Qarışqalarla ortaq yaşayan bitkilər



Şərqi Hindistanda yayılmış Nerenthes bicalcarata adlı bitki öz gövdəsinin içində qarışqa koloniyalarını saxlayır. Bu bitki eynən sürahiyə bənzəyir və üzərinə qonan böcəkləri yaxalayaraq, içinə alıb, həzm edir. Amma qarışqalar sərbəst şəkildə bu bitkinin yarpaqlarının və gövdəsinin üzərində gəzərək, həzm etdiyi böcəklərin qalıqlarını sərbəst şəkildə toplaya bilirlər.60

Çünki qarışqayla bitki hər ikisinə faydalı olan bir əməkdaşlıq qurublar. Qarışqalar bitki tərəfindən yeyilmək təhlükəsi altında olsalar da, əvəzində özlərinə bir ev qazanıblar. Bitkilər isə üzərlərindəki böcək və həşərat qalıqlarından təmizlənir, həmçinin, düşmənlərindən qorunurlar.

Bu örnək bitkilərlə qarışqalar arasında ortaq yaşamın əsas formasını göstərir. Qarışqalarla onlara ev sahibliyi edən bitkilərin fizioloji quruluşları aralarındakı iş birliyinə uyğun düzənlənib. Təkamülçülər onların arasındakı əməkdaşlığın milyonlarla il ərzində yavaş-yavaş yarandığını nə qədər desələr də, şüuru olmayan bu iki varlığın bir-birilə anlaşaraq, “qarşılıqlı fayda” sistemi qurmalarına inanmaq, əlbəttə, məntiqsizdir.



Şəkildə əsil “həşərat tələsi” olan bir sürahi bitkisi görünür. Ancaq bu tələ bəzi həşəratları tutmur. Məsələn, digər şəkildəki qarışqa lap rahatca sürahi bitkisilə yanaşı yaşayırlar

Yaxşı, bəs qarışqaları bitkilərin üzərində yaşamağa yönəldən nədir?

Bu, bitkilərin bitkilərin buraxdığı xüsusi nektar sayəsində mümkün olur. Həmin nektar bir növ qarışqaları bitkiyə çağıran dəvətnamə funksiyasını yerinə yetirir. Bitkilər bu mayelərin ifrazını zamandan asılı olaraq, tənzimləyirlər. Məsələn, qara gilas ağacı yayın ilk üç həftəsində həmin mayeni çox aktiv şəkildə ifraz edir. Bu vaxt seçiminin təsadüfi olmadığı dəqiqdir - məhz həmin vaxt otaq tırtılı qara gilasa zərər verə bilər, qarışqalar isə həmin tırtılları çox asanlıqla öldürərək, bitkini qoruyurlar.61

Bunun açıq-aşkar bir yaradılış dəlili olduğunu görmək üçün sağlam şüurdan başqa heç nəyə ehtiyac yoxdur. Axı ağac necə ən çox zərər gördüyü dönəmi hesablaya, o dönəmdə qorunmaq üçün qarışqaları özünə cəlb etmək haqqında qərar çıxara, həmin qərara uyğun olaraq kimyəvi tərkibində dəyişiklik edə bilər? Bunlar qətiyyən mümkün olan iş deyil. Ağacın beyni yoxdur, buna görə də o, düşünə, qərar verə bilməz, öz kimyəvi tərkibini dəyişmək imkanında da deyil. Bunun, təkamülçülərin dediyi kimi, təsadüflər sonucunda mümkün olması da ağlabatan deyil. Çünki ağıllı işi ağıl sahibləri görə bilərlər. Ağac isə, açıq-aşkar ağıllı və ölçülüb-biçilmiş iş görür. Demək, ağacın bu özəlliyini ona ağacı yaradan Qüvvə verib. Həmin qüvvənin sadəcə ağacı yaratdığını düşünmək də düz çıxmır, çünki göründüyü kimi, tırtıllar və qarışqalar da onun hökmüylə hərəkət edirlər. Təfərrüatlara bir az da dərindən varsaq, əslində həmin qüvvənin bütün təbiətə hakim olduğunu, onun hər parçasını ayrı-ayrılıqda, amma bir-birinə uyğun şəkildə düzənlədiyini, “ekoloji tarazlıq” dediyimiz qüsursuz sistemi yaratdığının şahidi olarıq. Bu sıraya geologiyanı, astronomiyanı da artıra bilərik, amma hər yerdə qarşılaşacağımız tablo eynidir: qüsursuz düzən, bir-birilə vəhdətdə çalışan mükəmməl sistemlər... Bu sistemlərin heç biri tənzimləyici deyil, amma hamısı bir tənzimləyicinin varlığına işarə edir.

“Heç yaradan yaratmayana bənzəyərmi? Məgər düşünmürsünüz?” («Nəhl» /surəsi, 17)

O halda, düzənləyici bütün kainata vaqif və hakim, amma kainatdakı hər şeyin xaricində duran üstün və müstəqil bir iradədir. Bununla bağlı Quranda deyilir:

“O, hər şeyi yaradan, yoxdan var edən və hər şeyə surət verən Allahdır. Ən gözəl adlar ancaq ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı onu təqdis edib, şəninə təriflər deyər. O, yenilməz qüvvət və hikmət sahibidir!” («Həşr» surəsi, / 24)
(harun yahya Qarışqa möcüzƏsi)

60 A.g.e., s. 530.
61 A.g.e., s. 548.