7 aprel. İlin sonuna 268 gün qalır
1789. Sultan I Əbülhəmid vəfat edib
1795. Fransa metrik sistem tətbiq edilib
1906. Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə “Molla Nəsrəddin” jurnalının ilk sayı çıxıb
1906. Vezuvi vulkanının püskürməsi nəticəsində Neapol şəhəri xarabalığa çevrilib
1918. Yazıçı Bayram Bayramov anadan olub
1930. Keçmiş SSRİ-də İslah əmək düşərgələrinin artırılmasına qərar verilib
1933. ABŞ-da “Quru qanunu” ləğv edilib. Qanunla spirtli içkilərin istehsalı və satışı qadağan edilib
1947. Amerikan avtomobil konstruktoru Henri Ford vəfat edib
1948. Dünya Səhiyyə Təşkilatı təsis edilib
1957. Nyu-Yorkda sonuncu dəfə trolleybus xəttə çıxıb
1959. Azərbaycan yazıçılar birliyinin katibi Çingiz Abdullayev anadan olub
1963. Yuqoslaviya Sosialist Respublikası elan edilib
1989. SSRİ-yə məxsus “Komsomoles” atom sualtı qayığı Norveç dənizində batıb. Qəzada 42 nəfər həlak olub, 30 nəfər xilas edilib.
1991. Ermənilər Qubadlı rayonu ərazisində (Ermənistanla sərhəddə) yerləşən SSRİ DİN-in daxili qoşunlarının bölməsinə basqın ediblər. Basqın zamanı 2 nəfər (o cümlədən 1 rus zabiti) öldürülüb, 4 nəfər yaralanıb
1992. Azərbaycan Respublikası İsrail ilə diplomatik əlaqələr qurub
1993. Brüsseldə Avropa İttifaqı tərəfindən Dağlıq Qarabağa dair bəyanat qəbul edilib
1994. Qahirədə Azərbaycan və Misir arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş və konsulluq konvensiyası imzalanıb
2001. Azərbaycan və Ermənistan prezidentlərinin Ki Uest sammiti başa çatıb. Prezidentlər Heydər Əliyev və Robert Köçəryan arasında üç gün sürən danışıqlarda konkret nəticə əldə olunmayıb
2003. Koalisiya qüvvələri Bağdadı tutub
2005. Azərbaycan və Yunanıstan arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb
Tarixdə bu gün
Printable View
-
04-07-2010, 12:58 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
-
04-08-2010, 02:12 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
8 aprel. İlin sonuna 267 gün qalır.
1548. Peru İspaniya ərazisi elan edilib
1766. ABŞ-da ilk yanğınsöndürən nərdivan patentləşdirilib
1881. İspan rəssamı Pablo Pikasso anadan olub
1902. Rusiya və Çin arasında Mancuriyaya dair saziş imzalanıb. Sazişə əsasən Rus qoşunu tədricən bu ərazidən çəkilib
1935. Keçmiş SSRİ-də 12 yaşdan yuxarı uşaqlar üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Bu yaşda uşaqlara etdiyi cinayətə görə, hətta ölüm hökmü çıxarıla bilərdi
1938. BMT-nin yeddinci baş katibi Kofi Annan anadan olub
1940. Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin premyerası keçirilib. Bu tarix milli baletin başlanğıcı hesab edilir
1966. Leonid Brejnev Sov İKP MK-nın baş katibi seçilib
1971. Londonda qaraçıların ilk beynəlxalq konqresi baş tutub
1992. Ağdaban soyqırımı. Ermənilər Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırıb, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verib. Hücum zamanı 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib
2005. Roma papası II İohan Pavel dəfn edilib
2009. “Təzadlar” qəzetinin baş redaktoru məhkəmə qərarı ilə həbs edilib, prezident İlham Əliyev bu addımı kəskin tənqid edib
2009. İlham Əliyevlə Barak Obama arasında telefon danışığı olub. -
04-10-2010, 12:53 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
10 aprel. İlin sonuna 265 gün qalır.
1845. Türk polis təşkilatı qurulub
1920. Azərbaycanın Tehrandakı Səfiri Adil Xan Ziyadxanovun Azərbaycan xarici işlər nazirliyinə teleqramı: “Naxçıvandan və İranın müxtəlif yerlərindən aldığım çoxlu teleqramlarda ermənilərin Naxçıvana və Ordubada hücum etdikləri, İran ermənilərinin də onlara dəstək verdiyi göstərilir... Bu barədə Tehrandakı ingilis, ABŞ və fransız səfirliklərinə bildirmişəm....Təcili tədbirlər görülməlidir”. (Naxçıvan əhalisi buradakı vəziyyət barədə məlumatları həmin diplomatik missiyalarımıza çatdırırdılar)
1922. Genuya Konfransı başlayıb. Nərimanov Nərimanov sovet nümayəndə heyətinin üzvü kimi İtaliyada baş tutan bu konfransda iştirak edib
1925. III Zaqafqaziya sovetlər qurultayı başlayıb
1938. Keçmiş xarici işlər naziri Tofiq Qasımov anadan olub
1944. Sovet qoşunları Odessanı azad edib
1955. SSRİ və Çin arasında nüvə reaktorunun inşa edilməsinə dair saziş imzalanıb
1969. SSRİ-nin qanadları həndəsi dəyişən ilk təyyarəsi olan “MİQ 23”-ün sınaqları başlayıb
1972. Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya qəbul edilib
1973. Braziliyalı futbolçu Roberto Karlos anadan olub
1992. Milli qəhrəman Şahlar Hüseynov Marquşavan kəndi uğrunda döyüşlərdə həlak olub
1992. Rusiya Azərbaycanın müstəqilliyini tanıyıb. Azərbaycanı tanıyan dövlətlərin sayı 109-a çatıb
1996. Azərbaycan və Pakistan arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
1998. “Tarixi və mədəni abidələrin qorunması haqqında” Qanun qəbul edilib
2002. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyasının Dövlət Gömrük Komitəsi arasında xarici ticarətin gömrük statistikası sahəsində metodoloji və informasiya əməkdaşlığı haqqında Protokol imzalanıb
2004. Türk iş adamı Sakıf Sabancı vəfat edib
2008. Azərbaycan Respublikası Prezidenti “Avropada Təhsil alan Azərbaycanlı Tələbələr Forumuna (FASE) maliyyə yardımının ayrılması” haqqında sərəncam imzalayıb -
04-10-2010, 01:55 AMfidan494Re: Tarixdə bu günSadece 1 illik (2008 ci il uçun) etibarli sayilan bir serencam idi.Alıntı:
POWER_RANGERS Nickli Üyeden Alıntı
-
04-12-2010, 12:24 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
12 aprel. İlin sonuna 263 gün qalır
1903. Dünyada ilk dəfə daxili yanma mühərrikli avtobuslar Londonda istismara verilib
1917. "Türk Ədəm Mərkəziyyət (federalist – M.Əliyev) partiyası öz proqramı ilə xalqı tanış etmək üçün Gəncənin Şah Abbas məscidinin həyətində böyük mitinq keçirib.
