Axırzamana aid müjdələr



Hz.Süleyman və Hz.Zülqərneynin yaşadıqları dövrlərdə olan bu dünya hakimiyyəti bütün müsəlmanlar üçün böyük bir müjdədir. Çünki bu qissələrdə axırzamana aid mühüm işarələr var.

Allahın sərhədlərini ciddi bir şəkildə qoruyan, İslam əxlaqını dünyada hakim əxlaqa çevirmək üçün səy göstərən və heç bir çətinlik qarşısında qorxmayan müsəlmanlar bütün dövrlərdə qalib gələcəklər. Allahın köməyi və dəstəyi mütləq onların yanında olacaq.

Hz.Süleyman və Hz.Zülqərneyn yuxarıda saydığımız xüsusiyyətlərinin dünyadakı əvəzini güclü bir hakimiyyətlə (və əlbəttə ki, Allahın bir çox mənəvi lütfü ilə) almışlar. Axırzamanda eyni hakimiyyət Allahın köməyi ilə mütləq gerçəkləşəcək. Bu, Allahın iman gətirənlərə bir vədidir. Bu hakimiyyəti gerçəkləşdirəcək olanlar isə Peyğəmbərimizin (s.ə.v.) müxtəlif hədislərində də qeyd edildiyi kimi, sözügedən yüksək xüsusiyyətləri əsrlərdir özündə cəmləşdirən şərəfli türk milləti olacaq.

Üç qitəyə nizam vermiş Osmanlı İmperatorluğunun varisi olan türk milləti İslam əxlaqını bütün dünya üzərində hakim əxlaqa çevirəcək və dünya xalqlarının həsrətini çəkdiyi rahatlıq, sülh və sevgi dolu bir dünyanı mütləq quracaq. Ədalətli, mərhəmətli, sədaqətli və inanc sahibi olan böyük türk milləti bu işin öhdəsindən layiqincə gələcək.

"Sonra sizin üçün onunla xurma və üzüm bağları yaratdıq. Sizin üçün orada bir çox meyvələr vardır ki, onlardan yeyirsiniz" ("Muminun" surəsi, 19).
(harun yahya Həzrəti Süleyman)