"Australopithecuslar insanın əcdadıdır" iddiası saxtakarlıqdır


Darvinistlər bir donuz dişindən, Nebraska adamı adını verdikləri saxta canlını və daha da irəli gedərək ailəsini resmetmişlerdir.

Darvinistlər üçün insanın təkamülü məsələsi həyati əhəmiyyət daşıyır. İllərlə insanlara “insanın təkamül keçirmiş heyvan” olduğunu təlqin etməyə çalışırlar. Bu yalanı yaşatmaq üçün var güclərilə səy göstərir, heç dayanmadan ən lazımsız məsələlərdə belə insanın “heyvan əcdadları” olması düşüncəsini yeritməyə çalışırlar. Bu mövzuda əl atdıqları yalanlar isə heyrətləndiricidir. Çox vaxt heç əlaqəsi lmayan fosil tapıntıları belə formadan-formaya salınaraq insanabənzər varlıq kimi göstərilməyə çalışılır. Belə ki, darvinistlər sonradan qabana aid olduğu başa düşülən bircə diş fosilindən Nebraska adamını uydurmuş, bu xəyali insanabənzər məxluqun ailəsilə birlikdə sosial həyatını təsvir etməkdən çəkinməmişdilər. Bu təəccüblü cəhdin mühüm nümunələrindən biri də Australopithecusların insanın “meymunabənzər əcdadı” olduğuna dair uzun zaman davam etdirilən iddialardır.

Australopithecuslar nəsli kəsilmiş meymun növüdür. “Cənub meymunu” mənasını verən bu canlılar darvinistlər tərəfindən insanların “ilk meymunabənzər əcdadları” kimi qəbul etdirilməyə çalışılır. Nəsli kəsilmiş olduqlarına görə bütün digər nümunələrdə olduğu kimi bu meymun növü də təkamülçülər tərəfindən fərziyyə məmulatına çevrilmişdir. Lakin darvinistlərin Australopithecuslar haqqında uydurduqları ssenarilər digər bütün nümunələrdə olduğu kimi yenə də yalana əsaslanır.

Australopithecusların ilk dəfə Afrikada 4 milyon il əvvəl üzə çıxdıqları və 1 milyon il əvvələ qədər də yaşadıqları hesab olunur. Burada xüsusi qeyd edilməli həqiqət isə Australopithecusların hamısının dövrümüzdəki həmnövlərinə bənzəyən nəsli kəsilmiş meymun olmasıdır. Hamısının beyin həcmi dövrümüzdəki şimpanzelərinki ilə eyni və ya onlarınkından daha kiçikdir. Dörd ayaqları üzərində yeriyirlər. Əllərində və ayaqlarında dövrümüzdəki meymunlardakı kimi ağaclara dırmaşmağa yarayan çıxıntılar mövcuddur və ayaqları budaqlardan yapışmaq üçün xüsusi quruluşa malikdir. Boyları qısadır (ən çox 130 sm) və eynilə dövrümüzdəki meymunlardakı kimi erkək Australopithecus dişisindən daha böyükdür. Kəllələrindəki yüzlərlə təfərrüat, bir-birinə yaxın gözlər, sivri azı dişləri, çənə quruluşu, uzun qollar, qısa ayaqlar kimi bir çox xüsusiyyət bu canlıların dövrümüzdəki meymunlardan fərqli olmadıqlarını göstərən dəlillərdir.

Australoppithecuslar meymun növü olmalarına baxmayaraq darvnistlər tərəfindən iki ayaq üstündə gəzməyi bacaran canlılar kimi tərif edilir. Bu yalandır, çünki Australopithecuslar ilə bağlı əldə edilən fosillərdə bu fantastik ssenarini təsdiq edən bircə nümunə də yoxdur. Ona görə bu canlılar haqqındakı təkamül ssenarisi heç bir elmi dəlilə əsaslanmır.


Australopithecus və şimpanze kəllələr arasınadaki bənzərlik, Australopithecus'un insanın atası deyil, gerçək bir meymun növü olduğunun açıq bir göstəricisidir.


Darvinist Science et Vie, "Danimarka Lucy" (Elveda Lucy) başlığını istifadə edərək Australopithecus növü meymunların insan soyunun atası olmadığını etiraf etmişdir.