1928. Yazıçı İsa Hüseynov anadan olub
1934. Vaşinqtonda 372 km/saat sürətli külək qeydə alınıb
1955. Aktyor Fəxrəddin manafov anadan olub
1961. Sovet kosmonavtı Yuri Qaqrin kosmosa uçub. Bu tarix keçmiş SSRİ-də Kosmonavtika günü kimi qeyd edilibs
1985. Qrossmeyster Şəhriyar Məmmədyarov anadan olub
1985. Bir milyonuncu “QAZ 24” konveyerdən çıxıb. Bu avtomobil vaxtilə “Şərqin Mersedesi” adlandırılıb
1988. ABŞ-da gen mühəndisliyi yolu ilə əldə edilən ilk canlı (laboratoriya siçanı) patentləşdirilib
1992. Milli qəhrəman Allahverdi Bağırov şəhid olub
1993. Azərbaycan və ABŞ arasında ticarət münasibətləri haqqında Saziş imzalanıb
2000. Vyanada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında Memorandum imzalanıb -
04-12-2010, 01:48 AMfidan494Re: Tarixdə bu güngözel bir gün :alqis:Alıntı:
POWER_RANGERS Nickli Üyeden Alıntı
-
04-13-2010, 12:55 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
13 aprel. İlin sonuna 262 gün qalır.
1204. Səlibçilər Konstantinopolu talan edib
1743. ABŞ-ın II prezidenti Tomas Cefferson anadan olub
1870. Nyu-Yorkun “Metropoliten Muzeyi” açılıb
1916. Rus-Baltika avtomobil zavodu Moskva ətrafına köçürülüb
1919. Münhendə kommunistlərin rəhbərlik etdiyi Bavariya Sosialist Respublikası təsis edilib
1925. Keçmiş SSRİ-də Ümumittifaq Korlar cəmiyyəti təsis edilib
1941. SSRİ və Yaponiya arasında hücum etməmək haqqında pakt imzalanıb
1944. Sovet ordusu Simferopolu azad edib
1963. Bakı şahmat məktəbinin yetirməsi Harri Kasparov anadan olub
1972. Futbolçu Qurban Qurbanov anadan olub
1975. Çadda dövlət çevrilişi baş verib
1993. Azərbaycan Respublikası və Əfqanıstan İslam Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Protokol imzalanıb
1998. Belçika Krallığının Baş Naziri Jan-Luk-Dehan Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində “Azərbaycan və Belçika-Lüksemburq İqtisadi Birliyi arasında Birgə Bəyannamə” və “Belçika Krallığı ilə hava əlaqələri haqqında Saziş” imzalanıb
1999. Azərbaycan prezidenti Heydər Əliyev "Atatürk Sülh Mükafatına" layiq görülüb
2003. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Memorandum imzalanıb
2009. Vaşinqtonda yaşayan azərbaycanlı və türklər “Erməni yalanlarına son” adlı nümayiş keçirib
2009. Azərbaycanda əhalinin siyahıyaalınmasına başlanıb. -
04-14-2010, 01:40 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
14 aprel. İlin sonuna 261 gün qalır.
1687. İngiltərədə protestantlar və katoliklərə bərabər hüquq verilib
1865. ABŞ prezidenti Avraam Linkolna qarşı sui-qəsd olub. Prezident ertəsi gün keçinib
1870. Nəriman Nərimanov Tiflisdə anadan olub
1871. Almaniya parlamenti – Reyxstaq təşkil edilib
1894. Tomas Edison kinoskopun ilkin versiyasını təqdim edib
1907. Fatma Qədri Odessa şəhərində anadan olub. O, ilk professional teatr təhsili görmüş azərbaycanlı aktrisadır
1909. “British Petroleum” şirkəti təsis edilib
1912. Saat 23.40. “Titanic” gəmisi aysberqlə toqquşub. Gəmi ertəsi gün saat 2.20-də suya qərq olub
1921. Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında “Zaqafqaziya dəmir yollarının idarə edilməsini birləşdirmək haqqında Saziş” imzalanıb
1921. V.İ.Lenin “Azərbaycan SSR, Ermənistan SSR, Dağıstan və Dağlı Respublikası kommunist yoldaşlarına müraciət məktubu göndərib
1927. İlk “Volvo” avtomobili konveyerdən çıxıb
1930. Sovet şairi Vladimir Mayakovski intihar edib
1931. İspaniyada respublika elan edilib
1938. Moskvada Birinci Azərbaycan incəsənəti ongünlüyü başa çatıb
1952. Jurnalist Alı Mustafayev anadan olub
1987. Türkiyə, Avropa İqtisadi Birliyinə üzvlük üçün rəsmi müraciət edib
1988. Cenevrədə sovet ordusunun Əfqanıstandan çıxarılmasına dair saziş əldə edilib
1990. NATO təyyarələri səhvən kosovolu albanların qaçqın düşərgəsini bombalayıb, 75 alban həlak olub
1999. Yaponiyada elektrik qatarında 552 km/saat sürət əldə edilib
2009. İlqar Muxtarov Azərbaycanın Meksikadakı səfiri təyin edilib
2009. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İordaniyaya rəsmi səfərə gedib
2009. Beynəlxalq Böhran Qrupu Türkiyə-Ermənistan münasibətlərinə dair hesabat açıqlayıb
2009. “2009-2013-cü il regionların sosial inkişaf Proqramı” qəbul edilib... -
04-15-2010, 02:07 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
15 aprel. İlin sonuna 260 gün qalır.
