10 sonuçtan 1 ile 10 arası

Eyyub Yaqubov

  1. #1
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163

    Eyyub Yaqubov

    Eyyub Zəkəriyyə oğlu Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhəri Bayıl qəsəbəsində anadan olmuşdur. Özünün ilk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3№-li musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinifinə daxil olur. Eyyubun ilk arzusu musiqiçi olmaq idi. O, heç zaman təsəvvürünə belə gətirə bilməzdi ki, nə zamansa gələcəkdə müğənni olacaq.

    Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi "Xumayun" xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi.

    Hələ məktəbli olaraq, 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi. Dostları və tanışları əhatəsində olaraq o hərdən mahnılar oxuyurdu. Musiqiçi olmaq arzusunda olan pianoçu Eyyub, bu fikirdən uzaqlaşır. Musiqiçilərimizin zəhmətinin layiqincə qiymətləndirilməməsini görən gənc, müğənni olmaq qərara qəlir.

    Erkən yaşlarından dost-tanış arsında tez-tez müğənnilik edərək o, zaman ötdükcə bu incəsənət növünün incəliklərinə yiyələnirdi. Bu insan xüsusi ilə köhnə Bakının küçə mahnılarının vurğunu idi. Mahnı oxumaq həvəsi heç də maddi maraq güdməkdən irəli gəlmirdi. Eyni zamanda, təmiz ürəkdən gələn bu arzu onu biraz da ruhlandırdı. Özünün dediyinə görə o, "blatnoy" mahnılar oxumağa başladı. Zamanın tələbləri ilə addımlayaraq, restoranlada oxumağa başladı.

    1992-ci ildə ailə qurur, Zakir adlı bir oğlu var.

    Öz ifa tərzini məşhurluq kimi qiymətləndirən pianoçu-müğənni Eyyub Yaqubov, bu sənətə musiqiyə olan həvəs və dostlarının səyi nəticəsində gəlmişdir. Onun yaradıcılığına ilham duyğuları və məhəbbət həyacanları da güclü təsir etmişdir.

    1992-ci ildən etibarən populyarlıq qazanır. Həmin zamandan bəri 4 audio-kasset və 3 kompakt-disk buraxmışdır. Bunlar 1989-cu ildə çıxmış "Duet Amburan" və "Mister Əlibala", 2000-ci ildə - "Ağabala Çaykovski", 2001-ci ildə - "Ana". 3 mahnısına - "Ana", "Kor ərəbin mahnısı" və "Mənə dəniz verin" mahnılarına kliplər çəkdirib.
    [
    Ya da
    [

  2. #2
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163




    [
    Ya da
    [

  3. #3
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Həsrətinin yollarındayam

    Hardasan gözümün işığı?
    Eşqimin sınmaz qürüru
    Sənsiz keçmir günüm ayım,
    Həsrətinin yollarındayam...

    Necə atıb gedirsən məni?
    Özün öyrətmişdin sevməyi..

    Üstümə qar yağsa, leysan tökülsə
    Dünyanın təməli sınıb, sökülsə,
    Sevincim qeyb olub, göyə çəkilsə, canım
    Həsrətinin yollarındayam ...

    Sənsiz ömür günüm xəzandır,
    Ayrılıq nə yaman uzaqdır,
    Elə sənsən sevgi payım,
    Həsrətinin yollarındayam...

    Necə atıb gedirsən məni?
    Özün öyrətmişdin sevməyi..

    Üstümə qar yağsa, leysan tökülsə
    Dünyanın təməli sınıb, sökülsə,
    Sevincim qeyb olub, göyə çəkilsə, canım
    Həsrətinin yollarındayam ...

    ---------------------------------------------------------
    Kim Bilir

    Nə olar bir anlıq keçmişə dönsəm,
    Bəxtimi oyada bilsəm.
    Ağrısız-acısız yaşaya bilsəm,
    Yamanca yorulmuşam mən.

    Nə olar bir anlıq keçmişə dönsəm,
    Bəxtimi oyada bilsəm.
    Ağrısız-acısız yaşaya bilsəm,
    Yamanca yorulmuşam mən.

    Nəqarət:
    Kim bilir, qəlbimin ağrısını kim bilir,
    Həsrətin yanğısını kim bilir,
    Yamanca yorulmuşam mən.

    Kim bilir, qəlbimin ağrısını kim bilir,
    Həsrətin yanğısını kim bilir,
    Yamanca yorulmuşam mən.

