3 sonuçtan 1 ile 3 arası

İstiqlalımızın doğulduğu gün

  1. #1
    Senior Member Aygun - ait Kullanıcı Resmi (Avatar)
    Üyelik tarihi
    Apr 2004
    Mesajlar
    489

    İstiqlalımızın doğulduğu gün

    28 May - Azerbaycan türkünün zefer tarixidir!


    28 May - Azerbaycanın Xalq Cümhuriyyetinin qurulduğu gündür. XX esrde ilk istiqlalımızın doğulduğu gün. 87 il önce Azerbaycan türkü sevinc ve mutluluq içinde idi.



    Taleyin üzüdönüklüyü neticesinde ikiye bölünmüş, rus ve fars istilası altına düşmüş millet siyaset meydanına möhteşem qayıdışını qeyd etdi. Tarix yazdı. Güclü passionar enerjiye, öncül mental xüsusiyyetlere malik olduğunu sergileyerek Şerqde de ilk demokratik respublikanın esasını qoydu. Xalq Cümhuriyyetinin banisi, dahi önder Memmedemin Resulzade “iki ilde çox şey vere bilmedik, amma xalqa azca istiqlal dadızdırdıq” deyende tevazökarlıq edib.
    Xalq Cümhuriyyeti, onu qurub erseye getirenler, xeyaldan gerçeye çeviren kişiler millete çox şeyler ermağan etdiler. Xanlıqlar şeklinde Rusiyaya ilhaq edilmiş Quzey Azerbaycan dili bir, serheddi belli, medeniyyeti bir vahid orqanizme çevrildi. Deli Petrodan qalmış Azerbaycanı ve Cenubi Qafqazı ermenileşdirme siyasetinin qarşısı alındı. Tiflisden Genceye getirilmiş üçrencli milli bayrağımız Bakıya doğru möhteşem istiqlal yürüşüne mayak oldu. O vaxt Bakının alınması vacib ve zeruri idi. Çünki rus imperiyası xaçperest qardaşlarını -ermeni quzğunlarını tekce qedim türk yurdları Çuxur Sedde ve Qarabağa doluşdurmaqla kifayetlenmemiş, Şirvanı, Bakını onların ixtiyarına vermişdi. 1917-ci ilin fevral inqilabında rus imperiyası çökse de, Qafqazdakı silahdaşlarının böyük hissesi ermenilerin eline keçmişdi. Başsız qalmış rus silahı ve esgerlerinin kömeyi ile Azerbaycan türküne qarşı mart cinayetini yapmış ermeni daşnak-bolşevik birleşmeleri Bakı ve etrafını ele keçirmişdi. Çocuğu, qadını qetl edilmiş, diri-diri torpağa gömülmüş Bakının, Şamaxının, Quba ve Lenkeranın öcü alınmalı idi. Qısa bir müddetde Gencede toparlanmış Cümhuriyyet hökumeti şanlı Azerbaycan ve türk esgerlerinin reşadetli yürüşü ile elleri qanlı cellad Şaumyanın rus-ermeni herbi birleşmelerini darmadağın etdi. İlk zefer iyunda - Göyçay yaxınlığında elde edildi. Burnu ovulmuş ermeni qoşunları Bakıya çekilse de, faydası olmadı. İkibaşlı rus imperiyasını qırmızı rengde berpa etmeye çalışan Lenin diktaturasının yardımları da fayda vermedi. 1918-ci ilin 15 sentyabrında Azerbaycanın başkendi - Bakı düşmenden geri alındı. Az keçmemiş Cümhuriyyet dövlet hakimiyyetini bütün Azerbaycan erazisine yaydı. Tekce bu fakt AXC hökumetini “türk qoşunlarının yaratdığı marionet rejimi” adlandıran ingilis Tomsonlara ve onların muzdlu nökerlerine en tutarlı cavabdı. Xalq Cümhuriyyeti xalqın bağrından qopmuş, ictimai legitimlik qazanmış, bütün sosial tebeqelerin maraqlarına cavab veren milli bir hökumet idi! Onun meqsedi hansısa dövletin imperialist maraqlarını heyata keçirmek deyil, Azerbaycan türkünün on illerle arzuladığı ideyaları reallaşdırmaq idi. Namuslu, vetenini canından artıq seven, çoxu zadegan esilli, demokratik dünyagörüşlü ziyalıların rehberlik etdiyi Milli Hökumet milli, xelqi olmaya bilmezdi! İlk istiqlalımızı elan etmiş Milli hökumetimiz qısa müddetde az iş görmedi. 90 illik fasileden sonra leğv edilmiş Azerbaycan dövletçiliyi berpa edildi. Şerqde ilk demokratik parlamentarizmin esasını qoydu, müselman dünyasında ilk defe qadınlara seçki hüququnu tanıdı.