1542. İtalyan rəssam Leonardo da Vinçi anadan olub
1707. Alman fizik Leonard Eyler anadan olub
1765. Rus alim Lomonosov anadan olub
1795. Litva Rus İmperiyasına ilhaq edilib
1896. Afinada Olimpiya oyunları başa çatıb
1912. “Titanic” gəmisi bütövlükdə suya qərq olub. Qəzada təqribən 1500 nəfər həlak olub (statistika ziddiyyətlidir)
1917. Bakıda Qafqaz müsəlmanları qurultayı işə başlayıb
1919. Sovet hökuməti “İslah əmək düşərgələri baş İdarəsi”nin (QULAQ) yaradılması haqqında dekret qəbul edib
1920. ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Dərbənd rayonuna rus qoşunlarının toplanması səbəbləri barədə məlumat vermək üçün rus həmkarı Çiçerinin adına növbəti nota göndərib
1920. A.Qardaşovun “Əhrar” partiyası hökumət kabinetindən çıxarılıb
1921. Birinci Azərbaycan kooperativ qurultayı başlayıb
1924. Dünyada ilk avtomobil yolları atlası ABŞ-da tərtib edilib
1927. SSRİ və İsveçrə diplomatik münasibətlər qurub
1931. Türk tarix Qurumu təşkil edilib
1955. ABŞ-ın İllinoys ştatında ilk McDonalds açılıb
1986. ABŞ HHQ Liviyaya bomba zərbələri endirib
1992. Azərbaycan Respublikası Fələstin ilə diplomatik əlaqələr qurub
1993. Avropa Şurası Nazirlər Komitəsi “Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsinə dair Bəyannamə” qəbul edib
1998. Qırmızı Khmerlərin lideri, Kambocanın 1975-1979-cu illərdə dövlət başçısı Pol Pot (əsl adı Salos Sar) vəfat edib. Onun hakimiyyəti zamanı 3 milyonadək insan qətlə yetirilib
2002. Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında Müdafiə və Hərbi sahələrdə İkitərəfli Əməkdaşlıq üzrə Protokol imzalanıb -
04-16-2010, 01:02 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
16 aprel. İlin sonuna 259 gün qalır.
1828. İspan rəssam Fransisko Qoya vəfat edib
1844. Fransız yazıçı Anatol Frans anadan olub
1850. Mum fiqurlar muzeyinin qurucusu madam Tüsso Londonda vəfat edib
1889. Aktyor Çarlz Çaplin anadan olub
1916. Bəstəkar Qəmbər Hüseynli anadan olub
1917. Lenin İsveçrədən Peterburqa qayıdıb
1922. SSRİ və Almaniya arasında diplomatik münasibətlər qurulub
1927. Papa XVI Benedikt anadan olub
1934. Bəstəkar Ramiz Mirişli anadan olub
1934. “Sovet İttifaqı Qəhrəmanı” fəxri adı təsis edilib
1941. II Dünya müharibəsi: 500 alman təyyarəsi bütün gecə Londonu bombalayıb
1945. Sovet sualtı qayığının “Qoya” gəmisini vurması nəticəsində əksəriyyəti alman qaçqınlar və litvalılar olan 6500 nəfər həlak olub. Bu “şücaətə” görə, sualtı qayığının komandirinə “Sovet İttifaqı Qəhrəmanı” adı və “Lenin mükafatı” verilib
1967. Milli qəhrəman Rizvan Teymurov anadan olub
1992. Azərbaycan Respublikası Monqolustan ilə diplomatik əlaqələr qurub
1992. Mozambikdə tankerin qəzaya uğraması nəticəsində 60 000 ton xam neft okeana tökülüb
1992. Əfqanıstan prezidenti Nəcibulla hakimiyyətdən uzaqlaşdırılıb
1995. Cənubi Afrika Respublikası insan haqlarının pozulmasını əsas gətirərək Türkiyəyə silah satışına embarqo qoyub. Embarqo 2 il sonra qaldırılıb
1996. Çeçen döyüşçüləri rus motoatıcı diviziyasını pusquya salaraq 53 hərbçini məhv edib, 52-ni yaralayıblar
1998. Enerji Xartiyası (EX) qüvvəyə minib
2009. Saat 00.00-dan etibarən Çeçenistanda “terrorla mübarizə rejimi” ləğv edilib -
04-17-2010, 01:45 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
17 aprel. İlin sonuna 258 gün qalır.
1453. Fatih Sultan Mehmet İstanbul yaxınlığındakı adaları fəth edib
1722. I Pyotrun fərmanı ilə Rusiyada “saqqal vergisi” tətbiq edilib
1824. Rusiya və ABŞ arasında Rusiyanın Şimali Amerikadakı sərhədlərini müəyyən edən konvensiya imzalanıb
1839. Qvatemala Respublikası elan edilib
1862. Rus siyasi xadimi Pyotr Stolıpin anadan olub
1894. Sovet lideri Nikita Xruşov anadan olub
1923. Rusiya Kommunist partiyasının 12-ci qurultayı işə başlayıb
1924. Benito Musolininin faşist partiyası İtaliyada parlament seçkilərini qazanıb
1938. SSRİ Ali Soveti rəyasət heyətinin qərarı ilə Üzeyir Hacıbəyov, Şövkət Məmmədova və Bülbülə SSRİ Xalq artisti fəxri adı verilib
1956. Kommunist İnternasionalı buraxılıb
1980. Cənubi Rodeziyanın adı dəyişdirilərək Zimbabve adlandırılıb
1993. Türkiyənin 8-ci prezidenti Turqut Özal vəfat edib
1998. Azərbaycanda “Qrantlar haqqında” qanun qəbul edilib
1999. Bakı-Supsa neft kəməri və Supsa neft terminalı işə düşüb
2007. Rabatda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Mərakeş Krallığının Kənd Təsərrüfatı, Kəndin İnkişafı və Dəniz Balıqçılığı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş imzalanıb
2009. Xəzərdə Azərbaycan bayrağı altında üzən 2 gəmi Qazaxıstan sularında saxlanılıb -
04-17-2010, 05:09 AM_SoMMeT_Re: Tarixdə bu gün
xeberci :lol:
-
04-17-2010, 10:53 AMAgLaYaN_BuLuDRe: Tarixdə bu gün
Gunlerin sayi azalir hamisi omurden gedir:(
-
04-18-2010, 12:15 AMPOWER_RANGERSRe: Tarixdə bu gün:mad:Alıntı:
_SoMMeT_ Nickli Üyeden Alıntı
-
04-18-2010, 12:34 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
18 aprel. İlin sonuna 257 gün qalır.
