10 iyun. İlin sonuna 204 gün qalır.
E.ə. 323. Böyük fateh Makedoniyalı İsgəndər vəfat edib
1783. ABŞ-ın paytaxtı Filadelfiyadan Vaşinqtona köçürülüb
1907. Pekin Paris avtomobil rallisi start götürüb
1909. İlk dəfə SOS siqnalı istifadə edilib
1916. Osmanlı idarəçiliyindəki Məkkə şəhəri ərəblərin nəzarətinə keçib
1918. Bakı Sovetinin qoşunlarının Gəncə üzərinə hücuma keçib
1930. Türkiyə ilə Yunanıstan arasında, Əhali Mübadiləsi Razılaşması imzalanıb
1940. İtaliya İngiltərə və Fransaya qarşı müharibə elan edib
1947. “Saab” ilk avtomobili istehsal edib
1967. Yaxın Şərqdə “6 günlük müharibə” başa çatıb
1987. Türkiyədə “F 16” təyyarələri üçün mühərrik istehsal edən zavod açılıb
1989. Şair Süleyman Rüstəm vəfat edib
2000. Suriya prezidenti Hafız Əsəd vəfat edib. Bir həftə sonra Hakimiyyətdə onu oğlu Bəşər Əsəd əvəzləyib
2008. Qırğız yazıçı Çingiz Aytmatov vəfat edib...
Tarixdə bu gün
Printable View
-
06-10-2010, 12:55 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
-
06-11-2010, 09:17 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
11 iyun. İlin sonuna 203 gün qalır.
1770. Səyyah Ceyms Kuk Avstraliya ətrafında Böyük Sədd rifini aşkar edib
1910. Məşhur okeanoloq Jak İv Kusto anadan olub
1919. ADR hökuməti dövlət müdafiə komitəsinin təşkili haqqında qərar qəbul edib
1919. Cənubi Qafqaz respublikaları ilə Könüllü ordu arasında Demarkasiya xətti müəyyən edilib
1919. Dövlət Müdafiə Komitəsi Azərbaycan Cümhuriyyəti ərazisində fövqəladə vəziyyət elan edib
1920. Azərbaycan İnqilab Komitəsi bankların milliləşdirilməsi haqqında dekret verib
1930. Zaqafqaziya Kommunist təşkilatlarının VI qurultayı başa çatıb
1955. Fransada “24 Heures du Mans” rallisində avtomobillərin yoldan çıxması 80 tamaşaçının həyatına son qoyub
1973. Liviya ABŞ-a məxsus neft şirkətlərini milliləşdirib
1975. Şimal dənizində neft hasilatı başlayıb
1980 Özbəkistanda Azərbaycan SSR ədəbiyyat və incəsənət günləri başa çatıb
1990. Azərbaycan SSR Ali Soveti Ermənistanla sərhəd boyu ərazidə (975 km) fövqəladə vəziyyət elan edib
1992. Rusiyada çek vasitəsilə özəlləşdirmə başlayıb
1993. Azərbaycan Respublikası Belarus ilə diplomatik əlaqələr qurub
2002. Azərbaycan prezidentinin fərdi təqaüdləri təsis edilib
2004. "Karvan" İdman Klubu təsis edilib. -
06-12-2010, 12:50 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
12 iyun. İlin sonuna 202 gün qalır.
1665. Yeni Amsterdam şəhəri Nyu-York adlandırılıb
1830. Fransa Əlcəzairə 37 000 nəfərlik qoşun yeridib. Bu tarix ölkənin işğalının başlanğıcı hesab olunur
1867. Avstriya-Macarıstan imperiyası elan edilib
1920. Panama kanalının rəsmi açılışı olub. Gəmilərin hərəkəti isə Faktiki olaraq 1914 də başlayıb
1955. Yakutiyada ilk dəfə iri almaz yataqları aşkar edilib
1959. İmam Mustafayev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi sədrliyindən azad edilib
1964. Nelson Mandelaya ömürlük həbs cəzası verilib. O, həbsxananı 1990-cı ildə tərk edib
1987. Afrikalı diktator Jan Bedel Bokassa barədə ölüm hökmü çıxarılıb
1990. Rusiya müstəqilliyini elan edib. Boris Yeltsin prezident seçilib
1992. Azərbaycan ordusu Ağdərə istiqamətində irimiqyaslı hücum əməliyyatlarına başlayıb
2000. Əhməd Qədirov Çeçenistan Respublikasının rəhbəri təyin edilib
2007. Psixiatr Ağabəy Sultanov vəfat edib
2009. İranda prezident seçkiləri keçirilib
2009. Azərbaycan müdafiə naziri NATO-nun Polşadakı tədbirində erməni həmkarı Seyran Ohanyanla görüşüb
2009. Türkiyə səfirliklərinin “Azərbaycan səfirlikləri olmayan ölkələrdə Azərbaycan vətəndaşlarına konsulluq xidməti göstərməsi barədə” razılıq əldə edilib. -
06-12-2010, 02:03 AMRuzgar_GuluRe: Tarixdə bu gün
sag ol xeberci :alqis:
-
06-13-2010, 01:08 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
13 iyun. İlin sonuna 201 gün qalır.
1773. İngilis astronom Tomas Yunq vəfat edib
1891. İstanbul Arxeologiya Muzeyi açılıb
1909. Duma “Finlandiyanın ruslaşdırılmasını sürətləndirmək barədə” qərar verib
1934. Hitler və Mussolini Venesiyada görüşüb
1962. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov anadan olub
1966. Vatikan 1557-ci ildən qüvvədə olan qadağan olunmuş ədəbiyyat siyahısını ləğv edib
1982. Fəhd bin Əbdül Əziz Səudiyyə kralı elan edilib
1985. Cənubi Afrika Respublikasında qara və ağ dərili əhali arasında nikaha görə cinayət məsuliyyəti ləğv edilib
1991. Türkiyə və Kipr arasında pasport rejimi ləğv edilib
1995. Beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikası Qanunu qəbul edilib
1997. Bakı Şəhər İcra Hakimiyyəti və Moskva Hökuməti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb
1999. Azərbaycan Asiya İnkişaf Bankına (AİB) üzv olub
2000. Papaya sui-qəsddə təqsirli bilinən Mehmet Ali Ağca Türkiyəyə ekstradisiya edilib
2002. Həmid Karzai Əfqanıstan prezidenti seçilib
2009. İranda prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb. Bundan sonra İranda siyasi təlatümlər başlayıb -
06-14-2010, 01:32 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
14 iyun. İlin sonuna 200 gün qalır.
