CANLILAR ALƏMİNDƏ GÖRÜLMƏMİŞ BİR ÜSULLA BALALARINI QORUYAN SPLAŞ TETRA BALIQLARI



Canlılar Aləmində Görülməmiş Üsulla Balalarını Qoruyan Splaş Tetra Balıqlarının yumurtalarını qoymaq üçün suyun içindəki yarpağı seçməsinə səbəb nədir?

Erkək splaş tetra balığı niyə üç gün ərzində yarpaq üstündəki yumurtalara 15 dəqiqədə bir quyruğuyla su sıçradır?

Bu balıq növü, Darvinistlərin "instinkt" iddiasını necə etibarsız edir?

Elmin hələ irəliləmədiyi, canlılar üzərində detallı araşdırmaların edilə bilmədiyi zamanlarda, heyvanların insanları heyrətə salan xüsusiyyətləri bilinmirdi. Elm və texnologiyanın inkişafı ilə bu xüsusiyyətlər kəşf edilməyə başladı. Bu dövrdə maraqlı elmi kəşflər edilir. Hətta bu kəşflər elə fövqəladədir ki, bir heyvanın milyonlarla ildir var olan bu xüsusiyyətlərini gördükcə, elm adamları bunların "möcüzə" olduğunu dilə gətirmək vəziyyətində qalırlar.


Ancaq canlılar aləmi, hələ kəşflər edilməyə başlandığı ilk günkü qədər heyrətamizdir.

BBS televiziyasında nəşr olunan “Qəribə Təbiət” sənədli film seriyası (BBC Weird Nature, Bizzare Breeding) canlıların fövqəladə xüsusiyyətlərini aşkar edir. Sənədli filmi hazırlayan Con Douner qarşılaşdığı canlılar haqqında “elmin əfsanələrdən belə daha maraqlı olduğunu” söyləmişdir. Con Douneri heyrətə salan canlılardan biri də “splaş tetra” balıqlarıdır.

Splaş Tetra Balıqları Növlərini Necə Davam Etdirir?

4 sm uzunluğundakı splaş tetra balığı Cənubi Amerikada yavaş axıntılı çay kənarlarında yaşayır. Erkək splaş tetra suyun üstünə doğru əyilmiş uyğun bir yarpaq tapıb dişisinin gəlməsini gözləməyə başlayır. Erkək və dişi balığın məqsədi növlərinin davamını təmin etmək üçün suyun xaricində olan yarpağa yumurtalarını yerləşdirməkdir. Dişi gəldiyində yan-yana mükəmməl bir uyğunluqla yüksəyə, suyun xaricinə doğru birlikdə tullanırlar. Bu tullanma zamanı bədənlərini bir-birlərinə yapışdırır və yarpağın üzərinə düşənə qədər bir-birlərindən heç ayrılmırlar. Həm də bu çətin hərəkəti gimnastların belə edə bilməyəcəyi ustalıqla reallaşdırırlar.
Sanki akrobatika nümayişi olan bu sıçrayışın ardından balıqlar yarpağa yapışırlar. Bu vaxt dişi balıq yarpaq üzərinə 6 və ya 8 yumurta buraxır və beləliklə, artım əməliyyatı başlayır. Daha sonra balıqlar suya geri atlıyırlar. Bu əməliyyat yumurta miqdarı 200-ə çatana qədər dəfələrlə təkrar edilir.

Splaş Tetralar Yumurtalarını Niyə Suyun İçərisinə Buraxmırlar?

Bu salın cavabı nəslin davam etməsi üçün balıqların yumurtalarını təhlükəli mühitdən uzaq, ən təhlükəsiz məkanda mühafizə etmək istəyidir. Əgər bu çətin hərəkətləri reallaşdıran canlı insan olsaydı, bu cavab bəzi elm adamlarına son dərəcə normal görünəcəkdi. Ancaq bu əməliyyatı 4 sm-lik bir balığın reallaşdırması elm dünyasında heyrətlə qarşılanıb.

Elmi Olaraq Cavablandırılmayan Suallar:

1. Splaş tetra olduğu mühitin tamamilə xaricində, içində əsla yaşamadığı başqa bir mühitin, balaları üçün etibarlı olduğunu necə bilir?

2. Etibarlı yer seçmək və tapmaq, mühakimənin, qərar vermə bacarığının və ağlın məhsulu olan davranışlardır. Bir balıq növü necə ağıllı davranışlar nümayiş etdirə bilir?

3. Splaş tetralar suyun xaricində müəyyən müddət vaxt keçirmək zəruriliyini necə gözə ala bilirlər?

4. Balıqlar eyni anda, saniyəbəsaniyə bir-birləriylə uyğunlaşaraq və son dərəcə güclü sıçrayışlarını necə reallaşdırırlar?

5. Splaş tetraların sıçrayışını iki insanın bənzər sıçrama hərəkəti ilə müqayisə etsək, suyun içindən eyni anda çıxa bilmələri üçün mütləq bir işarə almaqları lazımdır. Bu işarə ya xaricdən bir xəbərdarlıq səsi və ya birlikdə təyin olunmuş bir müddətin sayılması (məsələn, üçə qədər saymaq kimi) ola bilər. Bu qarşılıqlı müqavilənin ardından, ikili bərabər miqdarda güc tətbiq edərək məqsədinə çata bilər. O halda qarşılıqlı əlaqə, ünsiyyət, qərar vermə, birlikdə bacarmaq əzmi tələb edən bu davranışı iki balıq necə reallaşdırır, beləliklə, suyun içərisindən eyni anda çıxmağı necə bacarırlar?

Bu sualların cavablarına keçməzdən əvvəl splaş tetraların heyrətamiz xüsusiyyətini izah etməkdə fayda var.

Erkək Splaş Tetra Balalarını Böyük Fədakarlıqla Qoruyur

Yumurtaların döllənməsi tamamlandıqdan sonra dişi balıq mühitdən ayrılır. Ancaq erkək splaş tetra yumurtaların olduğu yarpağın altında düz üç gün qalır və hər 10-15 dəqiqədə bir yumurtaların üstünə quyruğu ilə su sıçradır. Bu üç günün sonunda bala balıqlar yumurtadan çıxaraq dərhal suya düşürlər.

Erkək splaş tetra üç gün boyunca 15 dəqiqədə bir quyruğu ilə yumurtaları islatmasa nə olardı? Əlbəttə ki, yumurtaların hamısı günəşdə quruyar və balalar ölərdi.

Ancaq belə bir şey olmur və splaş tetra balıqları, erkək balıqların bu fədakarlığı ilə növlərini davam etdirirlər. Kiçik bir balığa fədakarlıq, səbir, çalışqanlıq, əzm kimi xüsusiyyətləri ilham edən Uca Allahdır.

Bu balıq növündə olduğu kimi digər bütün canlılarda da görülən və təkamülü dəstəkləyən elm adamlarının izah edə bilmədikləri bu cür xüsusiyyətlər, Allahın sənətinin, gücünün, elminin, rəhmətinin və mərhəmətinin bənzərsizliyini açıq-aşkar nümayiş etdirir. Rəbbimiz olan Allah canlı-cansız bütün varlıqlar üzərində müxtəlif sifətləri ilə təcəlli edir.
(məqalə harun yahya)