1791. İngilis parlamenti Afrikada köləliyin ləğvinin əleyhinə səs verib
1853. Asiyada ilk dəmir yol xətti (Bombey – Tanna, 35 km) açılıb
1897. Aktrisa Şövkət Məmmədova Tiflisdə anadan olub
1909. Vatikan fransız milli qəhrəmanı Janna D’Arkı müqəddəslər sırasına daxil edib
1922. Keçmiş SSRi-də ilk avtobus marşrutları paytaxt Moskvada açılıb
1941. Almaniyada seriya ilə buraxılan ilk hərbi təyyarə olan “Messerschmitt Me.262”-nin istehsalına başlanıb
1946. BMT fəaliyyətə başladığı üçün Millətlər Cəmiyyəti buraxılıb
1954. Polkovnik camal Əbdül Nasir Misirin baş naziri və hərbi qubernatoru seçilib
1955. Görkəmli fizik Albert Eynşteyn vəfat edib
1961. Diplomatik əlaqələr üzrə Vyana Konvensiyası qəbul edilib
1991. Şair Tofiq Bayram vəfat edib
1996. İsrail aviasiyasının qaçqın düşərgəsini bombalaması zamanı mindən çox livanlı həlak olub
2001. Daşkənddə Azərbaycan və Özbəkistan arasında 2001-2010-cu illər üzrə iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb
2002. Norveçli səyyah Tur Heyerdal vəfat edib. Görkəmli səyyah Azərbaycan SSR-ə ilk dəfə 1981-ci ildə gəlib. Müstəqil Azərbaycana isə o, 2000-ci ilin sentyabrında ayaq basıb. -
04-19-2010, 12:19 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
19 aprel. İlin sonuna 256 gün qalır
1783. Kraliça II Yekatrina Krım və Kuban vilayətlərinin Rusiyaya birləşdirilməsi haqqında Manifest imzalayıb
1882. İngilis bioloq, “Təkamül nəzəriyyəsi”nin banisi Çarlz Darvin vəfat edib
1906. Fransız fizik Pyer Küri vəfat edib
1943. Varşava qettosunda antifaşist üsyan başlayıb
1947. Hindistan Milli Konqresi partiyası ölkəni iki yerə – Hindistan və Pakistana bölməyə razılıq verib
1961. ABŞ-ın Kubaya Donuzlar körfəzində desant çıxarmaq planı iflasa uğrayıb
1967. Alman kansler Konrad Adenauer vəfat edib
1970. İlk “Jiquli” konveyerdən çıxıb
1987. Rus tennisçi Mariya Şarapova anadan olub
1991. Görkəmli türkoloq Aydın Məmmədov və ədəbiyyatşünas Dilarə Əliyeva avtomobil qəzasında müəmmalı şəkildə həlak olublar
1995. Azərbaycan Respublikası Milli Məclisi Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiyanı (1948-ci il) ratifikasiya edib
1999. Almaniya parlamenti (Bundestaq) Bonndan Berlinə köçürülüb
2005. 16-cı Benedikt Roma papası seçilib -
04-19-2010, 11:32 AMcanbellRe: Tarixdə bu gün:( istemirem gunler otsun sebebsiz xatirelerle :musicAlıntı:
POWER_RANGERS Nickli Üyeden Alıntı
-
04-19-2010, 12:26 PMSheyla1Re: Tarixdə bu gün
::aze::
-
04-20-2010, 02:32 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
20 aprel, İlin sonuna 255 gün qalır.
571. Məhəmməd peyğəmbər (sav) dünyaya gəlib
1656. Rusiyada gümüş sikkələr mislə əvəz edilib
1889. Adolf Hitler anadan olub
1902. Pyer və Mari Kürilər ilk dəfə radium əldə edib
1906. İlk azərbaycanlı musiqişünas qadın Xurşid Ağayeva anadan olub
1916. Aktrisa Nəsibə Zeynalova anadan olub
1917. Bakıda Qafqaz müsəlmanlarının qurultayı başa çatıb
1922. Cənubi Osetiya MSSR təşkil edilib
1924. Türkiyədə Konstitusiya qəbul edilib
1940. ABŞ-da ilk elektron mikroskop nümayiş etdirilib
1944. Xanəndə Cabbar Qaryağdıoğlu vəfat edib
1964. Milli qəhrəman Rəfael Həbibov anadan olub
1978. Sovet qırıcıları Koreyaya məxsus “Boeing”i donmuş gölə enməyə məcbur edib. Hadisə nəticəsində 2 nəfər həlak olub, 107 nəfər isə xilas edilib
1992. Azərbaycan Respublikası Estoniya ilə diplomatik əlaqələr qurub
1993. Daşkəndə 6 MDB dövləti arasında Kollektiv təhlükəsizlik sazişi imzalanıb
1997. Prezident Heydər Əliyev “Kitabi Dədə Qorqud dastanının 1300 illiyinin qeyd edilməsi Haqqında” fərman verib
2001. Çin rəsmiləri homoseksualizmi psixi xəstəliklər siyahısından çıxarıb
2004. Azərbaycan Respublikası Paraqvay və Eritreya ilə diplomatik əlaqələr qurub
2007. Yasamal Rayon Məhkəməsinin hökmü ilə jurnalist Eynulla Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib -
04-21-2010, 01:46 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
21 aprel. İlin sonuna 254 gün qalır
E.ə 753. Əfsanəyə görə Romanın əsası qoyulub
1699. Fransız dramaturq Jan Rasin vəfat edib. Onun “Fedr” faciəsi Azərbaycan teatrında dəfələrlə səhnələşdirilib
1735. Rus ixtiraçı İvan Kulibin anadan olub
1913. Milyonçu Şəmsi Əsədullayev Yaltada günvurmadan vəfat edib
1918. Sovet hökuməti Rusiya və Sibirin müsəlman milli Parlamentini (Milli Məclis) buraxıb
1921. Ermənistan SSR elan edilib
1926. Qırğızıstan MSSR təşkil edilib
1926. İngilis kraliçası II Yelizaveta anadan olub
1944. Fransada Mülki Məcəlləyə edilən dəyişikliklə qadınlar səsvermə hüququ əldə edib
1951. SSRİ Milli Olimpiya Komitəsi təşkil edilib
1952. Yunanıstan və Türkiyə arasında viza rejimi ləğv edilib
1954. SSRİ UNESCO-ya daxil olub
1961. Xarici ticarət arbitrajı haqqında Avropa Konvensiyası qəbul edilib
1967. Yunanıstanda polkovnik Papadokulosun rəhbərlik etdiyi hərbçilər seçkiyə bir-neçə gün qalmış dövlət çevrilişi edib. Ölkəni 1974-dək “qara polkovniklər” adlı hərbi diktatura idarə edib
1978. Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyası (Əsas qanunu) doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul edilib
1996. Çeçenistanın ilk prezidenti Cöhər Dudayev öldürülüb
2003. İraqda koalisiya hökuməti qurulub
2005. İspaniyada homoseksual cütlüklərin evliliyinə icazə verilib -
04-22-2010, 02:12 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
22 aprel. İlin sonuna 253 gün qalır.
