Bunun üzerine, güzel manken soluğu Levent Karakolu'nda aldı.
'ŞİRKET ARACILIĞIYLA...'
Soruşturmanın devam ettiğini belirten Nigar Talibova, şunları söyledi: Hırsızlık olayını, bir şirket aracılığıyla yanımda çalışmaya başlayan Moldovyalı hizmetçimin gerçekleştirdiğini düşünüyorum. Kendisi yurt dışına kaçmış olabilir. Gerçek, Türk polisi tarafından en kısa zamanda ortaya çıkartılacak.
Takvim / Aydın Hamza -
11-14-2007, 08:46 PMyeshuTürkiyə ilə Yunanıstan arasında inşa olunmuş boru kəməri
Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş boru kəməri vasitəsilə gələcəkdə ildə 12 mlrd. kubmetrədək qaz nəql olunacaq
Bu ilin noyabr ayının 18-də Türkiyə ilə Yunanıstan arasında inşa olunmuş qaz boru kəmərinin açılış mərasimi keçiriləcək. Tədbirdə iki ölkənin baş nazirləri iştirak edəcək, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Romano Prodi də mərasimə dəvət olunublar. ”APA-Economics”in məlumatına görə, iki ölkənin qaz kəmərləri şəbəkələrini birləşdirəcək bu boru xəttinin inşasına dair ilkin sənəd 2002-ci ilin aprel ayında imzalanıb. Kəmərin ümumi uzunluğu 285 km, o cümlədən Türkiyə ərazisinə düşən hissəsi 209 km, layihənin ümumi dəyəri isə 250 mln. avro təşkil edir. Xəzər regionu ölkələri, o cümlədən Azərbaycan, gələcəkdə isə Türkmənistan və Qazaxıstandan, hətta İran və Misirdən təbii qazın Avropa bazarlarına nəql edilməsi üçün nəzərdə tutulan bu boru xətti vasitəsilə ilkin mərhələdə gündə 700 min kubmetr, ildə isə 250 mln. kubmetr qazın nəqli nəzərdə tutulub. Lakin sonrakı 15 il ərzində bu göstəricinin 11,5 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. Artıq 2012-ci ilin sonunadək isə Adriatik dənizinin dibilə daha bir kəmərin inşası planlaşdırılır və bu xətt Yunanıstanla İtaliyanı birləşdirəcək. Nəticədə, Xəzər regionunda hasil olunan təbii qazın Mərkəzi
Avropaya çatdırılması imkanı yaranacaq.Məsələ ilə bağlı açıqlama verən Amerika Dövlət katibinin xüsusi nümayəndəsi Metyu Brayza bu xəttin istifadəyə verilməsinin müdhiş yenilik olacağını söyləyib. Amerikanın bu layihəyə önəm verdiyini vurğulayan Brayza proyektin Avropanın strateji xəritəsinin daha yaxşı yönə doğru dəyişməsində rol oynayacağını bildirib.
Xatırladaq ki, qazın nəqlinə dair saziş Türkiyənin “BOTAŞ” və Yunanıstanın DEPA şirkətləri arasında hələ 2003-cü ilin sonunda imzalanıb. -
11-14-2007, 08:47 PMyeshuTürkiyə Yaxın Şərqdə sülh missiyasını öz üzərinə götürür
Türkiyə Yaxın Şərqdə sülh missiyasını öz üzərinə götürür
Türkiyə Fələstin və İsrail arasında yarım əsrdən artıq davam edən münaqişənin aradan qaldırılması üçün vasitəçilik missiyasını öz üzərinə götürüb.
Bu məqsədlə bu gün Türkiyənin təşəbbüsü ilə Ankarada Fələstin və İsrail rəhbərləri - Mahmud Abbas və Şimon Peres bir araya gələrək münaqişənin aradan qaldırılması yollarını müzakirə edəcəklər.
