"Coelacanth dənizdən quruya keçid nümunəsidir" iddiası saxtakarlıqdır

Əslində canlı dinozavr tapılsaydı, bu daha az təəccüblü olardı. Çünki fosillər Coelacanth-ın dinozavrların üzə çıxmasından 150-200 i əvvəl mövcud olduğunu göstərir. Bir çox elm adamının quruda yaşayan onurğalıların əcdadı kimi göstərdiyi, ən azı 70 milyon il əvvəl məhv olduğu hesab edilən balıq canlı tapılmışdı!61


Coelacanth'ın günümüzda yaşayan mükəmməl bir dib balığı olması, bu balıq üzərindəki bütün Darvinist fərziyyələri ortadan qaldırmışdır.

“Fokus” (Focus) jurnalının 2003-cü ilin aprel sayındakı bu sözlər illərlə ara-keçid forma kimi tanıdılmış Coelacanth-ın (Latimera chalumnae) canlı nümunəsinin dövrümüzdəki dənizlərdə tapılması qarşısındakı təəccüb Darvinistlərin ağzında ifadə edir. Darvinistlər 1938-ci ildən əvvəl Coelacanth fosili haqqında çoxlu iddialar irəli sürməüş, canlının üzgəclərini “yeriməyə keçən ayaqlar”, fosilləşmiş yağ kisəsini isə “ibtidai ağciyər” kimi izah etmişdilər. Fosil üzərindəki bütün spekyulasiyalarla itmiş halqanı tapdıqlarını irəli sürürdülər.

Elə bu vaxt canlı nümunəsi ələ keçən Coelacanth Darvinistlər üçün böyük ümidsizlik oldu. Bu və ən sonuncusu 2007-ci ilin may ayı və daha sonra dövrümüzdə dənizlərdə tapılan 200-dən çox Coelacanth fosillər üzərində aparılan Darvinist spekyulasiyaları tamamilə aradan qaldırdı. Başa düşüldü ki, Coelacanth təqribən 150 sm boyunda, olduqca təkmil quruluşa malik kompleks canlıdır. Həm də bu canlıda 450 milyon illik tarixində heç bir dəyişiklik baş verməmişdi. Başqa sözlə, bu gün mövcud olan komplekslik 450 milyon il əvvəl də eynilə var idi.

Bütün bunların elmi cəhətdən başa düşülməsinin ardınca Coelacanth yaşayan fosil nümunələri arasına qatıldı və ara-keçid forma olduğuna dair bütün iddialar geri götürüldü. Darvinistlər üzərində fərziyyə qurduqları bir fosili də itirdilər. Əgər bu canlı dövrümüzdə dənizlərdə tapılmasaydı, eynilə Archaeopteryx-də olduğu kimi bu fosil üzərindəki Darvinist fərziyyələr bitməyəcəkdi. Canlı sudan quruya keçidin ən böyük təmsilçisi kimi tanıdılmaqda davam edəcək və ən yaxşı ara-keçid forma kimi üzərində minlərlə fərziyyə qurulacaqdı. Bu canlının ara-keçid forma deyil, mükəmməl dəniz cnalısı olduğuna dair həqiqətləri ifadə edənlər isə darvinistlər tərəfindən ciddi səylə susdurulacaqdılar. Eynilə hal-hazırda digər ara-keçid forma iddialarındakı kimi.

Lakin heç bir dəlilə əsaslanmadan insanları aldatmaq istəyənlər heç bir nəticə əldə edə bilməyəcəklər. Rəbbimiz bir ayəsində belə buyurur:

Bilin ki, göylərdə və yerdə kim varsa, hamısı Allahındır. Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar. Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər. (Yunus surəsi, 66)
(harun yahya DƏccal necƏ öldü?)

61-Focus, Nisan 2003