1370. Fransada istibdad simvolu olan Bastilya qalasının tikilişinə başlanıb
1724. Alman filosof Emmanuel Kant anadan olub
1832. Rusiya Xarici İşlər Nazirliyi təsis edilib
1870. Sovet lideri V.İ.Lenin anadan olub
1894. Aktyor Ağahüseyn Cavadov anadan olub
1904. Amerikan atom silahının “atası”, 20-ci əsrin böyük fiziklərindən olan Robert Oppenheymer anadan olub
1915. Birinci Dünya müharibəsi: Alman qoşunu ilk dəfə İpr şəhəri (Belçika) yaxınlığındakı döyüşdə silah olaraq xlor qazından istifadə edərək taktiki üstünlük qazanıb. Ertəsi gün isə fransızlar bu silahdan qorunmağın “təbii üsulunu” tapıblar (sidikdə isladılmış dəsmal).
1918. Cənubi Qafqaz Demokratik Federativ Respublikası elan edilib
1920. Bakıda XI Qızıl Ordu nümayəndələrinin iştirakı ilə RKP Qafqaz ölkə komitəsinin Bakı bürosunun müşavirəsində qərara alınıb: “Aprelin 27-də gündüz saat 12.00-da Müsavat hökumətinə ultimatum verilsin və dərhal silahlı üsyana başlansın”
1920. Məhəmmədhəsən Hacınski yeni hökumət təşkil etməkdən imtina edib
1942. Görkəmli aktyor Həsən Əbluc Təbrizdə anadan olub
1946. Milli qəhrəman Allahverdi Bağırov anadan olub
1947. Türkiyədə xarici sərmayəyə icazə verilib
1983. Məşhur kimyaçı akademik İzzət Orucova vəfat edib
1994. Azərbaycan Respublikası Əlcəzair ilə diplomatik əlaqələr qurub
1996. Lüksemburqda Azərbaycan Respublikası ilə Avropa birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb
1997. Avropa Şurası Parlament Asambleyası “Zaqafqaziyada münaqişələrə dair” 1119 saylı qətnamə qəbul edib
1997. Azərbaycan Respublikası “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (1974), “Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (1972) və “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya”ya (1972) qoşulub
2009. İKT daxili işlər nazirlərinin Bakı toplantısında yekun bəyannamə qəbul edilib -
04-23-2010, 12:06 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
23 aprel. İlin sonuna 252 gün qalır.
1564. İngilis dramaturq Vilyam Şekspir anadan olub. O, 1616-cı ildə eyni gündə vəfat edib, Şekspirin əsərləri Azərbaycan dilinə də tərcümə edilərək səhnələşdirilib
1616. İspan yazıcı Miqel Servantes anadan olub
1858. Alman fizik Maks Plank anadan olub
1920. Qafqaz cəbhəsi Komandanlığının 490 saylı direktivinə əlavə olaraq AR bütün ərazisini ələ keçirmək 11-ci Qızıl Orduya son vəzifə kimi tapşırılıb
1920. Türkiyə Böyük Millət Məclisinin ilk iclası keçirilib. Bu tarix Türkiyədə “Milli hegemonluq və uşaq Bayramı” kimi qeyd edilir
1929. Ümumittifaq Kommunist partiyasının 16-cı konfransı keçirilib. İlk beşillik plan qəbul edilib
1933. Herman Hörinqin rəhbərliyi ilə Almaniyada gizli polis (Gestapo) təşkil edilib
1935. Polşada yeni Konstitusiya qəbul edilib
1944. Mehdi Hüseynzadənin Triyest şəhərində restoranı partlatması nəticəsində 150 alman zabiti ölüb
1947. Bəstəkar Faiq Sücətdinov anadan olub
1977. Akademik Mirəli Qaşqay vəfat edib
1979. Xanəndə Fərqanə Qasımova anadan olub
1990. “Hubble” teleskopu orbitə çıxarılıb
1994. Moldovanın tərkibində Qaqauz Muxtar Respublikası təsis edilib
1997. Azərbaycan və Qırğızıstan arasında 10 saziş, o cümlədən “Dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb
2003. Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında memorandum imzalanıb
2007. Rusiyanın ilk prezidenti Boris Yeltsin vəfat edib
2009. Türkiyə və Ermənistan arasındakı “yol xəritəsi” təsdiqlənib -
04-23-2010, 12:07 AMAgLaYaN_BuLuDRe: Tarixdə bu gün
melumata gore sag ol
-
04-24-2010, 03:09 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
4 aprel. İlin sonuna 251 gün qalır
702. İmam Cəfər əl-Sadiq anadan olub
1512. Osmanlı hökmdarı Sultan Səlim taxta çıxıb
1833. ABŞ-da qazlı su patentləşdirilib
1884. Namibiya Almaniyanın koloniyası elan edilib
1898. ABŞ İspaniyaya qarşı müharibə elan edib
1911. Geoloq alim, akademik Ələşrəf Əlizadə anadan olub
1918. Hərb tarixində ilk dəfə tanklardan istifadə edilib (ingilis Mark IV və alman A7V)
1920. Cənubi Qafqazda müttəfiq qoşunlarının komandanı general Tomsonu general Şatervot əvəz edib
1920. Rusiya Kommunist Partiyası Qafqaz Ölkə Komitəsi və Azərbaycan Kommunist Partiyası hərbi vəziyyətdə işləməyə başlayıb
1926. SSRİ və Almaniya arasında dostluq sazişi imzalanıb
1938. Aktyor Həsənağa Turabov anadan olub
1963. Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilib
1983. Güləşçi Xetaq Qazyumov anadan olub
2007. Rəcəb Tayyip Ərdoğan Abdulla Gülün prezident seçkilərinə namizədliyini təklif edib
2009. Qeyrət Partiyasının sədri Əşrəf Mehdiyev vəfat edib
2009. “General Motors” şirkəti rəsmən “Pontiac” avtomobillərinin istehsalının dayandırıldığını, firmanın isə 2010-cu ilədək ləğv ediləcəyini açıqlayıb -
04-25-2010, 11:23 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
25 aprel. İlin sonuna 250 gün qalır
1599. İngilis siyasi və hərbi xadimi Oliver Kromvel anadan olub
1607. Holland donanması Cəbəllüttariq boğazında ispan donanmasını məğlub edib
1744. İsveçli fizik Anders Selsi anadan olub. Temperatur vahidi onun şərəfinə adlandırılıb