1736. Fransız fizik Şarl Kulon anadan olub
1807. Napoleon rus ordusu üzərində qələbə çalıb
1888. Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində nazir olan Camo bəy Hacinski dünyaya gəlib
1900. Amerika Birləşmiş Ştatları Havay adalarını öz ərazisinə birləşdirib
1905. Rus donanmasına məxsus “Knyaz Potyomkin” zirehli gəmisində üsyan başlayıb
1926. Tarzən Həbib Bayramov anadan olub
1928. Argentinalı inqilabçı Ernesto Çe Qevara anadan olub
1939. Sovet hökuməti genetika elminin marksizmə zidd olması qənaətinə gəlib
1941. Sovet hökuməti Baltikyanı ərazidən insanları kütləvi surətdə deportasiya etməyə başlayıb
1949. Vyetnam dövləti təşkil edilib
1951. ABŞ-da ilk kompüter “UNIVAC 1” satışa çıxarılıb
1985. Şengen sazişi imzalanıb
2000. Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası və Rusiya Federasiyası Təhlükəsizlik Şurası arasında əməkdaşlıq haqqında Protokol imzalanıb
2004. Azərbaycan və Litva Müdafiə Nazirlikləri arasında Litva hərbi məktəbində təhsilə dair Saziş imzalanıb
2004. “Qara polkovnik” ləqəbli Fətulla Hüseynov qətlə yetirilib -
06-15-2010, 01:24 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
15 iyun. İlin sonuna 199 gün qalır
1389. Kosovoda döyüşdə Osmanlı sultanı I Murad öldürülüb
1502. Xristofor Kolumb Martinik adalarını kəşf edib
1844. “Goodyear” şirkəti kauçukun vulkanlaşdırılması texnologiyasını hazırlayıb
1715. I Pyotr Azərbaycan dilində “Bəyannamə” nəşr etdirərək Azərbaycan vilayətlərinə göndərib
1752. Benjamin Franklin ildırımın elektrik xassəli olduğuna kəşf edib
1904. “Bayer” futbol klubu təşkil edilib
1904. Nyu Yorkda “General Slocum” gəmisində yanğın 1000 nəfərin həyatına son qoyub
1920. Azərbaycan İnqilab Komitəsi balıq sənayesinin milliləşdirilməsi haqqında dekret verib
1920. Qarabağda Sovet işğal rejiminə qarşı Azərbaycan Milli Ordusunun hissələri üsyan edib
1922. Haaqa konfransı başlayıb
1922. “Bakinski Raboçiy” qəzetində Nərimanovun “Bir-neçə yoldaşa cavab” adlı məqaləsi dərc edilib
1923. Azərbaycan SSR-in Torpaq məcəlləsi qəbul edilib
1954. UEFA təsis edilib
1975. Bakı-Xankəndi-İrəvan təyyarə reysləri açılıb
1993. Əlikram Hümbətov ordunun köməyi ilə cənub bölgəsində hakimiyyəti devirərək həmin əraziyə faktiki rəhbərliyi ələ alıb
1993. Heydər Əliyev Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilib. Bu tarix indi “Qurtuluş günü” kimi qeyd olunur
1994. İsrail və Vatikan arasında diplomatik münasibətlər qurulub
2001. Şanxay Əməkdaşlıq Təşkilatı qurulub. -
06-16-2010, 01:18 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
16 iyun. İlin sonuna 198 gün qalır
1865. Rus qoşunu Daşkəndi işğal edib
1903. Detroytda “Ford Motor Company” təşkil edilib
1903. ABŞ-da “Pepsi-Cola” ticarət markası qeydə alınıb
1918. Sovet Rusiyasında ölüm hökmü tətbiq edilib
1918. Göyçayın Qaraməryəm kəndində Azərbaycan-Türkiyə qoşunları ilə Bakı XKS qoşunları arasında döyüş başlayıb
1918. Milli Şura və ADR hökuməti Tiflisdən Gəncəyə köçüb
1918. Azərbaycan və Gürcüstan hökumətləri arasında hərbi müdafiə paktı imzalanıb. Denikinlə separat danışığa girən Ermənistan bu pakta qoşulmayıb
1919. Azərbaycan hökuməti Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin təşkili haqqında qərar verib
1919. Slovakiya Sovet Respublikası elan edilib
1921. Acarıstan MSSR təşkil edilib
1925. Krımda “Artek” pioner düşərgəsi açılıb
1930. Keçmiş SSRİ-də qurşaq (dekret) saatı qəbul edilib
1963. İlk qadın kosmonavt Valentina Tereşkova “Vostok 6” gəmisinin göyərtəsində kosmik fəzaya qalxıb
1989. Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransının keçirilib. Əbülfəz Əliyev (Elçibəy) AXC sədri seçilib. -
06-17-2010, 01:18 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
17 iyun. İlin sonuna 197 gün qalır.
