Nüvədəki gizli güc

Nüvə atomun düz mərkəzində yerləşir və hər kimyəvi elementin atomunun özəlliyinə uyğun sayda proton və neytronlardan əmələ gəlib. Nüvənin radiusu atomun radiusunun on mində biri qədərdir; rəqəmlə göstərsək, atomun radiusu 10-8 (0,00000001) sm, nüvənin radiusu isə 10-12 (0,000000000001) cm.-ə bərabərdir. Dolayısıyla, nüvənin həcmi atomun həcminin 10 milyardda birinə bərabərdir.


Atomun hər bir hissəciyi üçlü kvark qrupundan əmələ gəlir
Üçlü kvark qrupu


Bu kiçikliyi yenə də gözümüz önündə canlandıra bilmək üçün bayaqkı gilas məsəlini yada salın. Bir qədər öncə dediyimiz kimi, əgər əlinizdəki açarı dünyanın ölçülərinə gətirsəniz, onun içindəki atomların hər biri gilas boyda olar. İndi isə həmin "gilas"ların içindəki nüvəni axtaraq. Amma bu axtarış boşunadır - çünki hətta indiki ölçülərdə də nüvə gözlə görünməyəcək qədər kiçikdir. Onları görə bilmək üçün ölçüləri yenidən dəyişmək gərəkdir. Bu dəfə gərək həmin "gilas"ı iki yüz metr enində nəhəng şara çevirək. Həmin ağlagəlməz ölçüyə qədər böyüdülən atomun nüvəsi yenə də çox kiçik - vur-tut bir toz dənəciyi boyda olacaq!15

Nüvənin 10-13 cm.-lik miqyasıyla atomun 10-8 cm.-lik miqyasını müqayisə edəndə belə bir nəticə ortaya çıxır: əgər atomu bir kürə şəklində qəbul edərək, həmin kürəni tamamilə nüvəylə doldurmaq istəsək, bunun üçün 1.000.000. 000. 000.000 dənə atom nüvəsi lazım gələcək.16 Ancaq bundan daha şaşırdıcı bir durum var: ölçülərinin atomun 10 milyardda biri qədər olmasına rəğmən, nüvənin kütləsi atomun kütləsinin 99,95-nə bərabərdir. Bəs necə olur ki, bir tərəfdən kütlənin az qala hamısı nüvənin payına düşür, digər tərəfdənsə nüvənin ölçüləri atomunkundan 10 milyard dəfə kiçik olur?

Səbəb budur: atom kütləsinin sıxlığı bərabər şəkildə paylanmayıb. Yəni kütlə əsasən atomun nüvəsində yığılıb. Tutaq ki, sizin 10 milyard kvadratmetrlik bir eviniz var və bu evin bütün əşyalarını 1 kvadratmetrlik otağa yığmalısınız. Bunu necə etmək olar? Təbii ki, belə bir şey mümkün deyil. Ancaq atomun nüvəsi dünyada tayı-bərabəri olmayan bir güclə bunu edə bilir. Bu gücün qaynağı öncəki bölümlərdə haqqında danışdığımız, kainatdakı dörd təməl qüvvədən biri olan "Güclü Nüvə Qüvvəsi"dir. Bu, təbiətdəki ən şiddətli qüvvədir və məhz o, atomun nüvəsini bir yerdə saxlayaraq, dağılmağa qoymur. Nüvədəki protonların hamısı müsbət yüklüdür və elektromaqnit qüvvəsinin təsirilə bir-birlərini itələyirlər. Fəqət Güclü Nüvə Qüvvəsi onların itələmə qüvvəsindən 100 dəfə böyük olduğundan, protonları bir arada tuta bilir və nüvəni dağılmağa qoymur.

Qısası, ağlagəlməz dərəcədə kiçik olan atomun daxilində bir-birinə təsir göstərən iki böyük qüvvə var və onların son dərəcə həssas tarazlığı sayəsində nüvə bütöv qala bilir. Atomun ölçülərini və kainatdakı atomların sayını nəzərə alsaq, ortada möhtəşəm və qüsursuz bir layihələndirmənin olduğunu görməmək mümkün deyil. Kainatdakı təməl qüvvələrin böyük elm və qüdrətlə ən uyğun şəkildə yaradılması açıq-aşkar göz önündədir. İnkarçılar bütün bunları danmaq üçün həm kainatın, həm də atomun təsadüflər nəticəsində yarandığını iddia edirlər. Halbuki, aparılan hesablamalar kainatdakı bu sistemlərin təsadüf nəticəsində yaradılması ehtimalının sıfıra bərabər olduğunu göstərir. Bütün kainat - atomdan tutmuş, qalaktikalara qədər,- Allahın varlığının və qüdrətinin aşkar dəlilləridir:

"...Rəbbim hər şeyi öz elmilə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsiniz?" (“Ənam” surəsi, / 80)
(harun yahya Atom möcüzƏsi)

15. Jean Guitton, Tanrı ve Bilim, Simavi Yayınları, 1993, s. 62
16. Ümit Şimşek, Atom, Yeni Asya Yayınları, s.7