1792. Parisdə ilk dəf qilyotinlə kütlə qarşısında edam həyata keçirilib
1911. Bakıda Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” musiqili komediyasının ilk tamaşası keçirilib
1918. Bakı Soveti xalq komissarları şurası təsis edilib
1926. Rza xan Pəhləvi özünü şah elan edib
1946. Rus siyasətçi, LDPR-in sədri vladimir Jirinovski anadan olub
1962. Türkiyədə Konstitusiya məhkəməsi qurulub
1969. Milli qəhrəman Albert Araqunov anadan olub
1974. Portuqaliyada qərənfil inqilabı qələbə çalıb
1981. “Formula 1” pilotu Felipe Massa anadan olub
1989. Aysel Teymurzadə anadan olub
2000. Zakir Qaralov Azərbaycan Respublikasının baş prokuroru təyin edilib
2005. Bolqarıstan və Rumıniya Avropa Birliyinə daxil olmaq üçün müzakirələrə başlayıb
2009. Ermənilər Obamanı seçkiöncəsi vədini yerinə yetirməməkdə (uydurma “soyqırımı” tanımamaqda) günahlandırıb. -
04-25-2010, 02:53 PM_SoMMeT_Re: Tarixdə bu gün
xeberci :lol:
-
04-25-2010, 03:57 PMRuzgar_GuluRe: Tarixdə bu gün
sag ol xeberci :D
-
04-26-2010, 01:00 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
26 aprel. İlin sonuna 249 gün qalır
1792. “Marselyoza” bəstələnib. Sonradan bu mahnı Fransanın dövlət himninə çevrilib
1813. Rus sərkərdəsi Kutuzov vəfat edib
1856. Amerikalı siyasəti, diplomat Henri Morqentau anadan olub
1918. Zaqafqaziya Seymi tərəfindən Çxenkelinin başçılığı ilə yeni Zaqafqaziya hökuməti təsis edilib
1920. Rusiya Kommunist partiyası Bakı bürosu və Azərbaycan Kommunist partiyasının birgə iclasında Müsavat hökumətini yıxmaq planı müzakirə edilib
1944. Maldarlığın inkişafına görə Azərbaycan SSR, SSRİ Dövlət Müdafiə Komitəsinin keçici bayrağı ilə təltif edilib
1966. Daşkənddə baş verən zəlzələ nəticəsində şəhər tamamilə dağılıb
1986. Çernobıl AES-də qəza baş verib. Hadisə zamanı 7000-ə yaxın insan həlak olub, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst qalıb. AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanmaya məruz qalıblar
1991. Rusiya Federasiyası Ali Soveti “Repressiya olunmuş xalqların reabilitasiyası haqqında” qərar verib
2004. Çinə məxsus təyyarənin Yaponiyada qəzaya uğraması nəticəsində 200-dən çox insan həlak olub -
04-26-2010, 11:55 PMPOWER_RANGERSRe: Tarixdə bu gün
27 aprel. İlin sonuna 248 gün qalır.
1494. Sultan Süleyman Qanuni anadan olub
1521. Portuqal səyyah Fernand Magellan qəbilələrarası davada öldürülüb
1848. Fransada quldarlıq ləğv edilib
1906. Rusiyada Birinci Dövlət Duması fəaliyyətə başlayıb
1918. Saat 12.05. Azərbaycan parlamentinə ultimatum verilməzdən 11 saat əvvəl A.Mikoyan, Q.Cəbiyev və Q.Musabəyovu gətirən III Beynəlmiləl zirehli qatarı Samur körpüsündən keçərək Bakıya doğru irəliləməyə başlayıb. Sərhəddə atışma zamanı 6 rus əsgəri öldürülüb.
11.00. Həmid Sultanovun başçılıq etdiyi Azərbaycan kommunistləri Müsavat parlamentinə hakimiyyəti təhvil vermək barədə ultimatum təqdim edib.
20.45. Azərbaycan parlamentinin təcili iclası açılıb. Gündəlikdə bir məsələ – İnqilab komitəsinin ultimatumu vardı. Saat 21.00. radələrində Parlament ultimatumu qəbul edib.
21.00. Sovet zirehli qatarları Biləcəri stansiyasını tutub
1952. Milli qəhrəman Mikayıl Cəbrayılov anadan olub. Onun atası Əhmədiyyə İkinci Dünya Müharibəsində Fransanın Milli qəhrəmanı adına layiq görülüb
1960. Toqo Respublikası müstəqillik əldə edib
1978. Əfqanıstanda dövlət çevrilişi baş verib, prezident Məhəmməd Davud xan qətlə yetirilib
1992. Azərbaycan Respublikası Macarıstanla diplomatik əlaqələr qurub
2001. İstanbulda türkdilli ölkə başçılarının VII zirvə görüşü başa çatıb
2007. Bakılı violonçel ustası Mstislav Rostropoviç vəfat edib
-
04-29-2010, 01:14 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
28 aprel. İlin sonuna 247 gün qalır.
1879. Bolqarıstanda Konstitusiya qəbul edilib
1908. Beynəlxalq Esperanto Assosiasiyası (UEA) təsis edilib
1916. Bəstəkar Ədilə Hüseynzadə anadan olub
1920. Qızıl Ordu Azərbaycanın əksər ərazisini işğal edib
1923. Oftalmoloq alim Zərifə Əliyeva anadan olub
1924. Fransız həkim Qaston Ramon difteriya əleyhinə vaksin hazırlayıb
1937. İraqın keçmiş prezidenti Səddam Hüseyn anadan olub
1945. İtalyan diktator Benito Mussolini sevgilisi ilə birgə edam edilib
1969. Fransa prezidenti Şarl de Qoll istefa verib
1977. Patent proseduru məqsədləri üçün mikroorqanizmlərin depozitləşdirilməsinin beynəlxalq tanınması haqqında Budapeşt Müqaviləsi imzalanıb
1986. Görkəmli jurnalist Nəcəf Nəcəfov “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru təyin edilib
1998. Naxçıvan MR-nın Konstitusiyası qəbul edilib
2003. Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında əvəzsiz yardım (qrant) haqqında Memorandum imzalanıb
2007. Bəstəkar Mstislav Rostropoviç Moskvada dəfn edilib
2009. Millət vəkili Rafael Allahverdiyev Ermənistandakı siyasi məhbuslara dair hesabatını AŞPA-nın sessiyasında təqdim edib
2009. Ermənistan və Türkiyə arasında “Yol xəritəsi”nin elan olunmasının ardından CHP lideri Dəniz Baykal Azərbaycan xalqından üzr istəyib.
