2 sonuçtan 1 ile 2 arası

İkinci həyat

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    İkinci həyat


    Yenə yağış yağır. Çox sevdiyim havadır. Payızı çox sevirəm, bu fəsilə aşiqəm. Özümü küçəyə atmalıyam. Əynimi geyinib çölə çıxdım. Əntiqə görüntü var idi. Bütün şəhər səssizcə yatırdı. Küçələr bom-boş idi. Səssizliyi sadəcə damlaların həzin ritmiq səsi pozurdu. Bu aralar çox sıxıntılı, çətin günlər yaşayırdım. Bu gəzintiyə çox ehtiyacım var idi. Hərzamankı kimi qulaqlığı qulağıma qoydum və Shopeni dinləməyə başladım. Onun musiqiləri məni bu dünyadan alıb götürər hər zaman. Yavaş-yavaş yeriyirdim. Damlaların bədənimə hər düşüşündə sanki bütün sıxıntımı yuyub aparırdı. Özümü rahat hiss edirdim. Həyatım bir film kimi gözlərimin önündən keçirdi. Yağışa elə təslim olmuşdum ki, musiqi məni elə alıb aparmışdı ki bu dünyadan, arxamda siqnal verən maşının səsini belə duymamışdım. Parka yaxınlaşdım bir skamyada oturdum. Bir an burnuma kömür qoxusu gəldi. Sanki külək Vətənimin kömür qoxulu havasını gətirmişdi mənim üçün qürbətə. Gözümün önünə məhəlləmiz gəldi. Bu havada qaçanların, yağışdan gizlənənlərin görüntüsü. Onlara hər zaman qəribə baxırdım. Nur, mərhəmət dolu yağışdan görəsən niyə qaçırdılar? Hələ də anlaya bilmirəm. Bir an ipodumda Rəşid Behbudovun Küçələrə Su Səpmişəm musiqisi çaldı. Sevincdən uçurdum. Ay Allah, Vətənin qoxusunu almış, suyundan içmiş qızıl səsin musiqisi. Daha nə istəyirəmki. Bütün sıxıntımı unutmuşdum. Kədərdən əsər əlamət qalmamışdı. Sanki dünyaya yenidən gəlmişdim. İkinci bir həyat yaşamaq kimi.

    O gün həyatıma yeni bir səhifə açmışdım. Xoş, sevinc dolu günlər üçün. O qədər rahatlamışdım ki quş kimi süzürdüm havada. Başdan ayağa islanmışdım. Tellərimdən süzülən damlalar üzümdən üzüntünü, sıxıntını yuyub nurlu gülücük saçan üz ifadəmi ortaya çıxarırdı. Məhz buna görə mən yağışı sevirəm. O gün mənim ikinci həyatım başladı. İstəksiz ağlamağa başladım. Real dünyadan qopmuşdum. Bir an azan səsi ilə diksindim. Azan oxuduqca, o məlahətli səsi dinlədikcə gözlərimdən axanlara əngəl ola bilmirdim. Bu səfər isə ürəyim təskinlik tapdı. Rahatladım. Sonra çox sevdiyim bir cümləni xatırladım. ‘’Mənim bir sıxıntım var demə sıxıntına mənim böyük Rəbbim var de’’. Bəli o gün mənim ikinci həyatım oldu. Məhz ona görə yağışı sevirəm.

    Bəs siz?

    Müəllif: Rauf Həsənəliyev


    [

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Mar 2009
    Mesajlar
    2.630

    Re: İkinci həyat

    men de yaqisi cox sevirem .ona gore sevirem ki, men yaqisda aqlayanda tek olmuram aqlayanda sesimden, hicqirtimdan qorxmuram cunki men tek olmuram yaqisimla birge aqlyiram

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.