1876. Rusiya Daxili İşlər Nazirliyi Ukrayna dilində kitab nəşrini qadağan edib
1797. Ağa Məhəmməd şah Qacar Şuşada öldürülüb
1837. İspaniyada növbəti konstitusiya qəbul edilib
1918. Türk ordusunun təzyiqi ilə Azərbaycan Milli Şurası buraxılıb və yeni hökumət təşkil edilib
1918. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyi yaradılıb
1918. Milli Şura müəssislər məclisinin çağırılması haqda qərar qəbul edib
1925. Cenevrədə “hərbi əməliyyatlar zamanı zəhərli, boğucu və digər qazların tətbiqini qadağan edən Konvensiya” imzalanıb
1934. Azərbaycan sovet yazıçılarının I qurultayı başa çatıb
1935. ABŞ-ın “Paramount Pictures” kino şirkəti təsis edilib
1940. Şarl de Qol Londondan “BBC” radiosu vasitəsilə xalqı Müqavimət hərəkatına çağırıb
1942. AEBA-nın keçmiş rəhbəri, misirli Məhəmməd Əl Baradei anadan olub
1947. Müğənni Fidan Qasımova anadan olub
1967. Çin ilk nüvə sınağını həyata keçirib
1992. Azərbaycan Respublikası Belçika ilə diplomatik əlaqələr qurub. -
06-18-2010, 04:34 PMPOWER_RANGERSRe: Tarixdə bu gün
18 iyun. İlin sonuna 196 gün qalır.
1815. Napoleon Vaterloo döyüşündə məğlub olub
1918. ADR hökuməti Ermənistana nota verərək onun daxili işlərinə qarışmamağı tələb edib
1920. Zaqatalada Sovet rejiminin özbaşınalığına qarşı Əhmədiyevin və Molla Nafiz Əfəndinin başçılıq etdiyi xalq üsyanı yatırılıb
1928. Amerikalı Amelia İrart Atlantik okeanı keçən ilk qadın təyyarəçi kimi tarixə düşüb
1953. Misirdə 74 illik İngiltərə müstəmləkəçiliyi sona çatıb və respublika elan edilib
1979. Vyanada SSRİ və ABŞ arasında strateji silahların azaldılmasına dair saziş (SALT 2) imzalanıb
1982. BMT-də çıxışı zamanı Ronald Reyqan SSRİ-ni “Şər imperiyası” adlandırıb
1993. Prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Kələki kəndinə gedib
1998. İnsan hüquqlarının müdafiəsinə dair dövlət proqramı qəbul edilib
1998. Konstitusiya məhkəməsi fəaliyyətə başlayıb
2001. Prezident Heydər Əliyev dövlət dilinin tətbiqini təkmilləşdirmək haqqında dekret verib
2009. ABŞ Konqresinin alt komitəsi Qarabağa 10 milyon dollar yardım etməyə qərar verib
2009. Hacı Allahşükür Paşazadə MDB müsəlmanları Ali Şurasının rəhbəri seçilib. -
06-19-2010, 12:43 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
19 iyun. İlin sonuna 195 gün qalır.
1097. Səlcuq türkləri İznik şəhərini (Türkiyə) tutub
1623. Fransız fizik Blez Paskal anadan olub
1862. ABŞ-da quldarlıq birdəfəlik ləğv edilib
1900. Aktyor Möhsün Sənani Tiflisdə anadan olub
1920. Erməni qatil Fətəli xan Xoyskini Tiflisdə qətlə yetirib
1934. Azərbaycan SSR Xalq Komissarları Soveti 15 cildlik Azərbaycan Ensiklopediyasının nəşri haqqında qərar qəbul edib. Qərar həyata keçirilməyib
1937. Burjua millətçiliyində ittiham edilən Salman Mümtaz ev dustağı edilib
1941. Almaniya və Türkiyə arasında dostluq və hücum etməmək haqqında müqavilə imzalanıb
1947. “Şeytan ayələri” kitabının müəllifi Salman Rüşdi anadan olub. İmam Xomeyni 1989-cu ildə onun ölümünə fitva verib
1961. Küveyt müstəqillik əldə edib
1992. Azərbaycan Respublikası Avstraliya ilə diplomatik əlaqələr qurub
1997. Azərbaycan Respublikasının Mərkəzi Asiyada ilk səfirliyi Özbəkistanda açılıb
2009. “Təhsil haqqında Qanun” qəbul edilib
2009. Heydər Əliyev Fondu Strasburq kafedralının təmiri üçün 40 000 avro vəsait ayırıb
2009. İran-Azərbaycan sərhədində qaçaqmalçılarla atışma zamanı 1 əsgər və bir neçə mülki şəxs həlak olub. Həlak olan əsgər Eltun İsgəndərova “Azərbaycan Milli qəhrəmanı” adı verilib. -
06-20-2010, 02:14 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
20 iyun. İlin sonuna 194 gün qalır.
451. Hun hökmdarı Atilla Katalon düzündəki döyüşdə məğlub olub
1793. Amerikan mühəndis Eli Uitni pambıqtəmizləyən maşına patent alıb
1837. İngiltərədə ilk poçt markaları buraxılıb
1840. Samuel Morze teleqrafı patentləşdirib
1893. Mendeleyevin rəhbərliyi ilə Rusiyada ölçü və çəki Palatası təşkil edilib
1895. Baltik və Şimal dənizləri Kil kanalı vasitəsilə birləşdirilib
1917. Müsavat və Türk Ədəmi Mərkəziyyət partiyaları “Türk Ədəmi Mərkəziyyət Müsavat” adı altında birləşib
1921. Bəstəkar Cahangir Cahangirov anadan olub
1937. Çkalovun rəhbərlik etdiyi ekipaj Moskvadan ABŞ-a Şimal qütbü vasitəsilə ilk uçuşu həyata keçirib. Uçun 63 saat 16 dəqiqə davam edib
1960. Mali Respublikası müstəqillik əldə edib
1971. Cəmşid Naxçıvanski adına Orta ixtisas internat məktəbi (indiki Cəmşid Naxçıvanski adına hərbi lisey) təşkil edilib
1991. Özbəkistan müstəqilliyini elan edib
1991. Latviya 1922-ci il konstitusiyasını bərpa edib
1990. Almaniya hökumətinin qərarı ilə paytaxt Bonndan Berlinə köçürülüb
1995. Azərbaycan Respublikası Mozambik ilə diplomatik əlaqələr qurub
2001. Pərviz Müşərrəf Pakistan prezidenti seçilib -
06-21-2010, 01:21 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
21 iyun. İlin sonuna 193 gün qalır.
