vavvv süper bişey bu![]()
askerden geldiniz demek
hoşgeldiniz![]()
DShK / DShKM 12.7 heavy machine gun
[youtube]http://www.youtube.com/watch?v=GYOHFaVFp3o[/youtube]
1938/46 – cı il nümunəli 12,7- mm pulemyot (şəkil 1) və 1938-ci il nümunəli 12,7- mm Dektyaryov Şpaqin iri çaplı pulemyotu DŞİÇ (DŞK) (şəkil 2) quruluşuna görə sadə və döyüş şəraitində e’tibarlı silalardan biridır. 1938/46-cı il nümunəli pulemyot 1938-ci il nümunəli pulemyotun təkmilləşdirilmiş formasıdır.
12,7- mm pulemyot avtomatik silahdır, o hava hədəflərinə qarşı, düşmənin atəş nöqtələrini və yüngül zirehlər arxasında yerləşən canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulmuşdur
Atış nöqtələrinə ən səmərəli atəş məsafəsi 1500 m; qalınlığı 10mm-ə qədər olan yüngül zirehlər arxasındakı hədəflərə qarşı atış məsafəsi 800 m və təyyarələrə qarşı atəş məsafəsi 1600 m bərabərdir.
Pulemyotdan yer hədəflərinə nişangah uzaqlığı 3500 m, güllənin maksimum uçuş uzaqlığı isə 7000 m bərabərdir.
3. Hədəfin xüsusiyyətindən asılı olaraq pulemyotdan atış qısa qatarla (5-10 atışa qədər), uzun qatarla (15-20 atışa qədər) və fasiləsiz atəşlə aparılır.
Döyüş atış sür’əti dəqiqədə 80 atışa qədərdir.
4. Pulemyotun patronla doldurulması 50 ədəd-lik metal lentdən həyata keçirilir. Lent metal qutuda yerləşdirilir
12,7 -MM 1938/46-CI İL NÜMUNƏLİ PULEMYOTUN QURULUŞU VƏ İŞİ HAQQINDA MƏ’LUMAT
ÜMUMİ MÜDƏAALAR
6. Pulemyot aşağıdakı əsas hissə və mexanizmlərdən ibarətdir: lülə, lülə qutusu, nişangah, çaxmaq çərçivəsi, çaxmaq, tətik qutusu, arxacıq, qəbuledici və universal dəzgah.
7. Pulemyotun avtomatik fəaliyyəti lülə kanalından qaz kamerasına ötürülən barıt qazlarının enerjisindən istifadə edilməsinə əsaslanır.
8. Lülənin çaxmaqla bağlanması vurucunun hərəkəti istiqamətinə doğru yönələn və lülə qutusunun döyüş çıxıntısına söykənən iki ədəd döyüş dayağı vasitəsilə həyata keçirilir
9. Lülənin soyuması hava ilə həyata keçirilir. Pulemyotun patronla təchiz olunması sürüngəcli dəmir lentli qəbuledicidən icra edilir. Qəbuledicinin quruluşu, pulemyotun iki tərəfli patronla təchiz olunmasını (sağ və sol) tə’min edir. Nişangah açıq, çərçivəlidir.
Pulemyotdan ancaq avtomatik atəş aparmaq mümkündür.
10. Pulemyot atışı yerüstü, həm də hava hədəflərinə aparmağa imkan verən 1938-ci il nümunəli universal dəzgahın üstünə quraşdırılır. Təyyarələrə qarşı atəş aparmaq üçün pulemyota zenit nişangahı bərkidilir.
11. Atışı aparmaq üçün pulemyotu doldurmaq, onu hədəfə tuşlamaq və tətiyin qarmaq qolunu çəkmək lazımdır.
Atış vaxtı güllənin ardınca hərəkət edən barıt qazlarının bir hissəsi lülənin divarında olan dəlikdən qaz borucuğuna yönəlir, qaz porşenini itələyərək onu və çaxmaqla çaxmaq çərçivəsini arxa vəziyyətə öturür. Həmçinin, porşenin oxuna birləşdirilən çaxmaq çərçivəsi arxaya çəkilərək əvvəlcə çaxmaq iynəsini, sonra çaxmağı geri çəkir və döyüş qaytarıcı yayını sıxır. Çaxmağın arxaya hərəkəti, onun döyüş dayaqlarının lülə qutusunun döyüş çıxıntısının arxasından çıxandan sonra və çaxmağın gövdəsinin yan oyuqlarına tam keçən zaman baş verir.
Döyüş dayaqlarının yaxınlaşması çaxmaq çərçivəsinin fiqurlu oyuğunun çəpliyinin döyüş dayaqlarının alt çıxıntılarına hərəkəti nəticəsində baş verir.
