Sayfa 3/5 İlkİlk 12345 SonSon
45 sonuçtan 21 ile 30 arası

Usyan olmazmis!

  1. #21
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: Usyan olmazmis!

    nik deyise biler ess odur ki , urekler qirilmasin . ve sen hemiseki sen olasan

  2. #22
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Usyan olmazmis!

    Alıntı Xeyallarim Nickli Üyeden Alıntı
    nik deyise biler ess odur ki , urekler qirilmasin . ve sen hemiseki sen olasan
    Tsk sagolasiniz.

  3. #23
    Member
    Üyelik tarihi
    Nov 2009
    Yer
    Qelbimdeki Tenhaliq
    Mesajlar
    99

    Re: Usyan olmazmis!

    cox xoshuma geldi
    Hafiften bir yagmur agliyor benimle...
    Yalnizliktan ushuyorum...
    Bulamayacagimi bile-bile..
    Yine seni ariyorum...
    .

  4. #24
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Usyan olmazmis!

    Cox sagolun minnetdaram

  5. #25
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Usyan olmazmis!

    Heyat heqiqetende qisadir, bezen kederli , bezen sevincli kecir heyatimiz, cox teessuv ki,cox insanin heyatinda keder sevincli anlardan cox olur,qisa heyatda bir - birimizin xetrine deyirik,qan-qaraciliq cox olur dediyimiz halda ve en esasi basa dusduyumuz halda bu hereketleri cox tez-tez tekrar edirik.Oz dost-tanis,yaxin insanlarla munasibetde bezen ise soz-sohbet dusur amma anlayisla meseleni mulayimce yola vermekle de hell etmek olur,Heyatin doyulmaz anlari coxdur ,amma onu deyerince ve layiqince yasaya bilesen yasa bilmeyi bacarasan,heqiqetende menim oz fikirimce usyan etmek olmaz, ne olursa olsun usyanin sonu yoxdur!

  6. #26
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Usyan olmazmis!

    ALLAH BU GÖZƏLİ NECƏ YARATDIN
    Bir kəlmə söz desə ürək dayanar,

    Allah bu gözəli necə yaratdın.

    Toxunsa bir ömür ömrün uzanar,

    Allah bu gözəli necə yaratdın.

    Təbibin müqəddəs nişanəsidi,

    Dağların inləyən şəlaləsidi,

    Xəstənin dərmansız bir çarəsidi,

    Allah bu gözəli necə yaratdın.

    Sevgidən yoğrulub sanki mayası,

    Təbii gözəldi yoxdu boyası,

    Üzündən bilinir arı, həyası,

    Allah bu gözəli necə yaratdın.

    Dünyaya hava tək, su tək gərəkdi,

    Göydən yerə enmiş nəcib mələkdi,

    Qoxusu ətirli güldü, çiçəkdi,

    Allah bu gözəli necə yaratdın.

    Ay görsə günəşin üzünə baxmaz,

    Ulduzlar səmaya bir daha çıxmaz,

    Çaylar da quruyar dənizə axmaz,

    Allah bu gözəli necə yaratdın.

    Ox kimi düzülüb kipriyi, qaşı,

    Səhv salar saçını ipəkdən naşı,

    Gözləri gecənin əkiz sirdaşı,

    Allah bu gözəli necə yaratdın.

  7. #27
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Usyan olmazmis!

    Gözəllik
    Əsl gözəllik nə deməkmiş mən bu gün bildim,
    Bugünədək heç vaxt belə gözəl görməmişdim.
    Yox idi uzun boyu, balaca, arıq idi,
    Yox idi ağ dərisi, o qarabəniz idi.
    Saçlarını səliqəylə darayıb yığmışdı,
    Həyat yumruqlarından o da bir pay almışdı.
    İncə dodaqlar həm ehtirassız, həm də qəmli,
    Xırda gözləri daşıyır dünyanın dərdini.
    O, heç bir vaxt oğlanların xoşuna gəlmirdi,
    Düşdüyü hər bir mühitdən təcrid edilirdi.
    Onu dolayırdılar, o isə heç dinmirdi,
    Əsl yazıq onlardır, bunu yaxşı bilirdi.
    Gözlərinin üstünə taxmışdı eynəyini,
    Heç cür ata bilmirdi bu çəkingənliyini.
    Süni gözəlçələr ona ikrahla baxırdı,
    Hər bir baxış onu daha çox yaralayırdı.
    Səliqəli, təmiz, amma zövqsüz geyinirdi,
    O, bəyənilmirdi, bunu yaxşı dərk edirdi.
    Artıq hər salamda pis bir niyyət axtarırdı,
    Heç kəs ona dost olmaq üçün yaxınlaşmazdı.
    Danışmaqdan qorxurdu zəif, incə səsiylə,
    Hamının cavabını verirdi gözləriylə.
    Başqalarının gözündə o kifir, ifritəydi,
    Daxili aləmini isə heç kim bilmirdi.
    Təbəssümündə də bu qızın iztirab vardı,
    Onda heç kəsə qarşı inam qalmamışdı.
    Onun həyatı zülmət, sonsuz qaranlıq tartar,
    Düşünürdü ki, onu görəsən kim anlayar?
    Bütün uşaqlığını tək, tənha keçirtmişdi,
    Görəsən onu daha nə zülmlər gözləyirdi?
    Hər şübhəli baxışda daha da əzilirdi,
    İztirablarını ürəyində gizlədirdi.
    Bu kifir qızın vardı mənəvi gözəlliyi,
    Utancaq baxışlarla o, incə, zərif idi.
    Heyf ki, insanlar onu kəşf edə bilmirdi,
    Heç bir kədər, dərd onu məhv eləmirdi.
    Tənhalıq və zəiflik onu gücləndirirdi,
    İnanırdı ki, nə vaxtsa hər şey düzələcək.
    Ancaq heç nə dəyişmir, yenə də eyni idi,
    Düşünürdü ki, o da bir gün gülümsəyəcək.
    Mənəvi gözəlliyi yazılıb gözlərində,
    Yaşları quruyub artıq nəmli gözlərin də.
    Həyatın dərinliyi gizlənib sözlərində,
    Qüvvəsi qalmayıb bu fəlsəfi sözlərin də.
    Onun gözəlliyi elə çirkinliyindəydi,
    Utancaqlığı, saflığı, sadəliyindəydi.
    Fərqi yoxdur kim onun haqqında nə deyirdi,
    O, olduğu kimi də sadə və gözəl idi.
    Real gözəllik nə deməkmiş mən indi bildim,
    Bugünədək heç vaxt belə gözəl görməmişdim...

