Milli Qəhrəman Mübariz İbrahimov və zabit Fərid Əhmədovun meyitlərinin ekspertizası başa çatıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayevin ANS-ə verdiyi məlumata görə, şəhidlərin meyitləri birlikdən dini adət-ənəyə uyğun dəfn edilmək üçün "Təzə pir" məscidinə, oradan isə Müdafiə Nazirliyinə aparılacaq. Burada şəhidlərlə vida mərasimi keçirləcək.
Qeyd edək ki, təmas xəttində şəhid olmuş iki Azərbaycan hərbçisinin, Milli Qəhrəman Mübariz İbrahimov və zabit Fərid Əhmədovun valideynləri Bakıda Məhkəmə-Tibbi Ekspertiza İdarəsində qan analizi veriblər.
F.Əhmədovun ailəsi şəhidin dəfn olunmaq üçün doğulduğu rayona aparılacağını bildirib. M.İbrahimovun isə harada dəfn olunacağı hələlik dəqiqləşməyib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Firudun Sadıqov ANS-ə açıqlamasında dəfn mərasimi ilə bağlı ailənin qərar verməli olduğunu və bu qərara hörmətlə yanaşılacağını bildirib.
"Dünən biz təmas xəttində tabutları açdıq. Şəhidləri tanıyan, onlarla bir otaqda qalan iki nəfər meyitlərin onlara məxsus olduğunu təsdiqləyəndən sonra Bakıya gətirdik. Bu bizim ekspert kimi yox, insani baxışımız idi. Bu iki şəhidimiz layiq olduğu kimi, müsəlman qaydalarına uyğun, yüksək səviyyədə ana torpağa tapşırılacaq".
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Meyitlər oktyabrın 27-də Həştərxan şəhərində Dmitri Medvedyev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşündə imzalanan bəyannaməyə uyğun olaraq qaytarılıb. ANSPRESS
Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
[
Yer imleri