İNSANLARLA MEYMUNLAR ORTAQ ƏCDADDANMI ƏMƏLƏ GƏLDİLƏR?

Təkamül nəzəriyyəsinin iddiasına görə, insanlarla indiki meymunların əcdadları birdir. Yəni bu ibtidai varlıqlar zamanla təkamül etmiş, bir qismi indiki meymunları, digər qolunu izləyən başqa bir qrup da indiki insanları əmələ gətirmişdir.

Meymunlarla insanların sözdə ilk ortaq əcdadlarına təkamülçülər ''Cənubi Afrika meymunu'' mənasını və ''Australopi*th*ecus'' adını verirlər. Həqiqətdə nəslikəsilmiş qədim meymun növündən başqa bir şey olmayan ''aistrolopith ecis''lərin müxtəlif növləri tapılır. Bunların bəziləri iri quruluşlu, bəziləri daha kiçik quruluşlu canlılardır.

İnsan təkamülünün bir sonrakı mərhələsini də də təkamülçülər ''homo'', yəni insan olaraq sinifləndirirlər. İddiaya görə, homo seriyasındakı canlılar ''australopithecus''lardan daha inkişaf etmiş, indiki insandan o qədər də fərqlənməyən canlılardır. Bu növün təkamülünün ən son mərhələsində isə ''homo sapiens'' (düşünən insan), yəni müasir insanın əmələ gəldiyi irəli sürülür.

İşin əsl tərəfi isə belədir: təkamülçülərin ortaya atdıqları bu xəyali ssenaridə ''australopithecus'' adını verdikləri canlılar nəsilləri kəsilmiş həqiqi meymunlar, homo seriyasındandakı canlılar isə keçmişdə yaşamış və nəslikəsilmiş irqlərə mənsub insanlardır. Təkamülçülər bir ''insan təkamülü'' sxemi əmələ gətirmək üçün müxtəlif meymun və insan skeletlərini böyüklüklərinə görə ard-arda düzmüşlər. Lakin elmi həqiqətlər bu skeletlərin qətiyyən bir təkamül prosesini təsdiq etmədiyini və insanın əcdadları olaraq göstərilən bu canlıların bir qisminin həqiqi meymun, bir qisminin də həqiqi insan olduqlarını göstərmişdir.

İndi xəyali insan təkamülü sxeminin ilk pilləsini əmələ gətirən ''australorithecus''ları araşdıraq:

''Australorithecus''lar -nəsli kəsilmiş meymunlar

Təkamülçülərin iddiasına görə, indiki insanların ən əsas əcdadları olmuşlar. Bu, üz və kəllə quruluşları müasir meymunlara bənzəyən, lakin beyinlərinin həcmi müasir meymunlarınkından daha kiçik olan qədim bir növdür. Ancaq təkamülçülərin iddialarına görə, bu varlıqların insanların əcdadı olmasını təmin edən çox mühüm bir xüsusiyyət aşkar olunmuşdur- onların iki ayaqlı olmaları.

Meymunlarla insanların hərəkət şəkli tamamilə fərqlənir. İnsanlar həqiqi mənada iki ayaqları ilə dik hərəkət edən yeganə canlılardır. Digər bəzi heyvanlar isə iki ayaqlı olaraq məhdud bir hərəkət qabiliyyətinə sahibdirlər və nəticədə əyilmiş şəkildə bir skeletləri var.

Təkamülçülərə görə, ''Australopithecus'' adlı bu canlılar iki ayaqları üzərində əyilmiş halda yerimə qabiliyyətinə malikdirlər. Onların məhdud ikiayaqlı qaçış hərəkətləri təkamülçüləri bu canlıların insanın əcdadı olduqlarını iddia etmək üçün cəsarətləndirməyə kifayət etmişdir.

Lakin təkamülçülərin ''australorithecus''ların ikiayaqlı olduqlarına dair iddialarını alt-üst edən ilk dəlil yenə də təkamülçü tədqiqatçıların özlərindən gəldi. ''Australopithecus''ların skeletləri üzərində aparılan təfərrüatlı araşdırma təkamülçülər tərəfindən belə bunların həddən artıq meymuna bənzədiklərinin qəbul olunmasına yol açdı. 1970-ci illərin ortalarında ''australopithecus'' skeletləri üzərində təfərüatlı anatomik araşdırmalar aparan təkamülçü &Ccedilarlz E.Oksnard onların skelet quruluşlarını indiki oranqutanların skeletinə bənzədirdi: ''Australopithecus''ların çiyin, bilək, ayaq, dirsək və əlləri kimi anatomik nahiyələri üzərində aparılmış bir çox müqayisə edilməli anotomik araşdırma mövcuddur. Bütün bunlar bunu söyləyir: bu skeletlərin müasir insana olan yaxınlığı həqiqət olmaya bilər. Bütün skelet parçaları həm insandan, həm də şimpanze və qorillalardan fərqlidir. ''Australopithecus''lar qrup olaraq araşdırılarkən özlərinə xas bir növ oranqutana oxşarlıq göstərirlər''[62].

