8 sonuçtan 1 ile 8 arası

Kişilərin ürəyinə gedən yol

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    3.585

    Kişilərin ürəyinə gedən yol

    Kişinin ürəyinə gedən yol onun mədəsindən keçir.” kəlməsi hər xanımın qulağında sırğa kimidir. İşdən gələn kişinin qulluğunda dayanan azəri xanımı da daim dadlı yeməkləriylə onun qəlbini fəth etmək istəyir. Əgər evə kişinin qonağı gəlirsə, məsuliyyət birə-beş artır. Lakin son illərdə aparılan araşdırmalar kişinin ürəyinə gedən yolun fərqli olduğunu aşkarladı.

    Rusiyanın məşhur qəzeti Pravda, kişilər haqda deyilən 10 səhvi açıqladı. Xəbərdə "Kişilərin yalançı olduqları və yalnız seks düşündükləri doğru deyil" mesajı verildi. Onlar kişilər haqda deyilən “10 düz və 10 yanlış xüsusiyyətlər”ə aydınlıq gətirdilər.
    1. Bir kişinin ürəyinə gedən yol mədəsindən keçər. Yemək onlar üçün əhəmiyyətlidir.

    Müasir kişilər qadında yaxşı yemək bişirməkdən daha çox başqa şeylər axtarır. Əslində yumurtayla belə xoşbəxt ola bilirlər!

    2. İlk addım həmişə kişidən gözlənilər. Kişilər hərəkətə keçməyi xoşlayır.

    Əgər söhbət qarşı cinsdən gedirsə kişilər əksinə çox utancaq davranırlar.. Bir kişinin ilk addım atması, əslində onun üçün heç də asan deyil.

    3. Kişilər aşiq ola bilməz, onlar üçün seks həmişə eşqdən əvvəl gəlir.
    Mütəxəssislər kişilərin 90 faizinin eşqə inandığını söyləyirlər. Yalnız eşqlə birlikdə ehtiras da axtarırlar.

    4. Kişilər üçün əhəmiyyətli olan qadınların xarici gözəlliyidir. Çirkinliyə mükafat verməzlər.

    Kişilərin çoxu qadınların xarici gözəlliyindən təsirlənir, lakin seksapil və cazibədarlıq əsas göstərici deyil. Hər qadın diqqətli davransa istədiyi kişinin marağını çəkə bilər.

    5. Kişilər açıq sözlü və səmimidir.
    Bu əslində belə deyil. Kişilər bir az sirrli qalmağı və qadınların da sirrli tərəflərinin olmasına üstünlük verirlər.

    6. Bir kişiylə nə qədər pis davransanız, sizə bir o qədər bağlanar.
    Mütəxəssislər bunun yalnız acı çəkməkdən xoşlanan kişiləri xoşbəxt etdiyini bildirirlər. Bir kişiylə həddindən çox pis davransanız əmin olun ki, onu itirəcəksiniz.
    7. Kişilər yataqda yalnız öz zövqlərini və orqazmlarını düşünür.
    Bu ümumiyyətlə qadını təmin edə bilməyən kişilər üçün söz mövzusudur. Hər bir normal kişi qadınını razı salmaq istəyir. Həmçinin burada başqa psixoloji məqam da var. Hər bir kişi qadın üçün yeganə və əvəzedilməz olmaq arzusundadır.

    8. Güclü kişilər yaşadıqları mənfiliklərdən şikayət etməz və ağlamazlar.

    Mütəxəssislər bu düşüncənin tamamilə səhv olduğunu bildirirlər. Psixoloqlar kişilərin ağlaya biləcəyini və problemlərlə qarşılaşacağı halda şikayət etdiyini normal hesab edirlər.
    9. Gerçək bir kişi nə istədiyini yaxşı bilir!

    Kişi robot deyil; onun da hissləri və qayğıları ola bilər. Yalnız kişi olduğu üçün səhv etməməsini gözləmək heç də düzgün deyil. Hər insan kimi o da səhv edə bilər.

    10. Bütün kişilər ürəksizdir...
    Kişilər əslində qadınlara nisbətən daha çox romantikdir (təbii ki, hamısı yox). Lakin cəmiyyət içində duyğularını nümayiş etdirməyi xoşlamırlar
    [

  2. #2
    Senior Member
    Üyelik tarihi
    Mar 2010
    Mesajlar
    1.376

    Re: Kişilərin ürəyinə gedən yol

    Qizlari muzakireye qoyun,kishileri amma terifleyin, beh beh beh,aydan ari sudan duru balalar .Acig ashkar siyasetdi ki...Qizlar hardasiz gelin ozlerini terefleyenler var.Bize catanda biri deyir salfetkaya yazdilar,biri deyir ruckami ogurlayiblar. Menim dai sozum yoxdu

    Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır

  3. #3
    Senior Member Tutu20 - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Jan 2010
    Yer
    Azerbaycan.Quba
    Mesajlar
    1.028

    Re: Kişilərin ürəyinə gedən yol

    Alıntı canbell Nickli Üyeden Alıntı
    Qizlari muzakireye qoyun,kishileri amma terifleyin, beh beh beh,aydan ari sudan duru balalar .Acig ashkar siyasetdi ki...Qizlar hardasiz gelin ozlerini terefleyenler var.Bize catanda biri deyir salfetkaya yazdilar,biri deyir ruckami ogurlayiblar. Menim dai sozum yoxdu

    Ay Sara bu oglanlar beledirlerde

  4. #4
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    1.149

    Re: Kişilərin ürəyinə gedən yol

    Bu dunya bele gelib bele de gedecek...Qadinlarin eleyhine olan bir cemiyyetde yasayiriq...
    Duzu hec maraqli da deyil kisilerin ne xosuna gelir Feminist olacam bundan sonra
    ...

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Kişilərin ürəyinə gedən yol

    Bir kişiylə nə qədər pis davransanız, sizə bir o qədər bağlanar. bu xoşuma geldi Kişilere hele azdi
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #6
    Moderlər GLAMOURKA - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    May 2009
    Yer
    Germany/Berlin
    Mesajlar
    3.843

    Re: Kişilərin ürəyinə gedən yol

    Alıntı je_demeure Nickli Üyeden Alıntı
    Bu dunya bele gelib bele de gedecek...Qadinlarin eleyhine olan bir cemiyyetde yasayiriq...
    Duzu hec maraqli da deyil kisilerin ne xosuna gelir Feminist olacam bundan sonra
    Feminist olursan ol,xeyir duani verirem.Amma eseblerini korlama,sadece kishileri gormezden gel.
    Yollar uzak, mevsim soğuk, hava kar...
    Yüzyüze gelmeden ölmek de mi var..?




  7. #7
    Senior Member
    Üyelik tarihi
    Jul 2009
    Mesajlar
    701

    Re: Kişilərin ürəyinə gedən yol

    EHHHH
    [

  8. #8
    Member
    Üyelik tarihi
    Oct 2011
    Mesajlar
    74

    Re: Kişilərin ürəyinə gedən yol

    esl kisiler ucun bu deyilenler gecerli deyil ne yazikki ele kisilerin sayi azalib ve ya yox derecesine enib

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.