4 sonuçtan 1 ile 4 arası

Azərbaycanın Eurovision 2010 namizədləri

  1. #1
    Azeri.net Sevdalısı Baku - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2007
    Mesajlar
    41.772

    Azərbaycanın Eurovision 2010 namizədləri

    “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə yayım şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkəti milli seçimlərdə iştirak edən namizədlərdən 6-nın sona qaldığını açıqlayıb. APA fevralın 2-də “Buta Palace”da keçiriləcək milli yarımfinal gecəsinə qatılacaq 6 namizədin dosyesini və həmin gecə ilə bağlı reklam rolikini yayımlamaq qərarına gəlib.



    Azad Şabanov. 1991-ci il yanvarın 3-də Bakıda anadan olub. Orta musiqi təhsili alıb. “Yeni Ulduz-7” müsabiqəsində iştirak edib və ikinci yeri tutub.



    “Milk&Kisses” qrupu. İki qızdan ibarətdir. Dilarə 1984, Fəridə isə 1983-cü il təvəllüdlüdür. Hər ikisi Bakıda anadan olub və professional musiqi təhsili alıb. Dilarə və Fəridə eyni zamanda “Unformal” rok-qrupun solistləridir. Həmin qrup “Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən “Land of fire” milli seçim finalına vəsiqə qazanan üç namizəddən biri olmuşdu.



    Məryəm Şabanova. 1985-ci il iyunun 2-də Bakıda dünyaya gəlib. Orta musiqi təhsili alıb. 2003-ci ildə “Bakı Payızı” müsabiqəsində iştirak edib.



    Səfurə Əlizadə. 1992-ci il sentyabrın 20-də Bakıda anadan olub. Kaman və saksafon üzrə orta musiqi təhsili alıb. Müxtəlif müsabiqələrdə iştirak edib. “Yeni Ulduz-8” televiziya şousunda birinci yeri tutub.



    Elli Miçiyeva. 1987-ci il iyunun 6-da Bakıda anadan olub. Dörd yaşından Almaniyada yaşayır. Müxtəlif beynəlxalq müsabiqələrdə iştirak edib. Almaniyada keçirilən “Popstar” televiziya şousunun final mərhələsinə vəsiqə qazanıb.



    Ülviyyə Rəhimova. 1983-cü il avqustun 2-də Bakıda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Həmin illərdə “Bəri bax” vokal qrupunda fəaliyyət göstərib. Müxtəlif müsabiqə və festivalların iştirakçısı olub. APA

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Dec 2006
    Yer
    Baki
    Mesajlar
    1.089

    Re: Azərbaycanın Eurovision 2010 namizədləri

    kim temsil edir etsin,layiqli etsin,qalibiyyetle donsun insallah.
    gulumse bir az gulsun gozlerin,gulumse bir az getsin kederin.

  3. #3
    Member
    Üyelik tarihi
    Dec 2009
    Mesajlar
    52

    Re: Azərbaycanın Eurovision 2010 namizədləri


  4. #4
    Junior Member
    Üyelik tarihi
    Aug 2008
    Yer
    AZE/NAXCIVAN
    Mesajlar
    27

    Re: Azərbaycanın Eurovision 2010 namizədləri

    kim gedir getsin.ama 1ci olaraq qayitsin insallah
    40 il kölə kimi yaşamaqdansa
    1 gün azad yaşamaq daha gözeldir.

    Köləliyin zirvəsində gül olacağıma
    Azadlığın ətəyində tikan kolu olaram

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.