    Gözlərim yolda, qulağım səsdə,
    Qalmayıb daha həvəs də.
    Ürəyim döyünür qəzəl qəfəsdə,
    Yamanca yorulmuşam mən.

    Gözlərim yolda, qulağım səsdə,
    Qalmayıb daha həvəs də.
    Ürəyim döyünür qəzəl qəfəsdə,
    Yamanca yorulmuşam mən.


    Bircə gün bəxtəvər yaşaya bilsəm,
    Üzüm də gülərdi hərdən.
    Belə yaşamaqdan yaxşıdır ölsəm,
    Yamanca yorulmuşam mən.

    Bircə gün bəxtəvər yaşaya bilsəm,
    Üzüm də gülərdi hərdən.
    Belə yaşamaqdan yaxşıdır ölsəm,
    Yamanca yorulmuşam mən.

    Qelbimin agrisini kim bilir ??

    ---------------------------------------------------------
    Olmasaydın

    Sənsiz neyləyərdim, əgər olmasaydın,
    Ovcumda göllənən damlaların aydınlığı,
    Sənsiz neyləyərdim, əgər olmasaydın,
    Gözlərim isinən əllərinin mənə çatmayan yaxınlığı.

    Nəqarət:
    Görən neyləyərdim əgər olmasaydın,
    Ovcumda göllənən damlalar olmasaydı.
    Görən neyləyərdim əgər olmasaydın,
    Gözlərimi yuyan damlalar olmasaydı.


    Sənsiz neyləyərdim, əgər olmasaydın,
    Ovcumda göllənən damlaların aydınlığı,
    Sənsiz neyləyərdim, əgər olmasaydın,
    Gözlərim isinən əllərinin mənə çatmayan yaxınlığı.

    ---------------------------------------------------------
    Uzaqda

    Səsimə səs verər buludlu göylər,
    Küləklər dərdimi təsəlli eylər.
    Zaman da yan keçməz yolumu eylər,
    Səndən uzaqlarda, uzaqlarda.

    Fikrimi göylərə aparar quşlar,
    Bu geniş dünya da ruhum üçün dar.
    Yağar ürəyə narın yağışlar,
    Səndən uzaqlarda, uzaqlarda.

    Nəqarət:
    Uzaqda, uzaqda, səndən uzaqda,
    Göyləri kövrəldər ürək sözlərim.
    Uzaqda, uzaqda, səndən uzaqda,
    Sonsuz bir dənizdə itər izlərim.

    Uzaqda, uzaqda, səndən uzaqda,
    Göyləri kövrəldər ürək sözlərim.
    Uzaqda, uzaqda, səndən uzaqda,
    Sonsuz bir dənizdə itər izlərim.


    Oxşayar ruhumu həzin bir laylay,
    Təsəlli taparam dənizlə, ayla.
    Səni səsləyərəm ayla, harayla,
    Səndən uzaqlarda, uzaqlarda.

    Fikrimi göylərə aparar quşlar,
    Bu geniş dünya da ruhum üçün dar.
    Yağar ürəyə narın yağışlar,
    Səndən uzaqlarda, uzaqlarda


    [
    [
    Ya da
    [

  4. #4
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Gələndə səsin

    Ürəyə dolurmuş, ürəyə dolurmuş, həsrətlə vurur,
    Qəlbim həsrətlə vurur, təsəlli olur gələndə səsin.

    Sanki bir loğman, hər bir dərdimə dərman səsin,
    Qüssəm azalır hər an, gələndə səsin, sənin səsin.

    Nəqarət:
    Fərəhdən coşub çağlar, coşub çağlar
    Könlümdə xoş duyğular, xoş duyğular.
    Yaddan çıxır qayğılar, bütün qayğılar
    Gələndə sənin səsin.

    Fərəhdən coşub çağlar, coşub çağlar
    Könlümdə xoş duyğular, xoş duyğular.
    Yaddan çıxır qayğılar, bütün qayğılar
    Gələndə sənin səsin.


    Düşməyib həvəsdən zövq alıram bu səsdən,
    Bu səsdən, ya zildən, ya da pəsdən,
    Gələndə səsin, sənin səsin.

    Qəlbim əsir, görüşünə tələsir,
    Tələsir, ürək sevincdən əsir,
    Gələndə səsin, sənin səsin.

    Nəqarət

    Yaddan çıxır qayğılar, bütün qayğılar
    Gələndə sənin səsin.