1037. Böyük alim İbn Sina anadan olub
1527. İtalyan siyasi xadimi Nilollo Makiavelli anadan olub
1633. İnkvizisiya məhkəməsi Qalileyi həbs etdirib
1908. Seçki hüququ tələb edən 200 000 qadın Londonda nümayişə çıxıb
1905. Fransız filosof Jan Pol Sartr anadan olub
1909. İlk rus avtomobili “Russo Balt” zavoddan çıxıb
1910. Rus şairi Aleksandr Tvardovski anadan olub
1918. ADR hökumətinin qərarı ilə türk ordusunun saxlanması üzrə bütün xərclər yerli əhalinin üzərinə qoyulub
1929. SSRİ xalq Komissarları Soveti “Kolxoz quruluşunu möhkəmləndirmək tədbirləri haqqında” dekret verib
1947. Azərbaycan əsilli Hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin Ebadi anadan olub
1953. Pakistanın keçmiş baş naziri Benəzir Buhutto anadan olub
1956. Nüvə başlıqlı ilk raketlər sovet ordusunun arsenalına qəbul edilib
1988. DQMV Xalq deputatlarının sessiyasında vilayətin Ermənistan SSR-ə birləşdirilməsi haqqında qanunazidd qərar qəbul edilib
1990. İranda zəlzələ 35 000-dən çox insanın həyatına son qoyub
1991. General Həzi Aslanova (ölümündən sonra) ikinci dəfə Sovet ittifaqı qəhrəmanı adı verilib
1992. Azərbaycan BMT-nin Uşaq hüquqları konvensiyasına qoşulub
2009. Yaponiyadan səfərdən qayıdan Elmar Məmmədyarov İstanbulda Əhməd Davudoğlu ilə görüşüb -
06-22-2010, 12:23 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
22 iyun. İlin sonuna 192 gün qalır.
972. Misirin əl-Əzhər məscidində ilk dəfə namaz qılınıb
1593. Sisak müharibəsində Sloveniya və Xorvatiya ordusu Osmanlı qüvvələri üzərində qələbə çalıb
1635. Qrinviç rəsədxanası fəaliyyətə başlayıb
1767. Alman alimi Vilhelm Humbold anadan olub
1806. Rus qoşunu Dərbəndi işğal edib
1825. Britaniya Məclisi feodalizmi və mülkədarlığı ləğv edib
1827. Rus qoşunu Naxçıvanı tutub
1897. Müğənni Murtuza Məşədi Rza oğlu Məmmədov – Bülbül anadan olub
1889. Almaniyada Avropada ilk dəfə olaraq yaşa görə pensiya sistemi tətbiq edilib
1920. Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli hökumətin quruluşu haqqında qərar qəbul edib və Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçilib
1939. Azərbaycan neftçiləri Donbas şaxtaçıları ilə sosializm yarışı haqqında müqavilə imzalayıb
1940. Kompyen meşəsində Fransa Almaniyaya təslim olmaq barədə saziş imzalayıb. Ölkədə Vişi rejimi bərqərar olub
1941. Faşist Almaniyası Sovet İttifaqı üzərinə hücuma keçib. Böyük Vətən müharibəsi başlayıb
1944. Sovet ordusu Belorusiya cəbhəsində əks hücuma keçib
1969. Jurnalist Sevinc Osmanqızı anadan olub
1973. ADR və AFR BMT-yə üzv olub
1976. Kanadada ölüm cəzası ləğv edilib
1978. Plutonun yeni peyki – Haron kəşf edilib
1999. Milli arxiv fondu haqqında qanun qəbul edilib
2006. Makedoniya ATƏT-ə üzv seçilib -
06-23-2010, 02:46 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
23 iyun. İlin sonuna 191 gün qalır.
1565. Türk admiral Turqut rəis anadan olub
1724. Türkiyə və Rusiya arasında imzalanan sülhə əsasən Rus imperiyası Xəzər ətrafına nəzarəti ələ keçirib
1860. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi yaradılıb
1860. Amerikalı Kristofor Letem Şoulz ilk yazı makinasının prototipini hazırlayıb
1891. Alman fizik Vilhelm Veber anadan olub
1894. Parisdə Beynəlxalq Olimpiya Komitəsi təsis edilib
1908. Tehranda əksinqilabi çevriliş baş verib. Konstitusiya tərəfdarlarına və demokratik qüvvələrə divan tutulub
1917. Ukraynanın ilk Konstitusiyası qəbul edilib, ölkə müstəqilliyini elan edib
1918. ADR bütün ölkə ərazisində hərbi vəziyyət elan edib
1939. Hatay bölgəsi Türkiyənin ərazisinə daxil edilib
1952. Koreya müharibəsi başlayıb
1956. Camal Əbdül Nasir Misir prezidenti seçilib
1961. Antarktida barədə saziş qüvvəyə minib
1972. Fransız futbolçu Zinədin Zidan anadan olub
1990. Moldova SSR Ali Soveti ölkənin müstəqilliyi haqqında Bəyannamə qəbul edib
1990. Krım tatarları vətənə qayıtmağa başlayıb
2001. Bakı poladtökmə zavodu açılıb
2004. Yaponiya hökuməti insanın klonlaşdırılmasına dair elmi tədqiqatlara icazə verib
2009. Nardaranda Şimon Peresin Azərbaycana səfəri əleyhinə mitinq keçirilib
2009. AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, bolqar deputat Yevgeniya Jivkova siyasəti tərk edib, moda biznesinə girişib. -
06-24-2010, 12:07 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
24 iyun. İlin sonuna 190 gün qalır.
