Hər il martın 8-də bütün dünyada qadınların sosial, iqtisadi, mədəni və siyasi nailiyyətləri qeyd olunur. Bu xüsusi gün qadın hüquqları uğrunda mübarizənin mühüm simvoluna çevrilib. Lakin Beynəlxalq Qadınlar Gününün mənşəyi indiki mənasından çox fərqlidir və maraqlı tarixçəsi var.


Beynəlxalq Qadınlar Gününün mənşəyi 19-cu əsrin sonlarına təsadüf edir. 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində tekstil fabrikində çalışan qadın işçilər iş şəraitinin yaxşılaşdırılması, ədalətli rəftar və səsvermə hüququ tələbi ilə tətilə çıxıblar. Lakin polis müdaxilə edib və çoxlu qadın işçi həlak olub.


Bu faciəli hadisədən sonra, 8 mart 1908-ci ildə Nyu Yorkda 15.000 qadın işçi daha yaxşı iş şəraiti, daha qısa iş saatı və səsvermə hüququ üçün yenidən tətilə çıxdı. Bu tətil qadınların ictimai mübarizəsində mühüm dönüş nöqtəsi oldu.


Beynəlxalq Qadınlar Gününün müasir forması 20-ci əsrin əvvəllərində formalaşmağa başladı. 1910-cu ildə danimarkalı Klara Setkin beynəlxalq qadın konfransında 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasını təklif edib. Bu təklif qəbul edildi və ilk dəfə 1911-ci ildə rəsmi olaraq qeyd olundu.


Zaman keçdikcə Beynəlxalq Qadınlar Günü qadınların hüquqlar uğrunda mübarizəsinin simvoluna çevrilib və bütün dünyada geniş şəkildə qeyd olunan bir günə çevrilib. Bu gün 8 Mart qadın hüquqlarının təbliği, eləcə də qadınların sosial, iqtisadi və siyasi uğurlarını qeyd etmək məqsədilə müxtəlif tədbirlərlə qeyd olunur.


Lakin Beynəlxalq Qadınlar Gününün əsas məqsədi qadınların bərabərlik, ədalət və azadlıq uğrunda mübarizəsini xatırlamaq və davam etdirməkdir. Qadınlar hələ də bir çox cəmiyyətlərdə bərabərsizliklərlə üzləşə bilər, buna görə də 8 Mart qadınların səsini eşitdirdiyi, hüquqlarını müdafiə etdiyi və birlikdə mübarizə apardığı bir gün kimi önəmli olaraq qalır.


Beynəlxalq Qadınlar Günü keçmişdən bu günə qədər uzanan bir tarixə malik olmaqla yanaşı, qadınların bir araya gəlib dəyişiklik yarada biləcəyini göstərən güclü bir simvoldur. Bu xüsusi gün qadınların mübarizəsini şərəfləndirmək və gələcək nəsilləri ruhlandırmaq üçün qeyd olunmağa davam edəcəkdir.


Qadınlar gününüz mübarək!