Əsas məzmuna keç
1 sonuçtan 1 ile 1 arası

Kommunizm – Ölüm Quyusu

  1. #1
    Senior Member
    Üyelik tarihi
    Jul 2011
    Mesajlar
    1.499

    Kommunizm – Ölüm Quyusu

    Kommunizm – Ölüm Quyusu



    Kommunizm 20-ci əsrə damğasını vurmuş ideologiyadır. Amma bu damğa yalnız zülm, qan və gözyaşlarıyla doludur. Hesablamalara görə yalnız bu ideologiya səbəbiylə 20-ci əsr boyunca 120 milyon insan öldürülmüşdür. Bunlar, bir müharibə əsnasında cəbhədə ölən əsgərlər deyil, kommunist dövlətlərin öz xalqlarından öldürdükləri vətəndaşlardır. 100 milyon kişi, qadın, yaşlı, körpə, yalnız “kommunizm” deyilən bu soyuq, sərt və vəhşi ideologiya səbəbiylə həlak olmuşdur. Bundan əlavə kommunist rejimlər tərəfindən konstitusional hüquq və azadlıqlarından məhrum edilən, sürgün edilən, sistemli olaraq qıtlıqla üz-üzə gətirilən, həbs edilən, fəhlə düşərgələrində kölə kimi istifadə edilən on milyonlarla insan vardır. Milyonlarla insan da kommunist partizan qrupların, terror təşkilatlarının gülləsinə hədəf olmuş və ya hədəf olmaq qorxusu altında yaşamışdır.Bəs bu ideologiyanın mənşəyi nədir? Necə olmuşdur ki, bu qədər qanlı, mərhəmətsiz dünya görüşü dünyanın hər yerində tərəfdar tapmış, inqilablarla iqtidara gəlmiş, milyonlara insanı arxasınca aparmışdır? Kommunizm haradan doğulmuş, necə böyümüş və necə sona çatmışdır? Həqiqətən sona çatmışdır, yoxsa hələ dünyanı və ölkəmizi təhdid edir?

    Bundan əlavə, daha mühüm təhlükəyə diqqət çəkmək lazımdır. Kommunist ideologiya keçdiyimiz əsrdə bir çox bəlalara, fəlakətlərə səbəb olmuş, bütün dünya, kommunist liderlərin qırğınlarına, qəddarlıqlarına şahid olmuşdur. Bəs bu an bu təhlükə yer üzündən silinmişdir? Çox təəssüf ki, silinməmişdir: KOMMUNİZM PUSQUDADIR!

    120 milyon insanın canına qıyan bu “ölüm quyusu” hələ də varlığını davam etdirir. Quyunun üstü bağlanmış, ətrafına quyunu ört-basdır edən şeylər qoyulmuşdur və bu bir tələdir. Kommunizm hiyləgərcəsinə gizlənərək fəaliyyətini davam etdirir. Fərqli görünüşlərdə, fərqli adlar altında varlığını davam etdirərək insanlığa yenə keçmişdəkilərə bənzər ağrıları yaşatmaq üçün fürsət tapacağı günü gözləyir.

    Məhz bu səbəblə, kommunist ideologiyanın əsl üzünü, keçmişdə səbəb olduğu bəlaları bütün insanlara eşitdirmək və gizlənərək böyüyən bu təhlükənin maskasını çıxartmaq son dərəcə mühüm vəzifədir…
    (məqalə harun yahya)

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.