Balta balıqları və bərbər balığı



Bərbər balığı adlandırılan kiçik balıqlar xallı balta balıqlarının üzərindəki ölümcül parazitləri təmizləməklə məsuldurlar. Bərbər balıqları təmizləmə əməliyyatı aparakən, balta balıqları onları ürküdəcək kiçik hərəkət belə etməzlər. Sanki qarşılıqlı bir müqavilə bağlamış kimi bərbər balıqlarının işlərini bitirmələrinə icazə verərlər. Beləliklə, heç bir şəkildə əldə edə bilməyəcəkləri təmizliyə sahib olarlar.

Çanaqlı bağa ilə Mərcan Balıqları

Mərcanlarda yaşayan balıqların bir çoxu dibdəki qayaların üzərindən tapdıqları su yosunları ilə qidalanırlar. Ancaq bu balıqların yeganə yemək qaynağı su yosunları deyil. Bəzi mərcan balıqları dəniz çanaqlı bağalarının qabıqlarına yapışmış göbələkləri də yeyirlər.

Üzərək bu balıqların yanına gələn dəniz çanaqlı bağalar sanki sözləşmiş kimi, balıqların olduqları yaxın yerdə dayanaraq balıqların gəlməsini gözləyərlər. Beləliklə, özlərinin edə bilməyəcəkləri təmizliyi mərcan balıqlarına etdirərlər.

Bunların heç biri bu canlıların planlaya biləcəyi davranışlar deyil. Dəniz altındakı bu heyrətamiz əməkdaşlığın təsadüfən reallaşması qeyri-mümkündür.

Bu canlılar yarandıqları ilk gündən bəri sonsuz ağıl sahibi Allahın ilhamı ilə hərəkət edirlər. Bir Quran ayəsində belə buyurulmuşdur:

"...Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!. "(Bəqərə Surəsi, 116)
Bəzi canlılar özlərini təmizləmə sisteminə sahib deyillər. Bunun üçün başqa canlılarla yardımlaşırlar.

Bəzi mərcan balıqları dəniz çanaqlı bağalarının qabıqlarına yapışmış göbələkləri yeyirlər. Üzərək bu balıqların yanına gələn dəniz çanaqlı bağalar sanki sözləşmiş kimi, balıqların olduğu yaxın bir yerdə dayanaraq bu balıqları gözləyərlər. Beləliklə, özlərinin edə bilməyəcəkləri təmizliyi mərcan balıqlarına etdirərlər.

Yer üzündəki bir çox canlı kimi dəniz canlıları da yaşamaq üçün bəzən bir-birlərinin köməyinə ehtiyac duyurlar.

Məsələn, bəzi dəniz canlılarının üzərində yaranan orqanizmləri, göbələkləri və ya parazitləri tez-tez təmizləmək lazımdır. Ancaq bu canlılar özlərini təmizləmə sisteminə sahib deyillər. Bunun üçün başqa canlılarla yardımlaşırlar. Normal şəratdə ov mövqeyində olan canlı heç çəkinmədən ovçu mövqeyindəki digərinin üzərində gəzişir və buradakı parazit və göbələkləri yeyərək təmizləyir.

Bu şəkildə, bir tərəf özünə yemək təmin edərkən, digər tərəf isə zərərli orqanizmlərdən təmizlənir. Hər iki tərəf də bu alış-verişdən məmnundur. Təmizlənmək istəyənlər bəzən dənizlərin ən təhlükəli canlılarından olan köpək balıqları və ya nəhəng balinalar da ola bilər. Bu canlılar təmizləmə əməliyyatını aparan kiçik balıqların üzərilərində gəzişmələrinə, hətta ağızlarının içinə girmələrinə belə icazə verirlər. Bu zaman onlara kiçik zərər belə verməzlər. Təmizləyici kiçik balıqlar da, onlara zərər toxunmayacağından əmin olaraq, qorxu duymadan onlara yaxınlaşırlar.
(məqalə harun yahya)