    Nəqarət


    Əlvida

    O görüşdən keçib gedir yalnız bir il,
    Həyatımız dəyişdi bir anda qəfil.
    Ancaq bütün olanları sən xəyal bil,
    Mən gedirəm, əlvida!

    Aramızdan keçilməyən neçə dağ var,
    Gül-çiçək gətirmir ki hər gələn bahar.
    Harda olsaq hicran gəlib bizi tapar,
    Mən gedirəm, əlvida!

    Nəqarət:
    Tale ayırdı bizi, əlvida Cəmilə,
    Ömrümdən silinər izin, əlvida!
    Mən gedirəm uzaqlara, əlvida Cəmilə,
    Gözün baxmasın yollara, əlvida!

    Tale ayırdı bizi, əlvida Cəmilə,
    Ömrümdən silinər izin, əlvida!
    Mən gedirəm uzaqlara, əlvida Cəmilə,
    Gözün baxmasın yollara, əlvida!


    Ürəklər yaxın olsa da, yollar uzaq,
    Mən sənin ömrünə vaxtsız gəlmiş qonaq.
    Ümidimiz soldu artıq varaq-varaq,
    Mən gedirəm, əlvida!

    Aramızdan keçilməyən neçə dağ var,
    Gül-çiçək gətirmir ki hər gələn bahar.
    Harda olsaq hicran gəlib bizi tapar,
    Mən gedirəm, əlvida!

    Nəqarət
    Nəqarət


    Yağış

    Yağış yağır bu şəhərə, gör nə gözəl bir gecədir,
    Bir sən, bir mən bu şəhərdə, bir də yağışlı gecədir.
    Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
    Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

    Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
    Bu məhəbbət nəğməsini görən hardan bilir yağış.
    Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
    Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

    Nəqarət:
    Bəlkə göylər bu torpağa sevgisindən söhbət açır,
    Yağış yağır, bu şəhərin gözlərindən yuxu qaçır.
    Bu şəhər də, bu yagış da, bu gecə də bizimkidir,
    Bu gecədən bizə baxan o səhər də bizimkidir.


    Saçlarında, əllərində damcıların parıltısı,
    Qəlbimizə axıb gedir bu yağışın pıçıltısı.
    Yağış yagır bu ki, göyün sevgimizə heyrətidir.
    Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

    Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
    Bu məhəbbət nəğməsini görən hardan bilir yağış,
    Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir.
    Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.

    Nəqarət
    Nəqarət


    Unutdun

    Taleyimdən çıxıb gedəndən bəri,
    Sildin yaddaşından xatirələri.
    Dəfn etdin bu eşqi sən diri-diri,
    Unutdun məni.

    Məni ağlar qoydu zalım intizar,
    Yerlər də, göylər də edir ahu-zar.
    Ürək əzablardan olubdur bezar,
    Qələm göz yaşıyla bircə söz yazar.

    Nəqarət:
    Unutdun, bəxt ulduzum söndü, dünyam qaraldı,
    Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
    Unutdun, unutdun məni.
    Unutdun, mənli xatirələr solub saraldı,
    Unutdun, qəlbimdə susmayan bir səs ucaldı,
    Unutdun, unutdun məni.


    Od olan qəlbini buza dəyişdin,
    Son payız ömrünü yaza dəyişdin.
    Müqəddəs andını sözə dəyişdin,
    Unutdun məni.

    Məni ağlar qoydu zalım intizar,
    Yerlər də, göylər də edir ahu-zar.
    Ürək əzablardan olubdur bezar,
    Qələm göz yaşı ilə bircə söz yazar.

    Nəqarət
    Nəqarət

    Unutdun məni

    Nəqarət
    Nəqarət


    Mənə dəniz verin

    Mənə dəniz verin, tənha qalmışam,
    O, mənə ən şirin sözlər deyəcək.
    Mənə dəniz verin, bəlkə bu axşam,
    Yursular qapımı gəlib döyəcək.

    Səhər açılanda, gecə düşəndə,
    Mənə dəniz verin, qoy darıxmayım.
    Gözümün yaşında islanım bir az,
    Kədərli baxışla ona baxmayım.

    Nəqarət:
    Mənə dəniz verin, o tənha qalıb,
    O, məni axtarır, məni gözləyir,
    Gedirəm dənizə, dəniz mənimdir,
    O dəniz gözlərim səni gözləyir.

    Mənə dəniz verin, o tənha qalıb,
    O, məni axtarır, məni gözləyir,
    Gedirəm dənizə, dəniz mənimdir,
    O dəniz gözlərim səni gözləyir.