1322. Yəhudilərin ikinci dəfə Fransadan deportasiya edilməsi başlayıb
1497. Səyyah Jan Kabot Kanadanı kəşf edib
1635. Kral 13-cü Luinin təqdimatı əsasında Kardinal Rişelye ermənilərin Fransa ərazisində sərbəst ticarətlə məşğul olmasına icazə verib
1645. Osmanlı ordusu Krit adasını tutub
1793. Fransa Respublikasının ilk konstitusiyası qəbul edilib
1812. Napoleon qoşunu Rusiya üzərinə hücuma başlayıb
1859. İsveçrəli Anri Dunant, İtaliyada Solferino müharibəsindən sonra beynəlxalq Qırmızı Xaç cəmiyyətini qurub
1901. Parisdə Pablo Pikassonun ilk sərgisi təşkil edilib
1930. Kolumbiyada təyyarələri aşkar etmək üçün ilk dəfə radardan istifadə olunub
1934. Ukraynanın paytaxtı Xarkovdan Kiyevə köçürülüb
1935. Keçmiş SSRi-də ilk dəfə Tiflisdə uşaq dəmir yolu açılıb
1938. Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirilib
1938. Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy anadan olub
1939. Azərbaycan əsilli İran yazıçısı Səməd Behrəngi anadan olub
1945. Marşal Jukovun rəhbərliyi ilə Qızıl Meydanda qələbə paradı keçirilib. Parad alman bayraqlarının mavzoleyin önünə atılması ilə başa çatıb
1953. Milli qəhrəman Əlif Hacıyev anadan olub
1955. Jurnalist Nəcəf Nəcəfov anadan olub
1973. Brejnev ABŞ-a səfəri zamanı soyuq müharibənin başa çatdığını elan edib
1976. Vyetnamın birləşməsi haqqında bəyannamə qəbul edilib
1993. Milli Məclis prezidentin bütün səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə verib
2002. Tanzaniyada əyləc sistemi sıradan çıxan qatarın qəzası nəticəsində 200 nəfər həlak olub, 800-dən çox insan xəsarət alıb
2005. Mahmud Əhmədineyjad ilk dəfə İran prezidenti seçilib -
06-25-2010, 01:10 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
25 iyun. İlin sonuna 189 gün qalır.
1783. Fransız fizik Antuan Lavuazye akademiyanın iclasında suyun tərkibi barədə məruzə edib
1903. Mariya Küri radiumu kəşf etdiyini açıqlayıb
1920. Birinci Ümumbakı iməciliyi keçirilib
1945. Keçmiş SSRİ-də əmək məzuniyyəti bərpa edilib
1953. Lavrenti Beriya Sov.İKP-nin iclasında həbs edilib
1975. Mozambik müstəqillik əldə edib
1980. Yazıçı Həsən Seyidbəyli vəfat edib
1991. Sloveniya və Xorvatiya müstəqilliklərini elan ediblər
1992. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yaradılıb
1993. Tansu Çillər Türkiyənin ilk qadın baş naziri seçilib
1996. Azərbaycan Respublikası Peru ilə diplomatik əlaqələr qurub
1997. Fransız səyyah Jak İv Kusto vəfat edib
1998. “Microsoft Windows 98” bazara çıxarılıb
2001. Azərbaycan silahlı qüvvələrinin yeni geyim forması və fərqlənmə nişanları təsdiq edilib
2001. Televiziya və radio yayımı haqqında qanun qüvvəyə minib
2009. Maykl Cekson vəfat edib. -
06-26-2010, 03:41 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
26 iyun. İlin sonuna 188 gün qalır.
363. Roma imperatoru Yulian vəfat edib
1723. Uzun sürən mühasirədən sonra rus qoşunu Bakını tutub
1908. Çilinin keçmiş prezidenti Salvador Alyende anadan olub
1918. Hökumətin qərarı ilə Müsəlman korpusu Azərbaycan korpusu adlandırılıb. Azərbaycan milli ordusu yaradılıb
1918. Zaqatala quberniyası yaradılıb
1922. Memar Şəfiqə Zeynalova anadan olub
1930. ÜİKP-nin XVI qurultayı başlayıb
1940. Keçmiş SSRİ-də 8 saatlıq iş günü, 7 günlük iş həftəsi tətbiq edilib. İşə 21 dəqiqədən artıq gecikmək isə cinayət hesab edilib
1945. Birləşmiş Millətlər Təşkilatı təsis edilib
1945. SSRİ-də generalissimus hərbi rütbəsi təsis edilib. Ertəsi gün bu rütbə Stalinə verilib
1949. Rejissor Mərahim Fərzəlibəyov anadan olub
1963. Rus oliqarx Mixail Xodorkovski anadan olub -
06-26-2010, 04:20 PMRuzgar_GuluRe: Tarixdə bu gün
sagol :alqis:
-
06-27-2010, 01:05 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
27 iyun. İlin sonuna 187 gün qalır.
1615. Avropaya ilk dəfə çay gətirilib
1827. Rus qoşunu Naxçıvan qalasını işğal edib
1918. Azərbaycan və Gürcüstan hökumətləri arasındakı hərbi müdafiə paktı hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunub
1918. Azərbaycan türkcəsi ADR-in rəsmi dövlət dili elan edilib
1921. Azərbaycan K(b)P MK-nın iclasında Ermənistanın Qarabağın yuxarı hissəsinə olan iddialarının rədd edilib
1929. Sovet rəhbərliyi 3 ildən çox həbsdə olanların İslah əmək düşərgələrinə köçürülməsi barədə qərar verib
1929. Türkiyədə kommunist təbliğatı ilə mübarizə kampaniyası başlayıb
1930. Kanada hava yolları şirkəti təsis edilib
1931. İqor Sikorski vertolyotu patentləşdirib
1944. Krımdan tatar və bolqarların kütləvi deportasiyası başlayıb
1981. Kambocanın konstitusiyası bərpa edilib
1985. Pianoçu Kövkəb Səfərəliyeva vəfat edib
1992. Azərbaycan Respublikası müdafiə nazirliyində vahid komandanlıq yaradılması haqqında dekret qəbul edilib
1997. Tacikistanda vətəndaş müharibəsi başa çatıb. -
06-28-2010, 01:09 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
28 iyun. İlin sonuna 186 gün qalır.