Türkiyə get-gedə regionda xüsusi nüfuza malik olan ölkəyə çevrilməkdədir. Bunu Türkiyənin Fələstin və İsrail arasında problemlərin çözülməsi missiyasını öz üzərinə götürməsi də bir daha sübut edir. Bu çərçivədə dünən Ankaraya gələn İsrail dövlət başçısı Şimon Pereslə görüşən Prezident Abdullah Gül mətbuata verdiyi açıqlamada: “Biz Yaxın Şərqdə ədalətli və uzunmüddətli sülhün əldə edilməsi və bölgədəki gərginliyin aradan qaldırılmasının vacibliyi barədə Pereslə fikir ortaqlığı nümayiş etdirdik”, - deyib. Gül və Peres görüşdən sonra keçirdikləri mətbuat konfransında Türkiyənin Fələstin-İsrail münaqişəsinin aradan qaldırılması məsələsində həyata keçirdiyi vasitəçilik missiyasının tarixi əhəmiyyət daşıdığını vurğulayıblar. Abdullah Gül deyib ki, Fələstin-İsrail münaqişəsinin aradan qaldırılması yalnız bölgə üçün deyil, həm də beynəlxalq aləm üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, bu problemin aradan qaldırılmaması digər beynəlxalq münaqişələrin də həllinə mənfi təsir göstərir. Türkiyə Prezidenti həmçinin ölkəsinin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi ilə bağlı aparılan tədqiqatların əleyhinə olmadığını, ancaq bundan kütləvi qırğın silahlarının yaradılması niyyətilə istifadə edilməsinin əleyhinə çıxdığını bildirib.
Abdullah Gül: “Biz qonşuluğumuzda nüvə silahına malik ölkənin olmasını arzu etmirik”, - deyib. O, qaçırılan iki İsrail əsgəri ilə bağlı məsələnin də müsbət nəticələnməsi üçün cəhdlərə baş vurduqlarını deyib.
İsrail prezidenti Şimon Peres də Türkiyənin iki qitəni bir-birinə bağlayan önəmli bir coğrafi məkanda yerləşdiyini və Ankaranın Yaxın Şərqdə sülh əldə edilməsi üçün baş vurduğu vasitəçilik missiyasını təqdirlə qarşıladıqlarını deyib. Abdullah Gül ilə ilk dəfə bir araya gəldiklərini xatırladan Peres iki ölkə arasında əməkdaşlığın bölgə üçün faydalı olacağını söyləyib. O, Mahmud Abbasla Ankarada görüşməsindən də məmnunluq duyduğunu və bunun münaqişənin həllində önəmli rol oynayacağına inandığını vurğulayıb.
[ -
11-14-2007, 09:02 PMyeshuƏrdahanda Türkiyə-Azərbaycan qardaşlığı məktəbi açılıb
Ərdahanda Türkiyə-Azərbaycan qardaşlığı məktəbi açılıb
Türkiyənin Ərdahan vilayətində "Palmali" Şirkətlər Qrupunun inşa etdirdiyi məktəbin açılışı olıb. Məktəb dünya standartlarına uyğun tikilib, ən müasir texnika və avadanlıqlarla təhciz olunub. Bu təhsil ocağında yaxınlıqdakı Altaş və Seyitorən kəndlərindən olan şagirdlərlə yanaşı, ətraf ucqar kəndlərdən uşaqlar da təhsil ala biləcəklər. Şagirdləri məktəbə aparıb gətirmək üçün "Palmali" məktəbi avtobusla təhciz edib. "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov deyib ki, şirkət bununla öz işini bitmiş hesab etmir və gələcəkdə də məktəbin təminatını öz üzərinə götürməklə şagirdlərin qayğısına qalacaq. "Palmali" Şirkətlər Qrupunun Bakı təmsilçiliyinin mətbuat xidmətinin məlumatına görə, məktəb Türkiyə-Azərbaycan qardaşlığı məktəbi adlandırılıb. Qeyd edək ki, bu, Palmali Şirkətlər Qrupunun Türkiyə və Azərbaycanda həyata keçirdiyi təmənnasız humanitar layihələrdən biridir. -
11-15-2007, 02:49 PMyeshuGürcüstanın Baş naziri Ərdoğandan kömək istədi
Türkiyə vasitəçilik missiyasını davam etdirir: Gürcüstanın Baş naziri ölkəsində sabitliyin təmin edilməsi üçün Ərdoğandan kömək istədi
“Türkiyə Gürcüstanın siyasi birliyini, ərazi bütövlüyünü və hakimiyyətini dəstəkləyir. Bir çox məsələlərdə Gürcüstanla mövqelərimiz üst-üstə düşür. Bunu dəfələrlə Gürcüstan tərəfinə bildirmişik. Xüsusilə, Abxaziya və Cənubi Osetiya problemlərinin sülh yolu ilə həllini arzu edirik”. Bu sözləri Gürcüstanın Baş naziri Zurab Noqaydeli ilə görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.