    Mənə dəniz verin, isinim bir az,
    Onun gözlərinə qarışam bəlkə,
    Tapım sularında göz yaşlarımı,
    Orda taleyimlə barışam bəlkə.

    Səhər açılanda, gecə düşəndə,
    Mənə dəniz verin, qoy darıxmayım.
    Gözümün yaşında islanım bir az,
    Kədərli baxışla ona baxmayım.

    Nəqarət
    Nəqarət


    Yaşa məhəbbət

    Sən onun eşqilə, məhəbbətilə,
    Vurmadın ömrünü başa ürəyim,
    Sən onun eşqilə, məhəbbətilə,
    Vurmadın ömrünü başa ürəyim,
    Sevgi hədəfinə nişan alanda
    Dəydimi oxların daşa, ürəyim?!
    Sevgi hədəfinə nişan alanda
    Dəydimi oxların daşa, ürəyim?!

    Nəqarət:
    Sən canı canından ayrı tutmadın,
    Odur ki, vəfasız deyildir adın,
    Sən canı canından ayrı tutmadın,
    Odur ki, vəfasız deyildir adın,
    O səni unutdu, sən unutmadın,
    Yaşa, məhəbbətim, yaşa ürəyim!
    O səni unutdu, sən unutmadın,
    Yaşa, məhəbbətim, yaşa ürəyim!

    Sevgi dəryasında ruhum bir ada,
    Fırtınam ziyada, dalğam ziyada.
    Sevgi dəryasında ruhum bir ada,
    Fırtınam ziyada, dalğam ziyada.
    O ellər gözəli düşəndə yada,
    Dəydimi oxlarım daşa ürəyim.
    O ellər gözəli düşəndə yada,
    Dəydimi oxlarım daşa ürəyim.

    Nəqarət
    Nəqarət


    Bakı

    Bakı göz dəyməsin, gözəlsən yaman,
    Adına bağlıdır zəfərim mənim.
    Bakı göz dəyməsin, gözəlsən yaman,
    Adına bağlıdır zəfərim mənim.
    Mahnılar qoşuram bu cəlalına,
    Keçmişində qalıb kədərim mənim.
    Mahnılar qoşuram bu cəlalına,
    Keçmişində qalıb kədərim mənim.

    Gündüzün kimidir gecələrin də,
    Ayaq izlərim var küçələrində.
    Gündüzün kimidir gecələrin də,
    Ayaq izlərim var küçələrində.
    Olsam da dünyanın mən hər yerində,
    Sənsiz açılmayır səhərim mənim.
    Olsam da dünyanın mən hər yerində,
    Sənsiz açılmayır səhərim mənim.

    Nəqarət:
    Şerimsən, mahnımsan, sözümsən, Bakı,
    Mənim uzaq görən gözümsən, Bakı.
    Canım ciyərimsən, özümsən, Bakı,
    Sayıq keşikçindir nəzərim mənim.
    Öz mavi aynamdır Xəzərim mənim,
    Öz mavi aynamdır Xəzərim mənim.


    Günləri zəhmətlə vuraraq başa,
    Mən sənin qoynunda dolmuşam yaşa.
    Günləri zəhmətlə vuraraq başa,
    Mən sənin qoynunda dolmuşam yaşa.
    Hüsnünü göstərən dosta-tanışa,
    Öz mavi aynamdır Xəzərim mənim.
    Hüsnünü göstərən dosta-tanışa,
    Öz mavi aynamdır Xəzərim mənim.

    Gündüzün kimidir gecələrin də,
    Ayaq izlərim var küçələrində.
    Gündüzün kimidir gecələrin də,
    Ayaq izlərim var küçələrində.
    Olsam da dünyanın mən hər yerində,
    Sənsiz açılmayır səhərim mənim.
    Olsam da dünyanın mən hər yerində,
    Sənsiz açılmayır səhərim mənim.

    Nəqarət
    Nəqarət


    Ana

    Ana dedim, ürəyimə yanar odlar saçıldı,
    Ana dedim, bir ürpəriş hasil oldu canımda,
    Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
    Ana dedim, fəqət onu görməz oldum yanımda.
    Ana dedim, xəyalıma gəldi ağ saçlarıyla.

