3 sonuçtan 1 ile 3 arası

11 sentyabrda doğuldu, 30 apreldə şəhid oldu!

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    11 sentyabrda doğuldu, 30 apreldə şəhid oldu!

    Ayaz Bağırovun qan donduran hekayəti

    Sonun SMS-i: “Növbəti günün bərbad olacağını bilə-bilə, hələ də üzündə saxta təbəssümü saxlamaq çox dəhşətlidir...”

    ...Ünvanlarını tapmaqda elə də çətinlik çəkmədim. 29-cu polis bölməsinin yaxınlığında yaşadıqlarını eşitdim. Kimdən soruşdumsa ünvanı dəqiq dedilər. Buna təəcüb etmədim. Son günlərin ən çox danışılan mövzusu və bu mövzunun qəhrəmanları...

    Qapıya yaxınlaşıram. Qapının arasına taxılmış işıq pulu qəbzini görəndə diksinirəm. Ağlıma gələn qəfil fikirdən üşənirəm. Yəqin ki, Ayazın kompüterinin, yandırdığı işığın, istifadə etdiyi ütünün və qeyrilərinin də qiyməti bax bu qəbzdədr.

    Bu dəfə siznlə birgə aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrorun daha bir qurbanı, 4-cü kurs tələbəsi Ayaz Cavanşir oğlu Bağırovun həyat hekayətini dinləyəsi olacağıq.

    O, 1988-ci ilin 11 sentyabrında dünyaya göz açıb. Ailədə iki nəfər olublar. 12 yaşlı qardaşı Azər də onun kimi dərs əlaçısıdır.
    “Sevdiyi qızla birgə xaricdə təhsil almaq istəyirdi”

    Ayazın gənc ömrü kimi arzuları da yarıda qırıldı. Sonuncu kursda dövlət imtahanını verdiyi gün qətlə yetirilən tələbə əsgəri xidmətini başa vurduqdan sonra təhsilini xaricdə davam etdirmək istəyirmiş. Elgün Ayazın yenicə aldığı xarici pasportunu göstərir. Hələ bircə dəfə də istifadə etmədiyi pasportunu da həmin gün üçün hazırlayıbmış...

    Üç dost idilər. Üçü də bir gündə qətlə yetrildi

    Ayaz, Savalan və Taleh. Çox yaxın dost idilər. O qədər yaxın idilər ki, hətta ölüm də onları ayıra bilmədi. Üçü də bir gündə qətlə yetrildi.
    Elgün isə mənə Ayazın ingilis dili öyrəndiyi kursda çəkildiyi kiçik bir süjeti göstərir. İngilis dilində hazırlanmış səhnəcikdə Ayazı Cırtdan öldürür. Cırtdanın atdığı daş düz Ayazın alnından dəyir və öldürür.Çox qəribədir. Görəsən Ayaz bu səhnəcikdə çəkilərkən ağlına gəlirmiş ki, əslində sonuna yaxınlaşdığı ömrünün ən faciəli epizodunu canlandırır.
    Və sonuncu SMS: Növbəti günün bərbad olacağını bilərəkdən...

    Dövlət imtahanını verəcəkdi səhər. Çox narahat idi. Nədənsə ürəyinə dammışdı ki, bu təkcə imtahan rahatsızlığı deyil. Axşam dostuna belə bir SMS yazıb: “Növbəti günün bərbad olacağını bilə-bilə hələ də üzündə saxta təbəssümü saxlamaq çox dəhşətlidir...”.

    Doğurdan da dəhşətlidir. Ayazın arzuları ilə tanış olanda şəkillərinə baxanda itirdiklərimizin nə qədər dəyərli olduğu bizi göynədir.
    *-*-*-ALLAH REHMET ELESIN*-*-*-
    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    11 sentyabrda doğuldu, 30 apreldə şəhid oldu!

    Allah Butun olenlere Rehmet elsin..Her zaman qelbimizedirler
    [

  3. #3
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: 11 sentyabrda doğuldu, 30 apreldə şəhid oldu!

    tələbələr həmin günü ən çətin imtahanlarını verdilər dərs cədvəlində yazılmamış imtahan,
    Allah rəhmət eləsin ruhları şad olsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.