-
Re: Usyan olmazmis!
Sevgisiz
Qoyma, uzaq tut məni,
Sevda acılarından.
Mənə yaxın gəlməsin,
Qorxuram ağrısından.
Nə qədər sevincimi,
İtirmişəm bilirsən?
Ömürdən incimişəm,
O da məndən deyəsən.
Ürəyim paralanıb,
Arzularım didərgin.
Nə verib mənə sevda,
Bumu vəfası eşqin?
Yaxın qoyma sən məni,
Xəbərin yox necədir.
Əzabı məhəbbətin.
Ona dözmək çətindir.
Yazın isti yağışı,
Payızın leysanları,
Yuyun eşqin adını,
Qovun o arzuları.
Qoy ayaz şaxta vurub,
Hisslərim donuq qalsın.
İldırım qəlbə düşüb,
Min yerdən paralasın.
Qoyma, uzaq tut məni,
Sevda acılarından.
Mən yanmışam bilmədən,
Onun alovlarından.
Ürək, bağışla məni,
Mən səndən küsməmişəm.
Küsdüyüm də yox təkcə,
Ömürdən incimişəm.
-
Re: Usyan olmazmis!
Unutsunmu səni qəlbim?
Necə unudum səsini,
Səsin doğmadı, əzizdir.
Necə unudum eşqini?
O qəlbimdi, ürəyimdi.
Bilsən nələr itirmişəm,
Yeganə varımsan mənim.
Bu eşq üçün əyilmişəm,
Unutsunmu səni qəlbim?
Damla-damla məhəbbəti,
Mən qəlbimə axıtmışam.
Budur sevgimin dənizi,
Damlasına qıymamışam.
Sönməyəcək qəlbdə işıq,
Qaranlıqlar uzun çəksin.
Ömrümdə bir cüt yaraşıq,
O sən birdə sənin eşqin.
-
Re: Usyan olmazmis!
Qoy ayaz şaxta vurub,
Hisslərim donuq qalsın.
İldırım qəlbə düşüb,
Min yerdən paralasın.
::yerivar:: tesekkur
-
Re: Usyan olmazmis!
-
Re: Usyan olmazmis!
Ağlamalıdır, hə?
Çarəsiz gecələrin birində
atmaq istəmişdin özünü
yarıaçıq pəncərəndən,
yadında?
Sonra mən gəlib durmuşdum
gözünün qabağında
sarılıb ayaqlarına
yalvarmışdım etmə deyə.
Qayıdıb soyuq otağına
tənhalığını yaşamışdın yenidən.
Həmin gecə
sönmüşdü işıqların da
“Görən olmaz” deyib
ağlamışdın doyunca.
Yoxluğumdan xəbər vermişdi
dilə gəlib əşyalar.
Üsyan etmişdin yaşayışına.
Bir balış altda,
Bir balış üstdə
hönkürə-hönkürə açmışdın səhərini.
Gizlədə bilməmişdin
öz-özündən qəhərini.
Yediyin-içdiyin zəhər olmuşdu–dedin.
Dedin:
“–Geyilmiş paltarlarına bürünmüşdüm”—
qucağındaymışam kimi.
Sonra bütün bunları
kişi qeyrətinə sığışdırmayıb
yatmaq istəmisən – olmayıb –
dedin.
Və səhərin gözü açılmamış
yanıma gəlmışdin.
Darıxmısan,
yanıma istəyirsən – deyə.
Mənsə yerimdə qovrula-qovrula
“BURA ÇOX DARDIR!”–demişdim
torpağın altından,
“Əzizim,
daşdansa balış yaxşıdır”—
pıçıldamışdım arxanca
Addımlarından titrəyə-titrəyə
Mən də ağlamışdım.
Ağlamalıdır, hə?
-
Re: Usyan olmazmis!
Bir-bir düşür yadıma...
Dəmir barmaqlıqlardan
uzadardım balaca əllərimi.