-
04-29-2010, 01:15 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
29 aprel. İlin sonuna 246 gün qalır.
1770. İngilis səyyah Ceyms Kuk ilk dəfə Avstraliyaya qədəm basıb
1854. Fransız astronom, filosof Anri Puankare anadan olub
1882. Dünyada ilk trolleybus xətti Berlində istifadəyə verilib
1884. Oksford universitetinə qadınların qəbul edilməsinə icazə verilib
1899. “Jamais Contente” adlı elektromobil ilk dəfə 100 km/saat limitini keçib
1901. Yapon imperatoru Hirohito anadan olub
1916. Bəstəkar Ədilə Hüseynzadə anadan olub
1919. Kinorejissor Əjdər İbrahimov anadan olub
1920. Nəriman Nərimanovun başçılığı ilə Azərbaycanda yeni hökumət qurulub
1943. Türk silahlı qüvvələri baş qərargah rəisi İlkər Başbuğ anadan olub
1945. Sovet tankları Berlinə girib
1982. Çində əhalinin sayının 1 milyardı keçməsi rəsmən açıqlanıb
1991. Banqladeşdə siklon 138 000 nəfərin həyatına son qoyub
1992. Azərbaycan Cənubi Afrika Respublikası ilə diplomatik əlaqələr qurub
1994. Azərbaycan Respublikasının prezidentinin fərmanı ilə Ramil Usubov daxili işlər naziri təyin edilib
2002. Avropa İnsan Haqları Məhkəməsi evtanaziyanın leqallaşdırılması təklifini rədd edib
2009. Azərbaycan istehsalı olan “İstiqlal” iriçaplı snayper tüfəngi Türkiyədə keçirilən beynəlxalq silah sərgisində nümayiş etdirilib
2009. Belçikaya səfəri çərçivəsində prezident İlham Əliyev NATO-nun baş katibi Yap de Hup Şefferlə görüşüb
-
05-05-2010, 12:49 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
30 aprel. İlin sonuna 245 gün qalır
1777. Alman fizik Karl Fridrix Qaus anadan olub
1789. ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun andiçmə mərasimi keçirilib
1897. İngilis fizik Jozef Tomson elektronu kəşf etdiyini açıqlayıb
1900. Havay adaları ABŞ-ın tərkibinə qatılıb
1934. Avstriyanın yeni Konstitusiyası qəbul edilib
1937. Bakıda Üzeyir Hacıbəyovun “Koroğlu” operasının premyerası keçirilib
1944. SSRi-də fəhlələr üçün məktəblər təsis edilməsi barədə qərar verilib
1945. Sovet ordusu Reyxstaq üzərinə əsas həmləyə başlayıb
1947. Tarzən Ramiz Quliyev anadan olub
1980. Terrorçular İranın Londondakı səfirliyində 26 nəfəri girov götürüb. Girovlar 6 gün sonra azad edilib
1993. BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonunun ermənilər tərəfindən işğalı ilə bağlı 822 saylı qətnaməsini qəbul edib
1996. Azərbaycan Respublikası Andorra ilə diplomatik əlaqələr qurub
2009. Azərbaycan Dövlət Neft Akademiyasında kütləvi qətl. Terrorçu Fərda Qədirov 13 nəfəri öldürdükdən sonra ələ keçməmək üçün özünü vurub. Hadisədə çox sayda insan, o cümlədən əcnəbilər xəsarət alıb -
05-05-2010, 12:50 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
4 may. İlin sonuna 241 gün qalır.
1807. Fransa ilə Qacarlar arasında “Finkenşteyn” sazişi imzalanıb. Bu sazişlə Fransa Rusiyaya qarşı Qacarlara kömək göstərməliydi. Ancaq Napoleon bunu etməyib
1814. Napoleonun Elba adasında sürgün həyatı başlayıb
1904. Panama kanalının yarımçıq qalan tikintisi yenidən başlanıb
1910. Kanadada hərbi dəniz donanması təşkil edilib
1920. 11-ci Qızıl Ordu hissələri Astaraya daxil olub
1922. II Ümumazərbaycan sovetlər qurultayında ərzaq vergisi haqqında dekret qəbul edilib
1928. Misir prezidenti Hüsnü Mübarək anadan olub
1960. SSRİ Nazirlər Soveti yeni pulların dövriyyəyə buraxılması barədə fərman verib. Yeni pullar (sovet rublu) 1 yanvar 1961-dən tədavülə buraxılıb
1966. İtaliyanın Torino şəhərində SSRi və İtaliya arasında avtomobil zavodu tikmək barədə saziş imzalanıb
1990. Latviya SSR Ali Soveti ölkənin SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib
1993. Qırğızıstanda konstitusiya qəbul edilib
1994. Avropa Parlamenti Finlandiya, Norveç və Avstriyanın 1 yanvar 1995-dən etibarən Avropa Birliyinə qəbul edilməsinə səs verib
1994. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub -
05-05-2010, 12:50 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
5 may. İlin sonuna 240 gün qalır.
1818. Alman filosof, iqtisadçı Karl Marks anadan olub
1821. Fransız imperator Napoleon Bonapart vəfat edib
1892. Şair Əhməd Cavad (Axundzadə Cavad Məhəmmədəli oğlu) anadan olub
1920. Lenin müstəqil Azərbaycan Sovet Respublikasının təşkili münasibətilə RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərib
1920. Azərbaycan İnqilab Komitəsi xanların, bəylərin, mülkədarların, həmçinin monastır kilsə və məscidlərin torpaqlarının, vəqf yerlərinin müsadirə edilib kəndlilərə paylanması haqqında dekret verib
1920. Azərbaycan Kommunist Partiyası Bakı təşkilatının Birinci ümumbakı leqal konfransı başlayıb
1924. AKP-nin 6 qurultayı başlayıb
1955. Almaniya Federativ Respublikası NATO-ya daxil olub
1963. ABŞ-da ilk dəfə qara ciyər implantasiyası həyata keçirilib
1990. Misirşünaslar və İT mütəxəssisləri birgə səyi nəticəsində heroqlifləri yazmağa imkan verən kompüter proqramı hazırlanıb
2000. Əhməd Necdət Sezər Türkiyənin 10-cu prezidenti seçilib. O, vəzifəsinin icrasına 16 mayda başlayıb
2002. Jak Şirak Fransa prezidenti seçilib -
05-06-2010, 01:34 AMAgLaYaN_BuLuDRe: Tarixdə bu gün
Hər gün yazardin Tarixdə bu günü yazda qara Heriflərlə ki Fənər hələdə kubok üzü görmür demişdim axi əlimə düşmə.Bu günü çoxdan gözləyirdim
-
05-06-2010, 01:39 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
6 may. İlin sonuna 249 gün qalır.
