3 sonuçtan 1 ile 3 arası

Böyüdüm artıq...

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Böyüdüm artıq...

    Böyüdüyümü hiss elədim bu gün... Ya da böyümək məcburiyyətində olduğumu...Və ya hər şeyin öhdəsindən gəlmək üçün böyüməli olduğumu…

    Bütün xəyallarımı silib atdım bir kənara... Böyüklərin həyatı tündlük gətirdi mənə böyüyəndə. Hər şey alınmışdı əlimdən, qəhqəhələrim belə. Təbəssümlərim də donub qalmışdı. Çətindir, həm də çox çətindir böyük olmaq…
    Həmişə böyümək var idi xəyallarımda…

    Uşaq ikən heç kim sənə fikir vermirdi. Dərdləri bilir, dərman ola bilmirdim. Bax onda böyümək idi xəyalım. Həyat zarafat kimi idi mənə. Ağlasammı, gülsəmmi bilmirdim. Bütün bildiklərimi unutmuşdum…
    Böyümək…Onun da bir dərd olduğunu böyüyəndə anladım.
    Vaxtından əvvəl çiyninə yükləyirsən dərdləri. Üzərinə bir-bir yıxılıb qalır xəyallar. Sənin xəyallarına yer qalmır həyatında… Çünki hamının ümidi sən olursan. Hətta ümidsizliyin belə…Bütün bunlarla yanaşı bir də içindəki yara. Kimsə fərqində belə deyil olub bitənlərdən onsuz da. Hamının bir gözləntisi var səndən…Susqunsan... Bir az da küsgün… Hələ bir də üzünə həsrət qaldığın əymişsə başını yerə, məhv olursan... İçin-için, neçənci xəncər yarasına ağlamaqdadır ürəyin, bunu bir sən bilirsən.
    Yorulmusan artıq həyatın qarşısında… Tükənmisən... Ölüm belə yaşamaqdan daha gözəl gəlir sənə. Necə dünyaya gəlməyi sən istəməmisənsə, getmək də sənin əlində deyil…
    Nə edəcəyini bilmədiyin bir anda, dayanarsan bir yerdə. “Offfff”-larına yenidən baxarsan. Ürəyindəki bütün ümidsizliyə baxmayaraq, ümid əkməyə çalışaraq, yola çıxarsan...
    Uşaqkən xəyalın böyüməkdi, ancaq artıq böyümüsən və uşaqca bir sevinc qoyursan ürəyinə. Və bilirsən ki, bir gün bir yerdə biri mütləq anlayacaq səni... Bəlkə məhz o zaman böyümüş bədəninə uşaq ürəyini sığdıra biləcəksən... Və başdan yaşayarsan xəyallarını, ümidlərini, sabahlarını...
    Uşaq qədər xoşbəxt olmaq üçün, uşaqca bir ürək daşımağın lazımlığını həyat bir daha öyrədər sənə. Bax o zaman bəlkə də hər şeyin öhdəsindən gələ bilərsən...

  2. #2
    Moderlər Kralica_ - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Aug 2009
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.618

    Re: Böyüdüm artıq...

    yox men boyumemishem ki9 hele ushaqam niye men ushqliq edirem? bu suala cavab vere bilmirem
    Her sheyi bilmek vacib deyil, Vacib olan heddinizi bilmekdir!

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Yer
    Azərbaycan.Bakı
    Mesajlar
    1.739

    Re: Böyüdüm artıq...

    Alıntı Kralica_ Nickli Üyeden Alıntı
    yox men boyumemishem ki9 hele ushaqam niye men ushqliq edirem? bu suala cavab vere bilmirem
    ele ele olman daha yaxşıdı çalışmaki insanları derk ede bilmeyi öyrenesen herşeyi öz yolunda burax

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.