    Azerbaycan türkü beşeriyyetin en mütereqqi üsul-idare kimi keşf etdiyi demokratiyaya hazır olduğunu beyan etdi. Yeri gelmişken, bu heqiqeti bu gün “öz arşını ile ölçüb demokratiya bezi” Azerbaycana sırıyan semler, yankiler bilmeli, özlerini Memmedeminin varisi adlandırıb Azerbaycan türkünden üz çeviren, evezinde xaricden demokratiya dilenen “siyasetçilerse” utanmalıdır!
    Lakin Şerqde parlamış bu demokratiya ve azadlıq mayakı rus ve fars şovinizminin yuxusunu qaçırmışdı. İki il Cümhuriyyetin zülmünde berq vurmağına zorla dözüm gösteren rus imperializmi, nehayet dişini qıcadı. Birinci cahan savaşında Türkiyenin uduzması ve başının yadellilerle savaşa qarışması qırmızı imperiyanın el-qolunu açdı. Yerli satqınların kömeyi ile 23 aydan sonra tariximize qara herfle düşmüş 27 aprel 1920-ci ilde Cümhuriyyet devrildi. 23 ay yaşasa da, AXC-nin Azerbaycan tarixinde ehemiyyetli rolu danılmazdır. Dahi Memmedeminin ideoloji yön verdiyi, Xoylu Fetelixanın, Nesibbey Yusifbeylinin, elimerdan bey Topçubaşovun ve daha neçe işıqlı ziyalının, dövletçi insanların rehberlik etdiyi hökumet ilk defe olaraq Azerbaycan adını milli dövletimize verdi, tarixi torpaqlarımızı 114 min kv.metrlik erazide vahid dövlet sınırlarına saldı. Göyçede, Zengezurda, Qarabağda Azerbaycan türkünün hakimiyyetini berqerar etdi.
    Bu cür ve sadalamadığımız neçe-neçe neheng işlere imza atmış kişilerin xidmetlerini unutmağa haqqımız yoxdur! Xatireleri Azerbaycan türkünün qelbinde heykelleşmiş kişilerin adları emellerine layiq şekilde ebedileşdirilmelidir. Her halda vetendaşlığını daşıdığımız dövletin adını, dövlet quruluşu formasını onlar müeyyenleşdirib - Memmedemin ve silahdaşları! AXC qurulmasaydı, kim bilir keçmiş Bakı ve Yelizovetpol quberniyaları Sovet Rusiyasına hansı adla ve hansı şekilde birleşdirilecekdi ve SSRİ-den hansı şekilde ayrılacaqdı?!
    Haydı, bayrağımızı, onu bir kere yükseklere qaldırıb, bizlere emanet qoyan kişilerin iziyle!
    Dövletimiz güclü, istiqlalımız ebedi, bayramımız qutlu olsun!

  2. #2
    Junior Member
    Üyelik tarihi
    Jun 2005
    Yer
    Batı Trakya/Yunanistan
    Mesajlar
    11
    Azerbaycanda 2 adam vardir.Biri Mehmet emin resulzade oteki neriman nerimanov.Birincisi İngilisci ikinci milli devletten yana.

  3. #3
    Senior Member
    Üyelik tarihi
    Dec 2004
    Mesajlar
    238
    aygun Allah canini sag elesin , o kopini kocurdende hec olmasa ya biraz qisald yadaki bir nece hisseye bol cunki men inaniram ki hec kim bashdan ayag oxumaz
    Heyati sevirem cunki Sen varsan
    Seni sevirem cunki Heyatimsan!

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.