1712. Böyük filosof, maarifçi Jan Jak Russo anadan olub
1863. General Hüseyn xan Naxçıvanski anadan olub
1914. Aktrisa Barat Şəkinskaya anadan olub
1914. Qavrilo Prinsip Avstriya taxt tacının varisi Frans Ferdinandı Sarayevoda öldürüb. Bu hadisə I Dünya Müharibəsinin başlaması üçün bəhanə olub
1914. Versal sülhü imzalanıb
1940. SSRİ Rumıniya ərazisi olan Bessarabiyanı (indiki Moldova) ilhaq edib
1941. Azərbaycan SSR-də “Bütün işin müharibənin tələblərinə uyğun qurulması haqqında” dekret verilib
1945. Aktrisa Türkan Şoray anadan olub
1950. Şimali Koreya qoşunu Seulu ələ keçirib
1953. Berlində dinc nümayiş keçirən alman fəhlələrə atəş açmaqdan imtina edən 18 sovet əsgəri güllələnib
1967. İsrail Şərqi Yerusəlimi ilhaq edib
1997. Mayk Tayson rinqdə Holfildin qulağını dişləyib
2001. Serb lider Slobodan Miloşeviç Haaqa tribunalına verilib
2006. Çernoqoriya Respublikası BMT-yə üzv qəbul edilib -
06-30-2010, 12:14 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
29 iyun. İlin sonuna 185 gün qalır.
1880. Fransa Haitini işğal edib
1886. Avropa Birliyinin ideya müəlliflərindən olan Robert Şuman dünyaya gəlib
1900. Fransız yazıçı və pilot Antuan de Sent Ekzüperi anadan olub. Əziz Gözəlov yazıçının “Blaca şahzadə” əsəri dilimizə çevirib
1913. İkinci Balkan Müharibəsi başlayıb
1939. Hatay Dövləti Məclisi yekdilliklə Türkiyənin tərkibinə qatılmağa qərar verib
1945. SSRİ və Çexoslovakiya “Karpatboyu Ukraynanın Ukrayna SSR-ə birləşdirilməsi barədə” razılığa gəlib
1949. CAR-da aparteid rejiminin ilk əlamətləri təzahür edib: Qarışıq nikahlar qadağan edilib
1988. Cüdoçu Elnur Məmmədli anadan olub
1995. Sofiyada Azərbaycan və Bolqarıstan hökumətləri arasında 7 saziş imzalanıb
1998. Azərbaycan və Almaniya arasında Hava daşımaları haqqında Sazişə əlavələr edilib
1999. Abdulla Öcalan barədə edam hökmü çıxarılıb
2000. İndoneziyada gəmi qəzası nəticəsində 500 nəfər həlak olub
2001. Kofi Annan ikinci dəfə BMT baş katibi seçilib -
06-30-2010, 12:15 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
30 iyun. İlin sonuna 184 gün qalır.
1625. Şah Abbas gürcülər üzərində qələbə çalıb
1810. Fransa Niderlandı işğal edib
1868. Rus ordusu Səmərqəndi ilhaq edib
1893. Dünyanın ən böyük almazlarından olan “Ekselsior” tapılıb. Bu almazın kütləsi 995 karat təşkil edir.
1905. Albert Eynşteyn nisbilik nəzəriyyəsinin ilk postulatını açıqlayıb
1908. Rusiyanın Tunqus vilayətinə (Sibir) meteorit düşüb. Atmosferdə baş verən partlayışın gücü 10-40 meqaton arası dəyişib. Hadisə zamanı 2000 km2 meşə massivi məhv olub
1910. Avropa və Şimali Amerikanı birləşdirən telefon kabelinin çəkilişi başa çatıb
1918. Qaraməryəm döyüşü ADR qoşunlarının qələbəsi ilə başa çatıb
1956. Sovet mətbuatı Kommunist partiyasının “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması haqqında” qərarını dərc edib
1960. Konqo Belçikadan müstəqilliyini elan edib
1964. Ayın yaxın məsafədən şəkilləri çəkilib
1971. “Soyuz 11” kosmik gəmisində baş verən qəzada 3 sovet kosmonavtı həlak olub
1991. Simferopolda Krım tatarlarının parlamentinin ilk qurultayı keçirilib
2005. İspaniyada eyni cinsdən olanlar arasında nikah qanuniləşib -
07-03-2010, 03:11 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
1 iyul. İlin sonuna 183 gün qalır.
1683. Osmanlı ordusu Vyana üzərinə hücuma başlayıb
1860. Amerikalı ixtiraçı Şarl Qudyir (Goodyear) vəfat edib
1875. Beynəlxalq Poçt İttifaqı yaradılıb
1878. Torpağa mülkiyyət hüququ Osmanlı dövlətində qalmaq şərti ilə Kipr İngiltərənin idarəçiliyinə verilib
1903. Bakıda ilk ümumi siyasi tətil başlayıb. Tətil təqribən 20 gün davam edib
1912. Almaniya futbolçuları Rusiyanı 16:0 hesabı ilə məğlub edib. Bu hadisə futbol tarixində ən “yaddaqalan” məğlubiyyətlərdən hesab edilir
1918. Azərbaycan Demokratik Respublikasının polis sistemi yaradılıb
1918. Bakı XKS qoşunları Göyçaya daxil olub, lakin bir gün keçməmiş ADR və türk qoşunu şəhəri tam azad edib
1921. Çin Kommunist Partiyası qurulub
1924. Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb
1926. Türkiyə Respublikasının Cinayət məcəlləsi qüvvəyə minib. Bu qanun italyan modeli əsasında hazırlanıb
1941. Moskvanın Vnukovo hava limanı istifadəyə verilib
1960. Moskvanın Şeremetevo hava limanı istifadəyə verilib
1960. Somali müstəqilliyini elan edib
1962. Ruanda və Burundi müstəqillik elan edib
1990. Mina dağında (Səudiyyə Ərəbistanı, həcc ziyarəti) tuneldə baş verən basabas nəticəsində 1426 nəfər həlak olub
1994. 27 illik sürgündən sonra Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat Fələstinə geri dönüb
1996. Azərbaycan Respublikası İrlandiya ilə diplomatik əlaqələr qurub
1997. İngiltərə Honq Konqu Çin Xalq Respublikasına verib
1998. Azərbaycan Respublikası Tunis ilə diplomatik əlaqələr qurub
2006. Dünyanın ən uzun dəmir yol xətti olan Çin-Tibet (5000 km) istifadəyə verilib
2008. Ergenekon məsələsi çərçivəsində general Xurşid Tolon həbs edilib. O, Türkiyə respublikası tarixində polisin həbs etdiyi ilk general olub.