İki gün öncə İsrail Prezidenti Şimon Peres və Fələstin Prezidenti Mahmud Abbasın Ankarada görüşünü təşkil edən Türkiyə hökuməti regionda sülhə nə qədər önəm verdiyini bir daha nümayiş etdirdi. Problemli ərazilərdə sülhə nail olmaq üçün vasitəçilik missiyasını davam etdirən Türkiyə bu dəfə kömək əlini Gürcüstana uzadıb. Baş nazir Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edən Gürcüstanın Baş naziri Zurab Noqaydelinin Ankarada Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında söylədikləri də bu fikirləri təsdiq edir.
Gürcüstanın ərazi bütövlüyünün qorunmasında Türkiyənin verdiyi dəstəyə görə həmkarına təşəkkür edən Z. Noqaydeli Türkiyənin çox önəmli ölkə olduğunu, Gürcüstanda sabitliyin təmin edilməsində qonşu ölkənin yardımına bel bağladıqlarını və Türkiyənin bölgədə vasitəçilik missiyasını sürdürməsinin vacibliyini vurğulayıb. O, bu çərçivədə problemlərin həll edilməsi üçün Türkiyənin dəstəyinin mühümliyinə diqqət çəkib... Ərdoğanla görüşdə iki ölkə arasındakı iqtisadi münasibətlərə də toxunduqlarını deyən Gürcüstan rəsmisi sərbəst ticarət müqaviləsinin imzalanmaq mərhələsində olduğunu bildirib. -
11-15-2007, 08:34 PMyeshuİki türk Danimarka parlamentinin üzvü seçilib
İki türk Danimarka parlamentinin üzvü seçilib
Noyabrın 9-da Danimarkada keçirilən parlament seçkilərində əslən türk olan iki qadın millət vəkili seçilib. APA-nın Türkiyə bürosunun xəbərinə görə, 31 yaşlı Özləm Çəkic Sosialist Xalq Partiyasından, 34 yaşlı Yıldız Akdoğan isə Sosial-Demokrat Partiyasından parlament üzvü seçilməyə nail olublar.
APA -
06-19-2008, 07:45 PMyeshuTürkiyədə "gənə" həyəcanı
Türkiyədə "gənə" həyəcanı
Türkiyə həyəcan içərisindədir. Ölkə mətbuatının məlumatına görə, əhali gənələrin hücumuna məruz qalıb. Ölkənin səhiyyə idarəsi açıqlamada "indiyədək belə problemlə qarşılaşmamışdıq" deyib. Gənələrin dişi yarılaraq orqanizmdən çıxarılır. Gənə dişlədiyi şəxslərə həm də infeksiya ötürür. Həkimlər infeksiyanın insandan insana keçmə ehtimalını irəli sürüblər. Buna görə də təbiət gəzintisinə gedənlərdən ehtiyatlı olmaları tələb edilib. Azərbaycanda "gənə problemi" yalnız vaqonlarda yaşanır. Xüsusilə rayonlara gedənlər vaqonlarda gənə, ağcaqanad, siçan və tarakanların "hücumundan" müdafiə olunmaq məcburiyyətindədilər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildiriblər ki, vaqonların təmizliyilə Dəmir Yolu İdarəsinin nəzdində fəaliyyət göstərən gigiyena idarəsi məşğul olmalıdır. İdarədən isə məsələyə açıqlama vermək istəməyiblər.
Menbe: "OLAYLAR" -
06-19-2008, 07:48 PMyeshuPKK terror təşkilatının mina mütəxəssisi təlim vaxtı məhv olub
PKK terror təşkilatının mina mütəxəssisi təlim vaxtı məhv olub
PKK terror təşkilatının mina mütəxəssisi təlim vaxtı məhv olub. Türkiyənin haberler.com saytının yaydığı məlumata görə, kod adı “Hakkı Losano” olan Ozan Gökkan adlı terrorçu minanı zərərsizləşdirmə təlimi verərkən baş vermiş partlayışda ölüb. Mənbə, terrorçunun uzun illərdir qruplaşmada mina mütəxəssisi kimi faliyyət göstərdiyini, bu peşəyə 1993-cü ildə İspaniyada yiyələndiyini bildirib.
Mənbə: ANSPRESS -
06-20-2008, 11:11 AMalperxanRe: Ərdahanda Türkiyə-Azərbaycan qardaşlığı məktəbi açılıbAlıntı:
yeshu Nickli Üyeden Alıntı
Allah razı ola öncülük edenlerden,çok güzel bir girişim,ama bu yetmez bütün dünya ya göstermeliyiz bizim bir olduğumuzu
Ne mutlu Türküm diyene ve Türk gibi yaşayana ::aze:: -
06-20-2008, 02:28 PMyeshuİNSANIN 4 İL ÖMRÜ QALIB?
