YARPAQ TÖKÜLMƏSİ



Yarpaq tökülməsi, hər yarpağın sapı ilə budaq arasındakı yerdə əmələ gələn son dərəcə kompleks hadisələr nəticəsində yaranır. Mövzu haqqında məlumatı olmayan insanlara, yarpaqların tökülməsi olduqca sadə əməliyyat kimi gələ bilər. Hər dəfə payız gələndə eyni əməliyyatın qüsursuzca reallaşması, üstəlik bu hadisənin milyonlarla ildir ki, heç axsamadan davam etməsi, insanlarda vərdiş halına gələ bilər. Halbuki, ağaclar yarpaqlarını tökərkən hər yarpaq üçün olduqca kompleks bir silsilə kimyəvi əməliyyat reallaşdırırlar. Bu sayədə ağacın qidasının yersiz itməsinin və ağacın mikrob tutmasının qarşısı alınır.

Yarpaq tökülmədən əvvəl zülal və karbohidrat kimi istifadə edilən maddələr bitkinin gövdəsinə yığılır. Beləliklə, tökülən yarpaq bu maddələri boş yerə xərcləməmiş və gələcəkdəki yarpaqlar üçün lazımlı vəsaitin əhəmiyyətli bir hissəsini təmin etmiş olur. Bu nümunələrdən də aydın olacağı kimi xlorofilin lazım olduğu anda saxlanması və ya bitkinin ehtiyacı olan maddələri gövdəsində yığması yer üzündə həyatın davamı üçün ekoloji bir zərurətdir.

Bundan başqa düşən yarpaqlar meşədə bir humus təbəqəsi əmələ gətirərək yağışı saxlamağa və əmməyə köməkçi olurlar, bir çox canlı xarici faktorlardan xilas olmaq üçün yarpaqların altında gizlənirlər. Son olaraq, düşən yarpaqlar meşədəki bir çox orqanizm üçün qida qaynağı olur.

Ağacların bütün bu əməliyyatları yerinə yetirəcək ağılları və şüurları yoxdur. Bu mükəmməl nizamı yaradan heç şübhəsiz Aləmlərin Rəbbi olan Uca Allahdır.

“Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (“Ənam” surəsi, 59)
(məqalə harun yahya)