Döyüş dayaqları lülə qutusunun döyüş çıxıntılarından tam çıxdıqdan sonra çaxmaq, çaxmaq çərçivəsi vasitəsilə arxaya çəkilir. Arxaya gediş zamanı çaxmaq çərçivəsi, çərçivənin qolunu oxuyla bərabər çevirir. Çərçivə qolunun oxu öz çıxıntısıyla sürüngəcə bağlı olan qolunu çevirir. Sürüngəc sola dönür, üst barmaqlar isə növbəti patronun arxasına keçir. Çaxmaq çərçivəsi geriyə çəkildiyi zaman sürüngəc qəbuledicidəki lenti bir patron irəliyə çəkir.
Mütəhərrik sistemin ən ön vəziyyətə qayıtması qaytarıcı döyüş yayının tə’siri altında həyata keçirilir.
Ön tərəfə hərəkət zamanı çaxmaq göndərici vasitəsilə qəbuledicinin uzununa pəncərəsindəki növbəti patronla qarşılaşır və onu patron yuvasına göndərir. Ən ön vəziyyətə çatarkən çaxmaq dayanır, çaxmaq çərçivəsi isə vurucu ilə birlikdə ön tərəfə doğru hərəkəti davam etdirir. Vurucunun qalınlaşdırılmış hissəsi döyüş dayaqlarını yana doğru aralayır, və onların ucları lülə qutusunun döyüş çıxıntılarına girir. Bununla da atəş anında lülə kanalının tam və e’tibarlı bağlanması əldə edilir.
Ön tərəfə hərəkəti davam etdirərək vurucu çaxmaq iynəsinə zərbə endirir; iynə çaxmaq kanalından çıxıb patronun pistonunu əzir və nəticədə atəş baş verir.
Pulemyotun əsas götəriciləri DŞİÇ
1. Pulemyotun dəzgahın üstündə lent qutusu ilə birlikdə çəkisi, 157 kq
2. Pulemyotun gövdəsinin çəkisi, 34 kq
3. Dəzgahın çəkisi (sipərsiz və çiyinliksiz), 94,5 kq
4.
Sipərin çəkisi, kq
24,5
5
Çiyinliyin çəkisi, kq
3,0
6
Lülənin çəkisi (yığılmış vəziyyətdə), kq
12,6
7.
Patron lentinin çəkisi, kq
1,0
8
Patron lenti ilə birlikdə qutunun çəkisi (patronsuz) kq
4,4
9
Patronla doldurulmuş lent qutusunun çəkisi, kq
11,0
10
12,7 mm-lik zireh dələn gülləli patronun çəkisi (B-32), (kq)
0,125-0,137
11
Patron lentinin tutumu (patronların sayı)
50
12
Dəzgahın üstündə pulemyotun uzunluğu, mm
2328
13
Pulemyotun dəzgahın üstündə eni, mm
708
14
Sipərlə birlikdə pulemyotun hündürlüyü mm
965
15
Pulemyotun sipərsiz, nişnangahı qaldırılmış vəziyyətdə hündürlüyü, mm
755
16
Nişangah xəttinin uzunlığu, mm
1113
17
Lülənin lülə ağız əyləci ilə birlikdə uzunluğu, mm
1069
18
Nişangah uzaqlığı, m
3500
19
Güllənin uçuş məsafəsi, m
7000
20
Yivlərin sayı
8
21
Güllənin ilkin sür’əti, m/san
830-850
22
Atış sür’əti dəqiqədə (tempi)
560-600
23
Döyüş atış sür’əti dəqiqədə
80
Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
vavvv süper bişey bu![]()
askerden geldiniz demek
hoşgeldiniz![]()
BiRi BeNi DurDurDrsNNN ! !!
yox hele esgerlikdeyem. ins 4 ay sonra qurtarir. bu menim istifade elediyim silahdi.
Dünyɑ üç grup insɑndɑn oluşur, sonuçlɑrı ortɑyɑ çıkɑrɑn küçük bir bɑşɑrılı grup, olup biteni seyreden oldukçɑ büyük bir diğer grup ve nelerin olup bittiğini bilmeyen muɑzzɑm bir kɑlɑbɑlık.
Bɑşɑrılı olmɑk isteyen her insɑn için iki kritik bilgi vɑrdır. Gücünü bilmek! Hɑddini Bilmek! Aslɑn oluncɑ kɑrɑnın krɑlı olduğunu bilmek gücünü bilmektir ɑmɑ suyɑ girip timsɑhɑ kɑfɑ tutmɑmɑsı gerektiğini görmek ise hɑddini bilmektir.
evet silah çok güzel umarım kazasız belasız gelirsinizAzerbaycanli Nickli Üyeden Alıntı
![]()
BiRi BeNi DurDurDrsNNN ! !!
Yer imleri