2009. Tarif Şurasının qərarı ilə əhaliyə satılan qazın min kub metrinin qiyməti 47 manatdan 100 manata qaldırılıb, İnternet tarifləri isə endirilib
2009. ARDNŞ ilə “Gaz de France” arasında Azərbaycan qazının alınmasına dair müqavilə imzalanıb
2009. Prezidentin sərəncamı ilə “Azəriqaz SC” ARDNŞ-ın tərkibinə qatılıb
2009. ATƏT sədri Dora Bakoyannis Bakıya rəsmi səfərə gəlib -
07-03-2010, 03:12 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
2 iyul. İlin sonuna 182 gün qalır.
1556. İvan Qroznının əmri ilə Həştərxan xanlığı ləğv edilərək Rusiyanın tərkibinə qatılıb
1566. Fransız astroloq Mişel Nostradamus vəfat edib
1800. Böyük Britaniya və İrlandiyanın birləşdirilməsi barədə akt qəbul edilib
1900. Alman konstruktor Ferdinand fon Zeplen ilk dirijablı havaya qaldırmağa nail olub
1900. Parisdə 2-ci Olimpiya oyunları açılıb
1921. Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR arasında xarici ticarət orqanlarını birləşdirmək haqqında saziş imzalanıb
1922. Azərbaycan SSR MİK yanında yeni türk əlifbası komitəsi təşkil edilib
1925. Konqolu siyasi lider Patris Lubumba anadan olub
1947. Vyaçeslav Molotov SSRİ-nin “Marşall planı”na qoşulmayacağını bildirib
1961. Amerikalı yazıçı Ernest Heminquey vəfat edib
1966. Fransa Sakit okeanda ilk nüvə sınağını keçirib
1976. Sabit Rəhman adına Şəki Dövlət dram teatrı açılıb
1976. Şimali və Cənubi Vyetnam birləşərək Vyetnam Sosialist Respublikası təşkil edilib
1982. Şair Ələkbər Ziyatay vəfat edib
1989. Sovet siyasi xadimi Andrey Qromıko vəfat edib
1990. SOV.İKP-nin son 30-cu qurultayı işə başlayıb
1993. Türkiyənin Sivas əyalətində oteldə baş verən yanğında 37 nəfər həlak olub
2002. Azərbaycanda Ombudsman institutu təşkil edilib
2009. Polşa prezidenti Lek Kaçinski Azərbaycana rəsmi səfərə gəlib -
07-03-2010, 10:05 PMRuzgar_GuluRe: Tarixdə bu gün
huseyn seneye nasip olarda taıxde bugun movzusuna yazarsan bugunun tarixine bizide yaz :lol: Azeri nette iki qız cok guldu diyee :lol: :lol:
-
07-04-2010, 04:37 PMilbeyYine 4 Temmuz geldi, çuval olayını hatırladım
Çuval olayı veya Çuval hadisesi, (İngilizce'de The Hood event) 4 Temmuz 2003 günü Kuzey Irak'ın Süleymaniye kentinde karargâh kurmuş bulunan (bir binbaşı komutasında) 11 Türk Silahlı Kuvvetleri mensubunun ve Türkmen mihmandarlarının Irak'taki işgal kuvvetlerinin bir parçası olan Amerikan 173. Hava İndirme Tugayı'na bağlı askerlerce ve yanlarında peşmergelerin de bulunduğu bir ortamda, sürpriz bir baskın sonucu derdest edilmeleri ve başlarına çuval (kukuleta) geçirilmek suretiyle götürülüp 60 saat süresince alıkonularak sorguya çekilmeleri hadisesini tanımlamak için kullanılan terimdir.
ABD'nin sonradan özür dilediği belirtilmişse de, hadise Türkiye - ABD ilişkilerini derinden yaralamıştır.
Operasyon için ABD'nin en önemli milli bayramı olan 4 Temmuz (Bağımsızlık Günü - Independence Day) tarihinin seçilmiş olması, günün Cuma'ye denk gelmesi, bu şartlarda konuyu süratle ve diplomatik tarzda çözüme kavuşturabilecek yetkili Amerikan makamlarına ulaşmanın uzun sürmesi ve Türk askerlerinin bu yüzden 60 saat gözaltında bekletilmeleri, Amerikan askerlerince küçük düşürücü kasıtlı hareketlere başvurulmuş olması, "Çuval hadisesi"nın bir provokasyon olduğu görüşlerinin dile getirilmesine sebebiyet vermiştir.
Çuval hadisesinden 6 gün sonra Türkmenler Telafer'de Baas Partisi bürosundaki Amerikan karargahına girilmiş ve bu olayda Amerikalılar 26 ölü, 250 yaralı vermiştir. :sorry: :sorry: :cry: :cry: :cry: -
07-04-2010, 04:38 PMhyundaedRe: Tarixdə bu gün
thank you :D :D
-
07-05-2010, 11:35 PMPOWER_RANGERSRe: Tarixdə bu gün
5 iyul. İlin sonuna 179 gün qalır.
