4 sonuçtan 1 ile 4 arası

Bir müğənninin acı etirafı

  1. #1
    Member
    Üyelik tarihi
    Mar 2006
    Mesajlar
    66

    Bir müğənninin acı etirafı

    Bir müğənninin acı etirafı

    Əməl Sayın müsahibələrindən birində belə deyirdi:
    - Mən hər axşam evə qayıdanda işıqları yanan evlərə həsəd aparıram. Çünki mənim evim mən gələnə qədər qaranlıq olur. İçəri girib işıqları özüm yandırmaq məcburiyyətində qalıram. Və bu da məni çox məyus edir!..
    Əslində bu nədir bilirsinizmi? O qədər şan-şöhrətin, o qədər var-dövlətin arxasında bizim görə bilmədiyimiz acı bir etiraf... Və ya gözlərimizi qamaşdıran, qeyri-adi bir şey kimi qəbul etdiyimiz bir həyatın arxasında ana ola bilməmiş, ətrafında sevdikləri olmayan bir qadının səssiz etirafları...
    Halbuki, biz televiziya ekranlarında onu görüb nələr düşünürük? Qəribədir deyilmi? O məşhur qadının həsəd apardığı evlərdə, ona həsəd aparan qadınlar...
    Fitrətin əleyhinə çıxa bilməzsiniz. İlk baxışda cəzbedici görünən, nəfsinizin çəkdiyi nə qədər şey var ki, nəticə etibarı ilə acı, zəhərli baldan başqa bir şey deyil.
    Bir qadının yuvası yoxdursa, bir qadın çoluq-çocuğa qarışmamışsa, nə olursa-olsun xoşbəxt ola bilməz. Nəfsinin arzu etdiyi şeyləri əldə edə bilsə də, içindəki boşluğu doldura bilməz. Ona görə də qızlarımız peşə seçərkən unutmamalıdırlar ki, onların ilk və ən mühüm peşəsi ana olmaqdır.
    Üstəlik, uşaq dünyaya gətirən hər qadın ana deyil. Analıq övladını sevgi ilə, qayğı ilə, fədakarlıqla böyütməkdir.
    Məktəbdə başına gələnləri danışanda onları dinləyə biləcək bir anası olmalıdır hər uşağın. Evə gələndə qapını gülər üzlə açacaq və ya qoynunda özünü təhlükəsizlikdə hiss edə biləcəyi bir ana istəyir hər övlad. Bu, bir məsuliyyətdir və bu məsuliyyətin “öhdəsindən gəlmək” o qədər də asan deyil... Ev xanımı olmağa, başqa sözlə, analıq peşəsinə dodaq büzənlər öz uğurlarının analarının fədakarlığı hesabına başa gəldiyini unutmamalıdırlar. Onlar öz övladlarına bu fədakarlığı göstərə bilmirlərsə, başlarını iki əllərinin arasına alıb yaxşıca fikirləşməlidirlər...
    Ana ömrünü övladı uğrunda əridir. Qol-qanad gərir. Hətta lazım gəlsə, həyatı bahasına övladının mənafeyini düşünür.
    Övladının sağlamlığı üçün çırpınan, yeməyib yedirən, geyməyib geydirən, gecə üstü açılmasın deyə rahat yatağından durub otaqları gəzən bir ananın əməyini necə savadsızlıqla izah etmək olar?
    Bir də əksini düşünün. Qadın bütün zəriflikləri ilə yanaşı, sinəsində güclü bir ürək daşıyır. O ürəkdə elə bir güc, bir əzm var ki, nə istəsə əldə edə bilər. Və qadın prezident, baş nazir, bir sözlə, ağlınıza gələ biləcək bütün vəzifələrə elə bu gücünə, bu əzminə görə sahib ola bilir.
    Əgər bütün bu vəzifələrin məqsədi nəfsinin istədiklərini əldə etmək və xoşbəxt olmaqdırsa, istədiklərinə çatar, ancaq bu xoşbəxtlik çox uzun sürməz. Çünki onların fitrəti ana olmaq, isti bir yuvada xoşbəxt olmaq üçün proqramlaşdırılmışdır. Başqa bütün vəzifələr isə gəldi-gedərdir. Qocalıb mükafatları və əldə etdiyi uğurları ilə baş-başa qalanda anlayır ki, ömrünü boş yerə fəda etmişdir. Dünya ondan “öz xeyri” üçün istifadə etmiş, indi isə əldən-ayaqdan düşdüyü, özünün qayğıya ehtiyac hiss etdiyi bir vaxtda dörd divar arasına məhkum etmişdir.
    Ömür bir dəfə yaşanır. Geriyə dönüş yoxdur. Əgər peşmanlıqlar fayda verməyəcəksə, peşman olmayacaq bir ömür yaşamaq lazımdır. Bu nəticəni düşünsəniz, arzu etdiyiniz hər şeyə çata bilərsiniz.
    Bir qadın analıq rolunu layiqincə yerinə yetirə biləcəyi, ailəsini, yuvasını ikinci plana keçirməyəcəyi bir peşə seçsə, həm uğur qazanar, həm də mənən rahat olar. Səhv başa düşməyin. Burada söhbət qadınların başqa peşələrdə uğur qazana bilməyəcəyindən getmir. Əksinə, burada söhbət bir peşənin qadına nə qədər rahatlıq gətirəcəyindən gedir...
    Yarım gün işləyə biləcəyi, evinə gələndə də çox yorulub əldən düşməyəcəyi, analıq və ev işlərini bir yerdə davam etdirə biləcəyi bir peşə seçmək qadın üçün daha yaxşı olar. Beləcə, böyük-böyük adlar daşıdığı halda içində böyük-böyük boşluqlar daşımaz, ya da hər axşam evə qayıdanda işıqları yanan evlərə həsəd aparmaq məcburiyyətində qalmaz...

  2. #2
    Moderlər
    Üyelik tarihi
    Apr 2004
    Yer
    Bakı
    Mesajlar
    917

    Re: Bir müğənninin acı etirafı

    Mesafler mi aşkı uzaklaştırır ,aşk mı mesafeleri yakınlaştırır,Uzayan yollar,kanayan sevdalar,ne kadar aşkı yansıtır,Sevmekten uslanmayan gönülmüdür.Uslanmayan sevdamıdır.Ey arsız sevda,yoluna gül dökülesi,İşte geldin yakınımdasın,Bir seslensem el uzatırmısın?

  3. #3
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Yer
    Amerika
    Mesajlar
    2.811

    Re: Bir müğənninin acı etirafı

    Üstəlik, uşaq dünyaya gətirən hər qadın ana deyil. Analıq övladını sevgi ilə, qayğı ilə, fədakarlıqla böyütməkdir.
    çok doğru vurgulanmış...

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Bir müğənninin acı etirafı

    DOQRUDAN DA COX ACINACAQLI BIR HALDI . ONUN HER SEYI SAN SOHRETI , MADDI DURUMU , NEBILIM NELERI SAYMAQ OLAR ,AMMA BU QADINI XOSBEXT ETMIR ,CUNKI ALLAH QADINI HEYAT YOLDASI ,ANA OLMAQ UCUN YARADIB ,MENE ELE GELIR KI ,BU IKI SEY OLMASA HEC BIR QADIN XOSBEXT OLA BILMEZ ,HER NE QEDER KARYERA QURMUS OLSA BELE

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.