Ancaq təkamülçülər üçün əsas xəcalət qaynağı ''australopithecus''ların iddia edildiyi kimi, ikiayaqlı və əyilmiş olaraq yeriyə bilməyəcəklərinin başa düşülməsi oldu. İki ayaqlı, ancaq əyilmiş şəkildə yeridiyi iddia edilən ''australopithecus''un belə bir quruluşa malik olması fiziki cəhətdən son dərəcə səmərəsiz olmalıydı və nisbətsiz olaraq yüksək bir enerjiyə ehtiyac yaratmalıydı. Necə ki, 1996-cı ildə kompüter mütəxəssisi Robin Krombton apardığı araşdırmalarda bu cür qarışıq yerişin mümkün olmadığını göstərdi. Kromptonun gəldiyi nəticə bu idi: bir canlı ya tam dik, ya da tam 4 ayağı üzərində yeriyə bilər. Bu ikisinin arasında bir yeriş şəkli enerji istifadəsinin həddən artıq dərəcədə artması səbəbi ilə mümkün deyil. Beləcə, ''australopithecus''ların iddia edildiyi kimi, həm əyilmiş, həm də iki ayağı üzərində yeriyə bilməyəcəyi təsdiqlənmiş oldu.

''Australopithecus''ların ikiayaqlı olmadıqlarına dair bəlkə də ən mühüm işi isə 1994-cü ildə skeletləşmiş canlılar üzərində ikiayaqlılıq araşdırmaları aparan, Liverpul Universitetinin insan anatomiyası və hüceyrə biologiyası bölümündə çalışan tədqiqatçı-anotomist Fred Spur və onun başçılıq etdiyi qrup gördü. Qulaq ilbizindəki şüursuz tarazlıq mexanizminə əsaslanaraq araşdırmalar aparan elm adamları ''australopithecus''ların insanabənzər olduqlarına dair iddiaya son qoydu.

Homi seriyası: həqiqi insan irqləri

Xəyali insan təkamülünün bir sonrakı pilləsi isə ''homo'', yəni insan seriyasıdır. Bu seriyadakı canlılar indiki insandan çox fərqli olmayan, sadəcə olaraq bəzi irqi fərqlilikləri olan insanlardır. Təkamülçülər bu fərqlilikləri şişirtməyə çalışaraq bəhs edilən insanları indiki insanın bir ''irqi'' olaraq deyil, ayrı bir ''növü'' kimi izah etmişlər. Lakin bir azdan da görəcəyimiz kimi, homo seriyasındakı insanların hamısı əslində normal insan irqindən başqa bir şey deyildir. Təkamülçülərin xəyali sxeminə görə, homo növünün öz içindəki xəyali təkamülü belədir: əvvəl ''homo crectus'', sonra arxaik ''homosapiens'' və neandertal insan, sonra da ''ero-maqnon'' adam və indiki insan əmələ gəlir.

Homo seriyasından olan və yuxarıda sadaladığımız ''növ''lərin hamısı, nə qədər təkamülçülər əksini iddia etsələr də, həqiqi insanlardan başqa bir şey deyildir. Birinci təkamülçülərin ən əsas növ saydıqları ''homo crectus''u araşdıraq.

''Homo crectus''un ibtidai bir növ olmadığını göstərən ən təsiredici dəlillər ən qədim ''homo crectus'' qalıqlarından olan ''Turkana uşağı''nın skeletidir. ''Turkana uşağı'' skeletinin 12 yaşında bir uşağa aid olduğu və böyüdüyü zaman boyunun 1,83 santimetr olmalı olduğu ehtimal edilməkdədir. Bu skeletin sahibinin dik skelet quruluşu indiki insandan fərqli deyil!

Uzun və incə olan skelet quruluşu indiki tropik bölgələrdə yaşayan insanların skelet quruluşuna tamamilə uyğundur. Bu skelet ''homo crectus''un ən mühüm dəlillərindəndir. Təkamülçü paleontropoloq Riçard Lakey ''homo crectus'' və indiki insanı belə müqayisə edir: ''Hər hansı bir adam fərqlilikləri görə bilər: kəllə sümüyünün şəkli, üzün forması, qaş çıxıntısının qalınlığı və s. ancaq müxtəlif ərazilərdə yaşayan insan irqlərinin bir-biriləri arasındakı fərqliliklərdən daha artıq deyildir. Belə bir fərqlilik cəmiyyətlər bir-birilərindən uzun müddət ayrı saxlanıldıqları zaman ortaya çıxar''[63].