    Nəqarət:
    Öpərəm əllərindən, öpərəm gözlərindən,
    Ay ana, qurban ollam mən sana.
    Öpərəm əllərindən, öpərəm gözlərindən,
    Ay ana, qurban ollam mən sana.
    Ay ana, qurban ollam mən sana.

    Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
    Onu gözəl anlatamaz düşündüyüm satırlar.
    Ana olmaz bizə hər bir "yavrum" deyən gözəldən,
    Cünki onun xilqətində ayrıca bir füsun var.
    Nəqarət
    Nəqarət


    Küləklər

    Hər səhər, hər axşam, hər axşam, hər səhər
    Cox zaman sərsəri küləklər bixəbər.
    Hər səhər, hər axşam, hər axşam, hər səhər
    Cox zaman sərsəri küləklər bixəbər.
    Bir yaxın dost kimi qapımı döyərlər,
    Küləklər, küləklər, bəstəkar küləklər.
    Bir yaxın dost kimi qapımı döyərlər,
    Dünyanı dolaşan bəxtiyar küləklər!
    Dünyanı dolaşan bəxtiyar küləklər!

    Ey çılğın küləklər, nəşəniz daşarkən,
    Bağların şehindən mey sorub coşarkən,
    Ey çılğın küləklər, nəşəniz daşarkən,
    Bağların şehindən mey sorub coşarkən,
    Nalqıran dağları atlayıb aşarkən,
    Məni də alınız, uçayım dağlara,
    Nalqıran dağları atlayıb aşarkən,
    Könlümdə nə varsa, açayım dağlara!
    Məni də alınız, uçayım dağlara.

    Bəziniz qorxulu, bəziniz qorxusuz,
    Bəziniz duyğulu, bəziniz duyğusuz,
    Bəziniz duyğulu, bəziniz duyğusuz,
    Bəziniz qorxulu, bəziniz qorxusuz,
    Küləklər, küləklər, ey sərin küləklər,
    Sizdə var qoxusu hər yerin, küləklər!
    Küləklər, küləklər, ey sərin küləklər,
    Sizdə var qoxusu hər yerin, küləklər!
    Dünyanı dolaşan bəxtiyar küləklər!


    Son bahar

    Həyatın mənası sevgi, məhəbbət olmuş,
    Sevgisiz dünyanın eşqi, gülləri solmuş,
    Bir ümid gözləyir, yanır könüllər,
    Yanırıq ikimiz ondan bixəbər.
    Yanırıq ikimiz ondan bixəbər.

    Özümüz bilmədik həsrət, intizar gəldi,
    Sevgi qismətinə qəfil son bahar gəldi.
    Bəs necə yaşayım söylə mən sənsiz,
    Dağlar da heç olmur dumansız, çənsiz.
    Dağlar da heç olmur dumansız, çənsiz.

    Məhəbbət oyuncaq deyil, biz dəcəl uşaq,
    Biz elə küsmüşük, çətin bir də barışaq.
    Bəxtimin günəşi əbədi söndü,
    Sevginin yolları zülmətə döndü.
    Sevginin yolları zülmətə döndü.

    Məhəbbət əzəldən sanki yox imiş,
    Bu ülvi sevgimiz xəyal, yuxuymuş.
    Bir yerdə əsiri olduq həsrətin,
    Sevgili günləri unutmaq çətin.
    Sevgili günləri unutmaq çətin.
    [
    Ya da
    [

  5. #5
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Kim Bilir

    [youtube]http://www.youtube.com/watch?v=wiCeOdeP4l8&mode=related&search=[/youtube]
    [
    Ya da
    [

  6. #6
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Bakı Haqqında Nağıl

    [youtube]http://www.youtube.com/watch?v=QReuB9UVuSI&mode=related&search=[/youtube]
    [
    Ya da
    [

  7. #7
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Ana

    [youtube]http://www.youtube.com/watch?v=K8K-SVTi6l0[/youtube]
    [
    Ya da
    [

  8. #8
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Unutdun

    [youtube]http://www.youtube.com/watch?v=SESShxHCV2I&mode=related&search=[/youtube]
    [
    Ya da
    [

  9. #9
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Yağış

    [youtube]http://www.youtube.com/watch?v=C-6O_T5LsYE&mode=related&search=[/youtube]
    [
    Ya da
    [

  10. #10
    Moderator
    Üyelik tarihi
    Feb 2007
    Mesajlar
    6.163
    Həsrətinin yollarındayam

    [youtube]http://www.youtube.com/watch?v=prGIhf75UD8[/youtube]
    [
    Ya da
    [

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.