1687. İssak Nyutonun fəlsəfəyə dair əsəri nəşr edilib. Bu əsər çox keçmədən elmdə ciddi dəyişiklərə səbəb olub
1802. Rus admiral Pavel Naximov anadan olub
1811. Venesuela müstəqilliyini elan edib
1841. Tomas Kuk dünyanın ilk turizm agentliyini Londonda açıb
1884. Almaniya Toqonu və Kamerunu öz protektoratı elan edib
1911. Fransız siyasi xadimi Jorj Pompidu anadan olub
1924. Parisdə 8-ci Olimpiya oyunları açılıb
1940. Prezident Ruzvelt yapon mallarının ABŞ-a gətirilməsinə embarqo qoyub
1946. Salazar Portuqaliya Məclisinin rəhbəri seçilib
1943. İkinci Dünya Müharibəsinin taleyini həll edən Kursk döyüşü başlayıb
1970. Kanadaya məxsus təyyarənin qəzaya uğraması nəticəsində 108 nəfər həlak olub
1974. Fransada yetkinlik yaşı 21-dən 18-ə endirilib
1994. Çində uşaq əməyindən istifadə qadağan edilib
1995. Türk yazıçı Əziz Nesin vəfat edib
1996. Klonlama üsulu ilə ilk canlı – Dolly adlı qoyun yaradılıb
2002. Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla iş üzrə dövlət Komitəsi təşkil edilib
2006. Şimali Koreya uzaq mənzilli raketləri sınaqdan çıxarıb -
07-05-2010, 11:36 PMPOWER_RANGERSRe: Tarixdə bu gün
6 iyul. İlin sonuna 178 gün qalır.
969. Qahirə şəhərinin əsası qoyulub
1439. Roma və Bizans kilsələri müvəqqəti olaraq birləşib
1785. Dollar ABŞ-da vahid valyuta kimi qəbul edilib
1796. Rus çarı I Nikolay anadan olub
1885. Lui Paster quduzluğa qarşı vaksini 9 yaşlı uşağın üzərində uğurla sınaqdan çıxarıb
1893. Fransız yazıçı Gi de Mopassan vəfat edib. Onun əsərlərinin böyük hissəsi dilimizə çevrilib
1904. Qazax şairi Abay Kunanbayev vəfat edib
1923. SSRİ-nin konstitusiyası qəbul edilib
1926. Keçmiş SSRİ-də ilk elektrik dəmir yolu – Balaxanı-Sabunçu xətti təntənəli mərasimlə açılıb
1940. Qazaxıstan prezidenti Nursultan Nazarbayev anadan olub
1946. Aktyor Silvester Stallone anadan olub
1946. ABŞ-ın keçmiş prezidenti Corc Buş anadan olub
1997. Qazaxıstan parlamenti paytaxtın Alma-atadan Astanaya köçürülməsinə qərar verib
2005. Keçmiş diktator Auqusto Pinoçetin toxunulmazlığı ləğv edilib
2009. Obama Moskvaya rəsmi səfərə gəlib -
07-06-2010, 01:36 PM_SeDRiK_Re: Tarixdə bu gün
TwK :alqis:
-
07-09-2010, 01:55 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
8 iyul. İlin sonuna 176 gün qalır.
1497. Vasko da Qama Hindistana dəniz yolunu tapmaq üçün səfərə çıxıb
1621. Fransız təmsilçi Jan de la Fonten anadan olub. Onun yaradıcılığına azərbaycanlı ədiblər də müraciət edib
1709. İsveç və rus ordusu arasında Poltava döyüşü sonuncunun qələbəsi ilə başa çatıb
1838. Dirijablın ixtiraçısı Ferdinand fon Zeplən anadan olub
1889. “The Wall Street Journal”ın ilk sayı işıq üzü görüb
1920. Azərbaycan İnqilab Komitəsi incəsənət abidələrinin siyahıya alınması və mühafizəsi barədə dekret verib
1921. ADR hökumətin ikinci kabinəsində daxili işlər naziri olmuş Behbud xan Cavanşir “Daşnaksütyun” partiyasının üzvü Misak Terlakyan tərəfindən qətlə yetirib
1948. Qadınların ABŞ HHQ-nə qəbul edilməsinə rəsmi razılıq verilib
1996. Azərbaycan Respublikası Boliviya ilə diplomatik əlaqələr qurub
2003. Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hava əlaqəsinin yaradılması haqqında Saziş imzalanıb
2004. Azərbaycan və Pakistan arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. -
07-09-2010, 01:56 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
9 iyul. İlin sonuna 175 gün qalır.
1762. II Yekatrina Rusiya taxtına sahib olub
1894. Sovet fiziki Pyotr Kapitsa anadan olub
1816. Argentina müstəqillik əldə edib
1919. Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimat qəbul edib. İlham Əliyevin 24 avqust 2007-ci il tarixli fərmanına əsasən hər il 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir
1919. Almaniya Versal sülhünü ratifikasiya edib
1926. Yazıçı Nəcəf bəy Vəzirov vəfat edib
1928. Stalin “sinfi düşmənlərlə mübarizəni sürətləndirmək barədə” qərar verib
1941. Sovet bioloqu Nikolay Vavilov İngiltərəyə casusluqda ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb
1956. Misir Asuan bəndinin tikintisini maliyyələşdirmək üçün SSRİ-yə müraciət edib
1991. CAR-ın Beynəlxalq Olimpiya Komitəsinə üzvlüyü bərpa edilib
1997. Ukrayna NATO ilə əməkdaşlıq sazişi imzalayıb
1998. İstanbulda ticarət mərkəzində baş verən partlayışda 7 nəfər həlak olub 120 nəfər yaralanıb
2006. İrkutsk hava limanına enən “Airbus”un yerə çırpılması nəticəsində 122 nəfər həlak olub...