''Homo crectus''un ''ibtidai'' bir növ olmadığının başqa bir güclü dəlili bunların 27 min il yaşı olduğu və hətta 13 min illik skeletlərinin tapılmış olmasıdır. Elm aləmində böyük əks-səda yaradan və hətta elmi jurnal olmayan ''Taym''da belə nəşr olunan bir məqaləyə görə, Yava adasında yaşının 27 min il olduğu müəyyən edilən ''homo crectus'' skeletləri aşkar olunmuşdur. Avstraliyada Kov bataqlığında isə 13 min illik ''homo sapiens'' - ''homo crectus''un xüsusiyyətlərini daşıyan bəzi skeletlər aşkar olunmuşdur. Bütün bu skeletlər ''homo crectus''un zamanımıza olduqca yaxın tarixlərə qədər həyatını davam etdirmiş olduğunu və bunların bildiyimiz insanın tarixə həkk olunmuş bir irqindən başqa bir şey olmadıqlarını göstərməkdədir.

Arxaik ''Homo sapiens'' və neandertal Adam

Arxaik ''homo sapiens'' xəyali təkamülün sxeminin indiki insandan bir öncəki pilləsini əmələ gətirir. Əslində, bu insanlar haqqında təkamülçülər tərəfindən söylənəcək bir şey yoxdur, çünki bunlar indiki insandan ancaq çox kiçik fərqlərlə ayrılırlar. Hətta bəzi tədqiqatçılar bu növün təmsilçilərinin zamanımızda hələ yaşadıqlarını söyləyərək avstraliyadakı aborigenləri misal göstərirlər. Avstraliya aborigenləri də da eynən bu növ kimi, qalın qaş çıxıntılarına, içəri doğru əyik çənə quruluşuna və bir az daha kiçik beyin həcminə malikdirlər. Bundan başqa, çox yaxın keçmişdə Macarıstanda və İtaliyanın bəzi kəndlərində bu insanların yaşamış olduqlarına dair ciddi tapıntılar ələ keçirilmişdir.

Təkamülçülər arxaik ''homo sapiens'' növünə ən mühüm nümunə kimi Hollandiyada tapılan neandertal adam adı verilən insan-fosilləri göstərirlər. Zəmanəmizdəki bir çox tədqiqatçı neandertal insanı indiki insanın bir alt növü okimi qəbul edərək ''homo sapiens neandertalensis'' adlandırmaqdadırlar. Bu irqin indiki insanla bərabər eyni anda və ərazidə yaşadığı dəqiqdir. Qazıntılar neandertalların ölüləri basdırdıqlarını, müxtəlif musiqi aləti düzəltdiklərini və onlarla eyni dövrdə yaşamış ''homo sapiens''lərlə bərabər, inkişaf etmiş bir mədəniyyəti bölüşdüklərini aydın göstərməkdədir. Neandertal skeletlərinin tamamilə müasir olan kəllə sümüyü və skelet quruluşları da hər hansı bir saxtakarlığa yer qoymur. Nyu Mexiko Universitetinin əməkdaşı, bu mövzuda ciddi alim sayılan Erik Trinkous belə yazır: ''Neandertal qalıqları və müasir insan sümükləri arasında edilən təfərrüatlı müqayisələr bunu göstərir ki, neandertalların anatomiyasında, ağıl səviyyəsi və ya danışma qabiliyyəti kimi xüsusiyyətlərində heç bir fərq yoxdur''[64].

Bunlara əlavə olaraq neandertalların indiki insana nisbətən bəzi üstünlükləri aşkar edilir. Neandertalların beyin həcmləri indiki insanın beyin həcmindən daha böyük olub. Onlar bədəni daha sağlam quruluşlu və əzələləri bizimkindən daha güclüymüş.

Yenə Trinkous deyir: ''Neandrtalların özünəxas olan quruluşları gövdə və üz sümüklərinin ümumən şişirdilmiş şəkildə olmasıdır. Bütün yaxşı qorunmuş sümüklər bəzi müasir insanlarda nadir hallarda rast gəlinən gücə işarədir. Bundan başqa, bu xüsusiyyət yetkin kişilərdə deyil, yetkin qadınlarda, yaşlılarda və hətta uşaqlarda belə görünür.

Qısaca, neandertallar sadəcə olaraq zamanla assimlyasiya olmuş xüsusi bir insan irqidir''.

Bütün bunlar, təkamülçülərin çəkdikləri ''insan təkamülü ssenarisinin də tamamilə bir xəyal məhsulu olduğunu, insanların hər zaman insan, meymunların da hər zaman meymun olduqlarını göstərməkdədir''.
(harun yahya Allah ağılla bilinir)

62. Charles E. Oxnard, The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt, Natura, Say? 258, s 389.
63. Richard Leakey, The Making of Mankind, London: Sphere Books 1981, s. 116.
64. Eric Trinkaus, Hard Times Among the Neanderthals, Natural History, Say? 87, Aral?k 1978, s.10; R. L. Holoway, "The Neanderthal Brain: What Was Primitive?", American Journal of Physical Anthrophology Supplement, Say? 12, 1991, s. 94.