İNSANIN 4 İL ÖMRÜ QALIB?
İndi hər şey arılardan asılıdır
Ötən gün Türkiyənin “Vətən” qəzeti maraqlı bir elmi araşdırmanın nəticələrini dərc edib. Həmin araşdırmaya görə, insanın cəmi-cümlətani 4 il ömrü qalıb. Belə ki... Amerikada ötən qış aylarında arıların 35 faizi itib. Bu isə 87 əsas məhsulun arılar sayəsində istehsal edilməsi faktına ciddi zərbədir.
Xatırladaq ki, bal arılarının ötən il anlaşılmaz bir şəkildə azalmağa başlaması səbəbindən dünya miqyasında böyük bir həyəcan yaşanmışdı. Aradan keçən zaman ərzində arıların yox olması səbəbi ilə bağlı aparılan araşdırma isə nəticə vermədi. Alimlərsə bunun bir sindromdan qaynaqlandığı nəticəsinə gəldilər. Baxmayaraq ki, həmin sindroma yol açan faktorun nə olduğu heç cür təsdiqlənmədi. Dünyaca məşhur xəbər jurnalı “Nevsveek” son nömrəsində arı krizinin sürətlə davam etdiyini yazdı.
Jurnala görə, iki il öncə arılarının 30 faizini itirən amerikalı arıçılar ötən qış daha 35 faizlik itki yaşadı. “Nevsveek”ə görə, bitkilərin tozlanmasında böyük rol oynayan arıların yox olması gözlənilən böyük bir qida böhranından xəbər verir. Kanada, Braziliya, Hindistan, Çin və Avropada panika davam edir. İngiltərə Arıçılar Birliyi “2018-ci ildə İngiltərə sərhədlərində bir arı belə qalmaya bilər. Nəticədə 330 milyon dollarlıq əkin sənayesi çökə bilər” açıqlamasıyla təhlükənin sərhədlərini gözlər önünə sərib. Amerika Bal İstehsalçıları Birliyi isə “Trilyon dollarlıq əkin sənayesi tək bir səndələməkə param-parça olmağa hazır xristal kimidir” deyərək, təhlükəyə diqqət cəlb edib.
Alimlər arıların ortadan yox olmasının gilas, alma, xiyar, badam, qreyfurt istehsalını böhrana salacağını bildirir.
Alman alimi Albert Eynşteyn isə “Əgər arılar yer üzündən itərsə, insanın, sadəcə, 4 il ömrü qalar. Arı olmasa, tozlanma, bitki, heyvan və insan olmaz” demişdi.
Menbe: Musavat -
06-20-2008, 02:33 PMyeshuTürkiyə yığması tarixinin ən böyük qələbəsini iyunun 20-də qazanıb
Türkiyə yığması tarixinin ən böyük qələbəsini iyunun 20-də qazanıb
Türkiyə milli komandası Xorvatiya ilə əlamətdar tarixdə qarşılaşacaq. Avropa çempionatının yarımfinalına yüksəlmək üçün türkiyəlilər uğurlu gündə istəyinə nail olmalıdırlar. Belə ki, “ay-ulduzlu” komanda tarixi ərzində ən böyük hesablı qələbəsini iyunun 20-də qazanıb.
1954-cü ildə İsveçrədə təşkil olunan mundialda Cənubi Koreyanı 7:0 hesabı ilə darmadağın edən türkiyəlilər bu səviyyədə belə qələbə qazana bilməyiblər. Ümumilikdə, qonşu ölkənin seçmə komandası daha iki dəfə bu hesabla qalib gəlib. Suriya və San-Marinonun da qapısından yeddi cavabsız top keçirən Türkiyə yığması bu görüşləri final mərhələlərində keçirməyib. İsveçrədəki qələbəyə iyunun 20-də imza atan komanda eyni tarixdə Avropa çempionatlarında ilk mükafatını qazana bilər. Bunun üçün Xorvatiyanı üstələməli olan türkiyəlilər qələbə sayəsində ən azı bürünc medala sahib çıxacaq. Ümumilikdə, Türkiyə iyunun 20-də cəmi iki oyun keçirib və hər ikisində qalib gəlib. “Ay-ulduzlu” komanda 1995-ci ilin bu tarixində Yeni Zelandiyanı 2:1 hesabı ilə yenib.
Xorvatiya yığması isə iyunun 20-də yalnız bir dəfə meydana çıxıb. 1998-ci ilin dünya çempionatında balkanlılar Yaponiyanı məğlub ediblər – 1:0.
Menbe: APA Sport
