Hz.Süleymanın heyvanlara olan sevgisi



"Axşamüstü ona cins, çapar atlar göstərildiyi zaman o dedi: "Mən gözəlliyi (bu atları) Rəbbimin zikrindən dolayı sevirəm. Nəhayət, qeyb olub gizləndi" ("Sad" surəsi, 31-32).

Ayələrdən də göründüyü kimi, Hz.Süleyman duruşlarındakı və qaçışlarındakı gözəllik və ustalıqları ilə seyrçilərə böyük zövq verən bu heyvanları sevmək üçün xüsusi bir vaxt ayırmaqdadır. Və bu əsnada Allahı anaraq Onun böyüklüyünə inanmaqdadır. Bu, nümunəvi bir möminin davranışıdır: imanlı bir şəxs gördüyü gözəlliklər və bu gözəlliklərin ruhuna təsiri qarşısında Allahı zikr edər. Bu, möminlərin Allaha olan sonsuz sevgilərinin nəticəsində yaranan bir təsirlənmədir.

Din əxlaqının gözəlliklərindən uzaq olan insanların çoxu özünə qapalı, ətrafındakı hadisələrə və varlıqlara qarşı diqqətsiz, xoşagəlməz xarakterli olurlar. Ancaq Hz.Süleymanın davranışından göründüyü kimi, müsəlman ətrafındakı gözəlliklərə qarşı son dərəcə diqqətli, gözəllik, estetika və sənətdən zövq alan incə düşüncəli bir insandır. O, Allahın verdiyi nemətlərin fərqindədir və bunlardan zövq alıb şükür etməyi bilir. Allah "De: "Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur?" De: "Bunlar dünyada iman gətirənlər üçündür, qiyamət günündə isə yalnız möminlərə məxsusdur..." ("Əraf" surəsi, 32) ayəsi ilə dünyadakı nemətlərin əslində müsəlmanlar üçün yaradıldığını xəbər verir.



"Onları mənə qaytarın!" Sonra onların qıçlarını və boyunlarını sığallamaca başladı" ("Sad" surəsi, 33).

Hz.Süleyman içində keçirdiyi sevgini həm sözlə ifadə etməkdə, həm də əməli şəkildə göstərir. Burada Hz.Süleymanın sevgisini ifadə etmə gücünü açıq şəkildə görürük. Ümumiyyətlə, insanlar içlərindəki sevgi-məhəbbət hisslərini hər zaman doğru və gözəl şəkildə ifadə edə bilməzlər. Hətta çox vaxt bundan çəkinirlər. İnsanın bir varlığa qarşı duyduğu məhəbbəti olduğu kimi göstərə bilməsi Allahın verdiyi xüsusi bir qabiliyyətdir. Allah ayələrində bu qabiliyyəti salih qullarından olan Hz.Yəhyaya verdiyini belə bildirir:

"(Yəhya dünyaya gəldikdən sonra ona dedik "Ey Yəhya! Kitabdan bərk yapış!. Biz uşaq ikən ona hikmət verdik. Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi" ("Məryəm" surəsi, 12-13).

"Sizin minməyinizdən ötrü, həm də zinət üçün atı, qatırı və uzunqulağı O yaratdı..." ("Nəhl" surəsi, 8).



Quranda Hz.Süleymanın atlarla birlikdə başqa heyvanlara da eyni sevgini göstərməsinə dair nümunələr verilir. Bu heyvanlardan biri qarışqalardır. Hz.Süleymanın qoşunu ilə birgə gəldiyini görən bir dişi qarışqa qarışqa dəstəsinə yuvalarına girmələrini, əks təqdirdə Hz.Süleymanın və qoşununun "özləri də bilmədən" onlara zərər verə biləcəyini söyləmişdi. Dişi qarışqanın danışığında "özləri də bilmədən" ifadəsindən istifadə etməsi Süleyman peyğəmbərin hətta müharibə vəziyyətində belə qarışqalara zərər verməyəcək qədər yüksək mərhəmətinə diqqəti yönəldir.

Hz.Süleymanın həyatına dair nümunələrin qeyd edildiyi bu ayədə müsəlmanlar üçün heyvan sevgisinin önəminə də işarə edilir. Çünki iman edən bir insan Allahın yaratdığı canlılardakı dərin hikmətləri, yaradılış gözəlliklərini daha yaxşı qavrayıb dərk edə bilir. Həmçinin heyvanlardakı ibrətlərin müfəssəl şəkildə izah edildiyi "Nəhl" surəsində "Onlarda (heyvanlarda) sizin üçün bir gözəllik var" ("Nəhl" surəsi, 6) buyrularaq bu həqiqətə diqqət çəkilir. Hz.Süleymanda gördüyümüz heyvana olan sevgisi də Allahın bu qüsursuz yaradıcılıq qüdrətinə duyulan heyranlığın ifadələrindən biridir.



Quranda heyvanların insanlara faydalı olan tərəflərindən biri kimi təhlükəsizliyi qorumaq olduğu xəbəri verilir. Məsələn, itlərdən sahiblərinin təhlükəsizliyini təmin etmək məqsədilə istifadə edilməsinə dair işarələr var. "Kəhf" surəsinin 18-ci ayəsində Əshabi-Kəhfin itlərindən bəhs edilir. Daha bir neçə ayədə də heyvan sevgisi və heyvanlardakı yaradılış dəlillərinin incələnməsi təşviq edilir.
(harun yahya Həzrəti Süleyman)