AFRİKADA BAŞ VERƏN DAXİLİ ÇAXNAŞMALARIN VƏ QƏTLİAMLARIN KÖKÜNDƏ DARVİNİZM DAYANIR

XX əsrdə yaranan daxili qarşıdurmaların, müharibələrin və hər bir təhlükəli vəziyyətin arxasında azğın darvinizmin təsiri dayanır. Bu ideologiya həyatın mübarizə meydanı odluğunu, zəiflərin, yoxsulların, darvinizmə görə “aşağı irqdən olanların” əzilməsini və həyat səhnasindən çıxarılmasını məqbul hesab edir. Vəhşi mübarizə nəticəsində "ən uyğun" olanların həyatda qalıb, digərlərinin yox olacağını və bu şəkildə insanlığın daha “mədəni” və daha “inkişaf etmiş” olacağını iddia edirlər.

Darvinizmin, cəmiyyətin və ayrı-ayrı fərdlərin mədəniyyətinə mənfi təsiri çox dərin olmuşdur. Həyatın mübarizə meydanı olması fikri, inanlara bu vəhşi meydanda ya qalib gəlmə, ya da buna tab gətirib yaşamağa məcburiyyət hissini təlqin edir. Bu isə din əxlaqına tamamilə zidd və dinə qarşı olan bir dünya görüşünün formalaşmasına, yayılmasına səbəb olur. Beləki, bu cərəyan dünyanın hər yerinə siraət edir və bu şəkildə yeni həyat formaları ortaya çıxır. Bu azğın inanca görə əlil və fiziki çatışmamazlığı olan insanları ölüm düşərgələrində toplanyıb, orada onları ölümə tərk etmək normal idi. İnsanların kəllə sümüklərinin, boylarının, burun ölçülərinin alınıb, bu hesaba görə siniflərə bölmək lazım idi. Alt siniflərə daxil olanlar, rəhmsizcəsinə əzilir, istismar edilir və aradan götürülürlər. Bu vəhşilik tətbiq edildiyi təqdirdə, inkişaf olacağına inananlar üçün qətliam, zülm, soyqırım, mərhəmətsizlik, çaxnaşma kimi atklar insane və cəmiyyətin uğuru kimi qəbul edilir.



Bu rəhimsiz və qəddar anlayışın, böyük itkilərə və fəlakətlərə səbəb olduğu yerlərdən biri Afrikadır. Darvinin çirkin məntiqinə görə Avropalılar ən üstün irqləri, asiyalılar və afrikalılar isə təkamüldən geri qalmış, həyat mübarizəsində məğlub olmuş irqləri təşkil edirlər. Darvin onları insan hesab etmirdi. Darvin, İnsanın Məşəyi (Descent of Man) adlı kitabında gələcklə bağlı tamamilə cəfəng proqnozlar vermişdi. Bu kitabda zəncilər və Avstraliya sakinlərinin irqlərini qorillalarla eyni statusda olduğunu qeyd etmişdi:

"Bəlkə yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcəklər və onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunların mövcudluqlarına da şübhəsiz ki, xitam veriləcəkdir. Beləliklə insan ilə ən yaxın qohumları arasındakı boşluq daha da artacaq. Nəticədə bugünkü avropalı irqlərdən də mədəni olan irqlər və indiki zəncilərdən, Avstraliya akinlərindən və qorillalardan daha da geridə olan babun tipli meymun növləri qalacaq." (Charles Darwin, The Descent of Man, 2. Nəşr, New York, A L. Burt Co., 1874, s. 178)

Darvinin düşüncələrinə görə, Afrikalı irqlər təkamül prosesi nəticəsində tədricən sıradan çıxıb, yox olmaq məcburiyyətində qalacaqdılar. Afrikanın vəhşicəsinə istismarı və məzlum Afrika xalqlarından qul kimi istifadə sözdə elmi əsaslarla müdafə olunurdu. Darvinizmin Afrikada səbəb olduğu fəlakətlər sadəcə müstəmləkəçilik və köləlik deyildi. Afrikada yaşayan millətlərin və qəbilələrin bir-birilərini öldürməsilə nəticələnən çaxnaşmalar da darvinist zehniyyət tərəfindən təhrik olunurdu.



Müstəmləkəçilik siyasətindən əvvəl qəbilə müharibələri olmayan Afrikaya çaxnaşmanı darvinizm gətirib

Afrika xalqları min illərlə qəbilə halında yaşayıblar. Avropalıların müstəmləkəçilik siyasətindən əvvəl Şərqi Afrikada 300 il, qəbilələr arasında demək olar ki, heç bir müharibə baş verməmişdi.