Darvinistlərə əsasən Australopithecus cinsinin müxtəlif növləri tapılsa da, sadəcə Australopithecus afarensis (1974-cü ildə tapıldıqda dünyaya “insanın təkamülünün sübutu” kimi təqdim edilən “Lusi”nin təmsil etdiyi növ) insanın həqiqə əcdadı qəbul edilir. Lakin sözügedən canlının insanın əcdadı olmadığı darvinistlər tərəfindən də qəbul edilmişdir. Məşhur fransız darvinist elmi jurnalı “Science et Vie” 1999-cu il may sayında bu mövzunu üz qabığında əsas mövzu kimi dərc etmişdir. Australopithecus afarensis növünün ən mühüm fosil nümunəsi hesab edilən Lusidən bəhs edən jurnal “Adieu Lucy” (Əlvida, Lusi) başlığı altında Australopithecus növündən olan meymunların insan soyunun əcdadı olmadığını və bu canlıların nəsil ağacından çıxarılmasını yazmışdır.67

Dünyada məşhur olan təkamülçü paleontoloq Riçard Likey də Lusinin təkamülə dəlil kimi heç bir əsasının olmadığını bu sözlərlə bildirir:

Lusinin (Australopithecus afarensis) bir piqme şimpanze qarışığından başqa bir şey olmadığı çox əzabverici və inkaredilməz dərəcədə qətidir. Meymundan insana keçidə dair fərz edilən dəlillər inandırıcılıqdan həddindən artıq uzaqdır.68

Bütün bunlarla bərabər Australopithecuslar üzərindəki tədqiqatlar nəticəsində təkamülçü Lord Zukerman da Australopithecusların sadəcə adi meymun növü olduqları və əsla dik yerimədikləri nəticəsinə gəlmişdir.69

Bu sahədəki tədqiqatları ilə məşhur olan digər təkamülçü anatomist Çarlz E. Oksnard da Australopithecusların skelet quruluşlarının dövrümüzdəki oranqutanlarınkına bənzədiyini açıqlamışdır.70

1994-cü ildə İngiltərədəki Liverpul Universitetindən Fred Spur və qrupu Australopithecusun skeleti ilə bağlı qəti nəticəyə gəlmək üçün ətraflı tədqiqat həyata keçirmişdir. Skeletlərdə bədənin yerə görə vəziyyəyini müəyyən edən “ilbiz” adlı orqan üzərində tədqiqatlar aparılmışdır. Spur Australopithecusun yerişinin insanlarınkına bənzəməməsi nəticəsinə gəlmişdir.71

2000-ci ildə B.G.Riçmond və D.S.Streyt adlı elm adamlarının həyata keçirdiyi və “Təbiət” (Nature) jurnalında dərc olunan bir tədqiqatda isə Australopithecusların qabaq ayaq sümükləri tədqiq edilmişdir. Müqayisəli anatomik tədqiqatlar bu növün dövrümüzdə yaşayan və 4 ayaq üstündə yeriyən meymunlarla eyni qabaq ayaq anatomiyasına malik olduğunu göstərmişdir.72

Bütün bu dəlillər Australopithecusların bir meymun növündən başqa şey olmadığını açıq şəkildə ortaya qoyur. Belə ki, “Lusi” fosilini kəşf edənlər təkamülçü paleontoloq Donald Cohanson və T.D.Uayt “Elm” (Science) jurnalına etdikləri açıqlamada bu mövzu ilə bağlı belə deyiblər:

Australopithecus fosilləri olduqca hərtərəfli tədqiq edildi: yeriş formaları, qulaqlarının quruluşu, dişlərinin inkişaf nümunələri, uzun və güclü qabaq ayaqlar, qısa arxa ayaqlar, ayaqlarının forması, kiçik beyinlər, meymuna çox bənzəyən kəllələri, çənələri və üzləri. Bunların hamısı Australopithecusların meymun olduğunu və insan ilə heç bir əlaqələrinin olmadığını göstərir. Lusini kəfş edən Donald Cohansonun özü belə bir müddət sonra Australopithecus Africanus (Lusi)-nin insanlarla heç bir əlaqəsi olmadığı nəticəsinə gəlmişdir.73

Beləliklə, elmi cəhətdən aparılan fəaliyyətlər Australopithecusların insanın xəyali əcdadı olduğuna dair iddiaların hamısını təkzib etmişdir. Australopithecuslar bir meymun növüdür və insanın əcdadı yaraşdırması yalnız darvinistlərin fantaziya və saxta nəzəriyyələri üçün istifadə etməyə çalışdıqları ssenaridir.
(harun yahya DƏccal necƏ öldü?)

67-Isabelle Bourdial, "Adieu Lucy", Science et Vie, Mayıs 1999, no. 980, s. 52-62
68-Richard Leakey, "Lucy - Evolution's Solitary Claim For an Ape/Man: Her Position is Splitting Away" Creation Research Society Quarterly, vol. 22, no. 3, Aralık 1985, s. 144-145 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 188
69-Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, s. 75-94
70-Charles E. Oxnard, "The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt", Nature, cilt 258, s. 389
71-Fred Spoor, Bernard Wood, Frans Zonneveld, "Implication of Early Hominid Labryntine Morphology for Evolution of Human Bipedal Locomotion", Nature, cilt 369, 23 Haziran 1994, s. 645-648
72-Richmond, B.G. and Strait, D.S., Evidence that humans evolved from a knuckle-walking ancestor, Nature 404(6776):382, 2000.)
73-D. Johanson - T. D. White, Science, 203:321, 1979, 207:1104, 1980 - Nicholas Comninellis, Creative Defense, Evidence Against Evolution, Master Books, 2001, s. 187-188