  8. #28
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Usyan olmazmis!

    Vəfasız
    Bir zaman mən sənə könül bağladım
    Axırda Məcnun tək yandım ağladım,
    Od vurdun sinəmə ürək dağladın
    Həyatımı yıxıb getdin vəfasız.

    Allahdan dilləyim təkcə sən oldun
    Sənin həsrətindən saraldım soldum
    Məni bu dünyada sən ağlar qoydun
    Alovsuz yandırıb getdin vəfasız.

    Dilim deyə bilmir ayrılıq sözün
    Sızlayır ürəyim ağlayır gözüm
    Sənin həsrətinə mən nece dözüm
    Məni sənsiz qoyub getdin vəfasız.

    Gün gələr sıxılar tənha qalarsan
    O zaman sən məni xatırlayarsan
    Hardasan Yaqubum deyib ağlarsan
    Deyərsən sən deyil mənəm vəfasız

  9. #29
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Usyan olmazmis!

    Yaşaya bilirsən...
    Yaşaya bilirsən sevgisiz ömür,
    Könülsüz, yanında bir həmdəm ilə.
    Xoşbəxtsən?! Bu sənə belə görünür,
    Görmürsən özünü yad gözlərilə.

    Necə bağlanmısan sevgisiz cana,
    Ürəksiz bağlılıq kimə gərəkdir?
    Bu kimə acıqdır? Bilirəm ona...
    Ömürlük cəzadı, o da səndəndir.

    Açılsa bir sabah gizli arzular,
    Nə üzlə baxacaq gözlərin ona.
    Bəlkə də tapırsan sirli yalanlar..
    Səndə “fərasət” var sevinək buna?

    Bacara bilirsən sən yaşayaraq,
    Günahlar içində xoşbəxt gülürsən.
    Günəşsiz, işıqsız nur sayrışaraq,
    Guya sevinirsən, guya sevirsən
    Guya bəxtəvərsən, belə xoşbəxtsən.

  10. #30
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Usyan olmazmis!

    Gedirsən, sevgini özünlə apar...
    Getsən, əbəti get ömrümdən, gülüm,
    Bir daha gözümə görünmə mənim.
    Səni hər görəndə istəmirəm ölüm,
    Bir daha qəlbimdə döyünmə mənim.

    Get, bu sevgini də al məndən apar,
    Onsuz da yaşamaq mənə çətindi.
    Sevgini bir təhər qəlbimdən qopar,
    Məni öldürən sənin məhəbbətindi.

    Qoy ölüm, qarışım qara torpağa,
    Görək ölümüm sənə nə verəcək.
    Nə qədər ki sən qara desən ağa,
    Ömrünə sevinc yox kədər gələcək.

    Dünya yalan, sən yalan, məhəbbət yalan,
    Yalanlar içində boğulacağam.
    Mən səni ilk görüb sevən zaman,
    Elə bildim yenidən doğulacağam.

    Bir zaman doğuldum, indi peşmanam,
    Bilmirəm həyat pis, yoxsa mən pisəm.
    Mən də həyata gəlmiş adi insanam,
    Ölənlər yanında axı mən nə kəsəm.

    Hələ yaşayırıq ömrümüz qalıb,
    Sən məndən ayrı, mən səndən ayrı.
    Biz unudulmuşuq, sevgimiz qalıb,
    İndi düşüb sevən sevəndən ayrı.

    Daha ayrılmışıq qovuşmayaq biz,
    Nə sən əzab ver, nə mən əziyyət çəkim.
    Bu sevgiylə yanıb alışmayaq biz,
    Nə sən yalan de, nə mən xəcalət çəkim!

Sayfa 3/5 İlkİlk 12345 SonSon

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.