Afrika qitəsindəki xalqların mustəmləkə halına gətirilməsinin səbəbi, guya onların əslən qara dərili olduqları və Anqlo-saks irqi kimi “inkişaf etmiş” olmadıqlarındandır.

Darvinistlərə görə Afrika xalqları hələ müasir insan səviyyəsinə çatmayıblar. Avropalılar tərəfindən müstəmləkə halına salındıqdan sonra öz daxillərində də onları təkamül nəzəriyyəsinin ierarxik “qanunauyğunluğuna” əsasən kəllə sümüklərinin həcminə, dərilərinin rənginə, boy və sümük quruluşuna nəzərən siniflərə bölürdülər. Məhz bu səbəbdən, açıq rəngli, daha böyük kəllə sümüyünə sahib, daha uzun boylu xalqları “ən üstün irq” kimi görürdülər.



Fiziki olaraq daha çox təkamül prosesi keçmiş və Avropalılar kimi inkişaf edə bilmə ehtimalı olduğu güman edilən “üstün afrikalı” irqlərini “aşağı afrikalı” irqlərinə rəhbər təyin edirdilər. Müstəmləkə dövlətlər aşağı gördükləri afrikalı irqləri üstün afrikalı irqlərin əli ilə zülmə məruz qoyurdular. Rəhbər mövqeyə gətirilən qruplar çox yaxşı yaşadıqları halda, aşağı mövqedə olanları tarlalarda və mədənlərdə qamçılayaraq işlədirdilər, ac saxlayırdılar, yəni bu məzlum insanları zülmə düçar edirdilər.

Müstəmləkəçi dövlətlər bu bölgələrdən çıxdıqdan sonra burada darvinist zehniyyətin hakim olduğu ədalətsiz system davam edirdi. Darvinizm bu ölkələrdə daxili çaxnaşmalara, xaos və milyonlarla insanın ölümünə səbəb oldu.



Hal-hazırda Afrikada, Kenya, Somali, Darfur, Çad, Syerra Leone daxili ixtişaşlardan əziyyət çəkir. Afrika ölkələrində baş verən daxili problemlərin böyük əksəriyyəti itqi ayrıseçkilikdən qaynaqlanır. Darvinist sistemin insanlara etdiyi zülm, bu qitənin hər yerində özünü göstərir. Ruanda Belçıka müstəmləkəsi olmadan əvvəl bu torpaqlarda bütün etnik azlıqlar sülh və dinclik içində yaşayırdılar. Belçika isə tutsi və hutulara, onların etnik kimliyini təsdiqləyən fərqli şəxsiyyət vərəqələri verdi. Xalqı bir meydanda toplayıb, kəllə sümüklərini, boylarını dərilərinin rengini və burun ölüçülərini götürürdülər.

Tutsilərin Hutulara görə guya daha üstün olduqları qənaətinə gəldilər və nəticədə Hutuları qəhvə tarlalarında işgəncə altında işlətdikləri halda, Tutsiləri Hutulara rəhbər təyin etdilər. Hutular illərlə insalıqdan uzaq hərəkətlərə məruz qaldılar. Hutulara qarşı icra olunan bu vəhşət, tutsilərin boylarının onlardan daha uzun olması, burunlarının kiçik olması və nisbətən açıq dəri rənginə sahib olmalarından qaynaqlanırdı. Onların təkamül keçirərək, avropa irqinə yaxın olacaqları iddia edilirdi. Beləliklə heç bir problem yaşamayan bu iki millət arasına hüsumət və düşmənçilik toxumları əkdilər.

Nəticədə ölkədə əsrin ən böyük qətliamı baş verdi. 100 gün içində bir milyona yaxın tutsi və hutu qətl edildilər.



Bu gün Afrika qitəsində cərəyan edən daxili çaxnaşmaların böyük hissəsi müstəmləkəçilik dövründən miras qalan irqi ayrıseçkilik siyasətinin nəticəsidir. İllər boyu bir-birilərini dost bilən, sülh içində yaşayan xalqları darvinist təlqinlərlə zülmə məruz qoyublar. Xalqları təhlükəli şəraitdə təzyiq altında saxlayaraq, münaqişəyə və çaxnaşmaya məcbur ediblər. Azğın darvinizm dininin prinsiplərindən biri olan sinfi mübarizə bu gözəl qitəni qana boyamışdır.
(məqalə harun yahya)