Qoruyucu tavan: Ozon

Nəfəs aldığımız hava, yəni atmosferin aşağı təbəqəsi əsasən oksigen qazından (O2) ibarətdir. Formulundan da göründüyü kimi, oksigen qazının molekulları 2 atomdan yaranıb. Ancaq oksigen molekulları bəzən üç atomdan da
(O3) ibarət ola bilir. Bu zaman həmin molekul artıq oksigen deyil, "ozon" adlanır. Eyni atomlardan oluşsalar da, oksigenlə ozonun arasında çox böyük fərqlər var.

Bu yerdə vacib bir məqama diqqət yetirək: əgər iki oksigen atomu birləşərək, oksigen qazı əmələ gətirirsə, onda üç oksigen atom birləşəndə niyə tamam fərqli bir qaz - ozon yaranır? Say fərqli olsa da, birləşənlər hər bir halda, oksigen atomlarıdır axı.

Bəs niyə meydana iki ayrı-ayrı qaz çıxır?

Sualı cavablandırmazdan öncə, bu iki qazın arasında hansı fərqlərin olduğunu dəqiqləşdirək. Oksigen qazı (O2) atmosferin aşağı təbəqələrində bulunur və Yer üzündəki bütün canlılar onunla nəfəs alırlar. Ozon (O3) isə zəhərli və çox pis iyli bir qazdır, atmosferin ən üst təbəqələrində olur. Əgər oksigenlə yox, ozonla nəfəs alsaydıq, indi heç birimiz yaşaya bilməzdik.


Xlor ozona necə zərər verir?



Xlor 3 oksigen atomundan əmələ gələn Ozon molekulunu parçalayır. Ayrılan iki oksigen atomu oksigen molekulunu (O2) əmələ gətirir, tək qalan oksigen atomu isə xlorla birləşir və hipoxlorid yaranır. Hipoxlorid sərbəst qalan bir oksigen atomuyla birləşib, yenidən oksigen molekulu əmələ gətirir. Və xlor atomu yenə də sərbəst qalır. Bu çevrilmələr nəticəsində Ozonun (O3) quruluşu tamamilə pozulur.33



Amma atmosferin yuxarı qatlarında yerləşən Ozon da dünyadakı canlıların həyatında son dərəcə önəmli bir rol oynayır. Bu qaz təxminən 20 km. qalınlığı olan bir təbəqə şəklində bütün Yer Kürəsini əhatə edir. Beləcə, Günəşdən gələn işığın canlı orqanizmlər üçün zərərli spektrlərinin Yerə çatmasını əngəlləyir. Günəş işığının qırmızıdan o tərəfdə yerləşən spektrindəki şüalanma əgər olduğu kimi Yerə çatarsa, planetdəki həyatı hətta yox olmaq təhlükəsilə üz-üzə qoya bilər. Buna görə də, Ozon təbəqəsi Yer üçün bir növ qoruyucu zireh funksiyasını yerinə yetirir.

Yer üzündə həyatın davam etməsi üçün bütün canlıların nəfəs almaları və Günəşin zərərli şüalarından qorunmaları lazımdır. Bu sistemi quran isə ancaq və ancaq hər atoma, hər molekula hakim olan Allahdır. Allahın izni olmadan heç bir güc bu atomları oksigen və ya ozon molekulları yaratsınlar deyə, bir araya gətirə bilməzdi.

“Göyləri və yeri yaradan, göydən yağmur endirən, o yağmurla sizin üçün ruzi olaraq (cürbəcür) meyvələr yetişdirən, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizə tabe və çayları sizə ram edən Allahdır! Seyr edən Günəşi və Ayı, həmçinin gecəni və gündüzü sizin ixtiyarınıza verən Odur. Sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalim, həm də çox nankordur ("İbrahim" surəsi, 32-34).
(harun yahya Atom möcüzƏsi)

33. Structure of Matter, The Time Inc. Book Company, s. 70, 1992