Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Haqqini halal et anam

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Baki
    Mesajlar
    188

    Haqqini halal et anam

    Qırmızı gül buraxdım məzarının başına
    Sən sevərsən həm də məzarına əkdiyim gül bu
    Göz yaşlarımla böyütdüm onu
    İyləyər öpərsən onu mənim yerimə

    Həyatı hiss etdim səninlə
    İlk ürək atışını tərpənməyi, ilk addımı
    Gülməni, ağlamanı,
    Aglarken yanaqlarımda hiss etdim o gözəl əllərini
    Dizlərinə başımı qoyduğumda
    Saçlarımı oxşayardın, sevgini hiss edərdim içimdə
    Xəstə olarkən mənə vurulan iynələrdə canın yanardı
    Hiss edərdim kiçik olsamda
    Mənə elə baxardın ki o iynələri sənə vursalar
    Ağrımazdın bu qədər
    Başımda gözləyərdin səhərə qədər
    Gözlərini bir an olsun ayırmazdın
    Əllərin səmada dua edərdin Allaha
    Ana mən səndən öyrəndim Allahı
    Onu sevməyi, ondan qorxmağı
    Səndən öyrəndim mən
    Rəbbimin elçisi və qulu olan
    Rəsulu Əkrəm əfəndimizi
    Səndən öyrəndim mən
    Uca kitabımız Quran - ı Kərim- i
    Həmişə istəyərdin oxumamı
    Oxuyuram anam oxuyuram artıq
    Həm də istədiyin kimi

    Mənə həyatı sən öyrətdin
    Həyatın şirin yanlarını
    Amma mənə öyrətmədin öləcəyini
    Məni buraxıb gedəcəyini
    Sənə o qədər vərdişkardım ki
    Səni itirmək ağılımdan gecmezdi.
    Üşüyürəm anam üşüyürəm
    Kimsə istilədə bilmir sənin istilətdiyin kimi
    Acdım ana sənin yeməklərinə acdım
    Dad vermir mənə heç bir yemək

    Dünən gecə yuxuma gəldin
    ‘balam necəsən əsla soyuqlama möhkəm geyin
    Yeməyini ye xəstələnmə 'dedin mənə
    Dad verməsə də yemək məcburiyyətindəyəm ana
    Yeyirəm işdə xəstə olmamaq üçün

    Bilirəm biz də gələcəyik o getdiyin yerə
    Amma nə edim dözmür ürək
    Dözmür gözlər
    Dözmür bədən
    Sənin sevgisizliyini yaşayıram
    Ürəyimə düşür o gözəl laylalarin
    Ürəyim yanır ana
    Ürəyim sənsizliyə yanır
    Bilirəm ana Allah səbrini verir
    Maneə ola bilmirəm
    Gözlərimdən tökülən yaşlara
    Haqqını halal et anam
    Məkanın cənnət ola anam
    Məzarın rahat ola anam
    Rəbbim mənim yanımda
    Rəsulum mənim yanımda
    Kitabım mənim yanımda
    Sən də mənim yanımdasan anam
    Haqqını halal et anam halal et halal et

    sen kimsen? Ana qucagında dunyaya goz acan korpe usaqmi, caylar kimi caglayan cosgun bir gencmi, beli bukulmus zavallı qocamı, yoxsa mezara gomulmus meyidmi.

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.