Sivilizasiyalar Arası Sülh



1990-cı ildən etibarən bəzi analitiklər dünyanın Qərb-İslam toqquşması ilə qarşı-qarşıya olduğunu irəli sürmüşdülər. Diqqətlə baxsaq, son dövrdə Qərb və İslam sivilizasiyaları arasında baş verə biləcək hər hansı bir toqquşma ilə terror arasında əlaqə qurmaq istəndiyini görərik.

Dəyişən Dünya Sistemi

20-ci əsrin sonlarında SSRİ-nin dağılmasıyla birlikdə dünyanın siyasi gələcəyinin necə olacağı sualı ortaya çıxmışdır. Bu mövzuda çox müxtəlif tezislər qarşıya qoyulmuşdur. Ortaya atılan ssenarilərdəki ortaq mövzu bütün materialist ideologiyalarda olan “mübarizə” anlayışının beynəlxalq münasibətlərə tətbiq olunmasıdır. İnkişafın ən əhəmiyyətli şərti olaraq millətlər arasındakı ixtilaf və konfliktləri göstərən bu anlayış keçən əsrə damğasını vuran bütün siyasi fikirlərin təməlini meydana gətirmişdir.

Ziddiyyət və konflikt fikirlərinə əsaslanan bu siyasi dünyagörüşü tarix boyu çox nəzərə çarpan İslam və Xristian sivilizasiyaları arasında bir qarşıdurma olduğunu iddia edir. Bu düşüncəyə görə 1-ci və 2-ci Dünya Müharibələri, ya da Soyuq Müharibə dövrləri əslində Qərbin daxili məsələləridir və bu problemlər həll edildikdən sonra keçmişdən qalan əsl mübarizəyə qayıdılacaq.

Qərb-İslam Sivilizasiyalarının Toqquşmasına Hazırlıqlar

Amerikalı siyasətçi Samuel P. Huntingtonun məşhur “Sivilizasiyaların Toqquşması” tezisinin əsas mövzusu da budur. Huntington dünyada konfliktlərin yaşandığını, bunun dünyanı müəyyən cəbhələrə ayırdığını söyləyir.

1980-ci illərin sonunda iki qütblü dünya sisteminin ortadan qalxmasıyla dünyada ideologiyaların təsiri sona çatdı. Buradan yola çıxaraq Huntington bundan sonrakı konfliktlərin ideologiyalar arasında yox, sivilizasiyalar arasında reallaşacağını iddia edir. Huntington “sivilizasiyaları təyin edən xüsusiyyətin din olduğunu” ifadə edərkən əslində nəyi izah etmək istədiyi çox açıqdır: “İslam və Xristian dünyaları arasında olabiləcək bir müharibə”…

Onun fikrincə Bosniya və Herseqovinada olanlar, ya da İraq ilə Qərb dünyası arasında yaşanan Körfəz Böhranı cəmiyyətin gələcəkdə qarşılaşacağı sivilizasiyalar arası müharibənin bir növ girişidir. ([)

Halbuki, bütün bunlar xəyali bir ssenaridən başqa bir şey deyil. Əslində İslam və Qərb sivilizasiyası arasında toqquşma ola bilməz. Çünki, Qərb sivilizasiyasının əsasını meydana gətirən Yəhudi-Xristian inancı İslamla əks fikirdə deyil. Əksinə, bənzərlik və ittifaq vardır. Konfliktlərə səbəb ola biləcək etnik və mədəni fərqlər isə danışıqlarla, həm “sivilizasiyalar arası”, həm də dünyada sülhün bərqərar edilməsi üçün xeyirli olacaq.

Bir-Birinə Zidd Siyasətlər Fayda Verməz

İnsanların adət- ənənələri və inancları ölkədən ölkəyə, hətta bir ölkənin daxilində belə çox müxtəlifdir. Buna görə də cəmiyyətlər və sivilizasiyalar arasında tarixi, mədəni, etnik fərqlərin olması qaçılmaz bir həqiqətdir. Bəzən də bu fərqliliklər konfliktlərə çevrilə bilir. Dünya tarixinə baxsaq bu konfliktlərin dövlətlər arasında böhranlara, hətta bəzən müharibələrə çevrildiyini görərik. Əlbəttə, bu arzu olunan hal deyil. Buna görə də belə zamanlarda sülhsevər siyasi addımlar lazım olduğu halda, konflikti artıracaq bəzi nəzəriyyələr yazmaq və bunları sosyal elmlərlə əsaslandırmağa çalışmaq çox zərərlidir.

Huntingtonun “Sivilizasiyaların Toqquşması” əsəri elmə, ağıla əsaslanmayan və vicdani heç bir dəlili olmayan bir nəzəriyyədir. Tarix boyu dünyanın hər bölgəsində müxtəlif sivilizasiyalar olmuş, bu sivilizasiyalar bir-birləriylə sosyal və iqtisadi əlaqələr qurmuş, mədəniyyətləri qarşılıqlı olaraq təsirlənmişdir. Hər irq, hər soy, hər millət fərqli mədəniyyətə sahibdir. Hər mədəniyyətin fərqli xüsusiyyəti var və mədəniyyətlər qarşılıqlı şəkildə biri-birilərindən təsirlənirlər.

Bu konfliktlərə misal olaraq, 20-ci əsrin ən böyük qanlı hadisələrinə səbəb olan kommunizmi göstərə bilərik. Halbuki, bu gün insanların konfliktə yox, sülhə ehtiyacı var. Bu sülh üçün lazım olan modeli isə uzaqda axtarmağa ehtiyac yoxdur. 500 il ərzində idarə etdiyi hər bölgəyə sülh və ədalət gətirən Osmanlı bənzəri idarə və Türk-İslam əxlaqı ortaya atılan “sivilizasiyalarını toqquşmasını” “sivilizasiyalararası dostluğa” çevirə bilər.

Samuel Huntington “Sivilizasiyaların Toqquşması” tezisini qarşıya qoyarkən bu mübarizənin Orta Şərq və Avrasiyadan çıxacağını söyləyirdi. Onun fikrinə görə Avropadakı ideologiya əsaslı bölünmələr sona çatdığı zaman Avropanın Xristianlığı ilə İslam mədəniyyəti arasındakı fərqlər yenidən ortaya çıxacaq və gələcəkdə olacaq konfliktin cəbhələri keçmişdə olduğu kimi bu gün də Avrasiyadan görünəcək.
(məqalə harun yahya)