1758. Fransa inqilabının ideoloqlarından olan Maksimilian Robespyer anadan olub
1833. ABŞ-da sənaye üsulu ilə metal kotan istehsalına başlanıb
1840. İngiltərədə ilk poçt markası satışa çıxarılıb
1859. Alman alim Aleksandr fon Humboldt anadan olub
1889. Parisdə beynəlxalq sərgi ilə yanaşı Eyfel qülləsi açılıb
1919. Bakı Fəhlə Konfransı ümumi tətil təşkil edib
1920. Azərbaycan Kommunist partiyası birinci ümumbakı leqal konfransı başa çatıb
1921. I Ümumazərbaycan Sovetlər qurultayı başa çatıb
1945. SSRİ Xalq Komissarları Soveti Mingəçevir SES-in tikintisinin bərpa olunması haqqında qərar verib
1970. SSRİ və Çexoslovakiya arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb
1992. Krımın konstitusiyası qəbul edilib
1994. La-Manş boğazındakı sualtı tunel istifadəyə verilib
2007. Nikola Sarkozi Fransada prezident seçkilərinin 2-ci turunda qalib gəlib
2009. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibi Hillari Klintonla görüşüb. -
05-06-2010, 01:40 AMAgLaYaN_BuLuDRe: Tarixdə bu gün
melumata gore cox sag ol
-
05-07-2010, 12:22 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
7 may. İlin sonuna 238 gün qalır
1610. Qaliley Yupiterin 3 peykini aşkar edib
1785. Fransız Jan Blanşar və ingilis Con Cefri ilk dəfə hava şarında La Manş boğazını keçib
1832. Yunanıstan müstəqilliyini elan edib
1840. Rus bəstəkar Pyotr Çaykovski anadan olub
1915. Alman sualtı qayığı İngiltərəyə məxsus “Luzitaniya” gəmisini batırıb. Təqribən 1200 nəfərin ölümünə səbəb olan bu hadisə həm də ciddi diplomatik böhrana yol açıb
1920. Azərbaycan İnqilab komitəsi Azərbaycan SSR-in Qızıl Ordu və Qızıl Donanmasının təşkili haqqında dekret verib
1926. Rəssam Cəbrayıl Əzimov anadan olub
1992. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq, əməkdaşlıq, mehriban qonşuluq barədə saziş imzalanıb
1995. Azərbaycan və Gürcüstan arasında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə mübarizədə əməkdaşlıq haqqında Saziş imzalanıb
1996. Qahirədə Azərbaycanla Misir arasında təhlükəsizlik və əməkdaşlığa dair saziş imzalanıb
2000. Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib
2003. 100 ildə bir təkrarlanan nadir astroloji hadisə baş verib: Merkuri Yerlə Günəşin arasından keçib
2008. Rusiyanın hazırkı prezidenti Medvedevin andiçmə mərasimi keçirilib -
05-08-2010, 01:28 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
8 may. İlin sonuna 273 gün qalır.
1713. Rusiyanın paytaxtı Moskvadan Peterburqa köçürülüb
1794. Korrupsiyada ittiham edilən fransız kimyaçı Antuan Lavuazye qilyotində edam edilib
1828. “Qırmızı Xaç”ın təsisçisi isveçrəli Anri Jan Dünan anadan olub
1884. ABŞ-ın 33-cü prezidenti Harri Trumen anadan olub
1912. Tanınmış ədəbiyyatçı Mirzə Abdulla Məhəmmədzadə (Abdulla Sur) Tiflisdə vəfat edib
1917. Moskvada Ümumrusiya müsəlmanlarının I qurultayı başa çatıb
1945. Berlində Almaniyanın qeyd-şərtsiz təslim olması barədə akt imzalanıb. Aktı SSRİ tərəfdən marşal Jukov, Almaniya tərəfdən marşal Tedder imzalayıb
1960. SSRİ və Kuba arasında diplomatik əlaqələr qurulub
1961. Beynəlxalq amnistiya Təşkilatı (Amnesty International) qurulub
1983. Lənkəran şəhərində general Həzi Aslanovun heykəli ucaldılıb
1984. SSRİ Los-Ancelesdə keçiriləcək Olimpiya oyunlarında iştirakdan imtina edib
1992. Azərbaycan Respublikası İsveç və İtaliya ilə diplomatik əlaqələr qurub
1992. Ermənilər Şuşa şəhərini işğal edib
1994. Ermənistan – Azərbaycan cəbhəsində əməliyyatın dayandırılması haqqında Bişkek protokolu imzalanıb... -
05-09-2010, 02:02 AMPOWER_RANGERSRe: Tarixdə bu gün
9 may. İlin sonuna 236 gün qalır.
1805. Alman şair Fridrix Şiller vəfat edib
1913. “Fantomas” filmi ekrana çıxıb
1922. Dövlət dram teatrında Cəfər Cabbarlının “Almaz” pyesinin ilk tamaşası keçirilib
1924. Azərbaycan Kommunist partiyasının VI qurultayı başa çatıb
1930. Futbolçu, SSRİ-nin əməkdar idman ustası Ələkbər Məmmədov anadan olub
1936. Mussolini Efiopiyanın İtaliyaya birləşdirildiyini açıqlayıb
1944. Sevastopol azad edilib
1945. Sovet bayrağı Reyxstaq üzərinə sancılıb
1950. İqtisadçı Robert Şuman Vahid Avropa ideyasını irəli sürüb. Bu tarix hər il “Avropa günü” kimi qeyd edilir.
1955. AFR NATO-ya qəbul edilib
1960. ABŞ-da kontraseptiv vasitələrin satışına icazə verilib
1967. ABŞ ordusunda xidmətdən imtina edən Məhəmməd Əlinin dünya çempionu titulu əlindən alınıb
1974. Sevastopolda 77-ci milli Azərbaycan diviziyasının şərəfinə abidə qoyulub
2004. Qroznıda terror aktı nəticəsində çeçen prezidenti Əhməd Kadırov vəfat edib