Ovcunda gizlənərdi
buz kimi barmaqlarım.
Evə heç istəməzdim
yalvarardım hər dəfə
“Nolar, yanında qalım...”
Hamısı yadıma gəlir.
Biz səni gözləyirdik
sönük ocaq başında.
Bir həsrət ovudurdum
mən körpə baxışımda.
O da yadıma gəlir
ilk dəfə evimizdən
çıxmamışdım mən o vaxt
nənəm yola salmışdı
yanına gəlib onda
“Mən məktəbə gedirəm
Dur, bax”—
deyə bilmişdim ancaq.
Hamısı yadıma gəlir.
Adına şam yanardı
bayram axşamlarında
sən olmazdın yanımda.
Bir gün əvvəl olardı
bizim bayramlarımız
noolsun?!—
yas içində hamımız.
Hamısı yadıma gəlir.
Tələsərdim biləndə
görüşünə gəlirəm.
Xəyallar uydurardım
yatmayıb sübhə qədər.
Elə ki dolayardım qollarımı boynuna,
toxtayardım balaca,
unudardım hər şeyi.
Bu qızcığaz, balaca
hər görüşun başından
“Vaxtdır!” deyənə kimi
uyuyardı dizində
nə bir dərdi, nə qəmi
Hamısı yadıma gəlir.
Bir dəfə də...
bir gecə
yorğan çəkib başıma
ağlamışdım gizlicə.
Ancaq bilmirəm necə
bilmişdi bunu anam
içini çəkə-çəkə
danışmışdı nənəmə.
e...eh..h...
sənin həsrətindən
od düşmüşdü sinəmə.
Unutmadım heç nəyi
deyirəm yana-yana.
İstəyirəm biləsən
hamısı gəlir yadıma.
bir-bir düşür yadıma...
-
Re: Usyan olmazmis!
Duyğular qarışanda
...Dənizdə gizlənir Günəş
mən qaranlıq otağımda
nifrətimlə boğuşanda.
Gecəylə verib baş-başa
duyğular qarışanda
Günəşi axtarırıq...
...İllərin həsrətini
bağışlaya bilmirəm
bu qərib sevincimə...
...Qopara bilmirəm Səni
hissimdən...
acığımdan, hirsimdən
əlimi, qolumu, başımı
çırpmaq keçir könlümdən
daş üzlü divarlara.
...Havar çəkmək istəyirəm
yuxuya getməsin gecə
mən yuxuya gedincə...
...Susdurub saatları
donuq əqrəblərinə
bərələ qalır gözlərim.
Zamandan qisasım bu...
...Surətini cizirəm
qaynar baxışlarımla
havanın hər küncünə
dolu-dolu!...
...Qarışınca duyğular
özümə dönən qapılar
bağlı olar üzümə.
Nəbzi itən ömrümə
təsəlli axtarıram
Ay Allah!
Nə yaxşı güzgülər var...
-
Re: Usyan olmazmis!
Ürək, bağışla məni,
Mən səndən küsməmişəm.
Küsdüyüm də yox təkcə,
Ömürdən incimişəm ::yerivar::
-
Re: Usyan olmazmis!
-
Re: Usyan olmazmis!
MƏN HƏLƏ
BİR CAVAN BULUD YAŞDAYAM
Yeri qanlı-qanlı doydu yağışlar,
Keçib damarımda axdılar mənim.
Dəli arzularım döndü yağışa,
Qayıdıb üstümə yağdılar mənim.
Şimşək var—buludlar davaya duşdu.
Damcılar oynadı havaya duşdum.
Mən eşqin əlinə havayı duşdum,
Onuncun yandırıb-yaxdılar məni.
Mən hələ bir cavan bulud yaşdayam,
Yağış olmadım ki, yağıb yaşayam.
Bir göz var istədim baxıb yaşayam,
Qoydular üz-üzə baxtımnan – məni…
Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.