2 sonuçtan 1 ile 2 arası

1 Iyun

  1. #1
    Junior Member
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    15

    1 Iyun

    1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

    Bu ilin 5 ayı ərzində Azərbaycanda 1000 uşaq dünyaya gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, yeni doğulmuş körpələrin 54 faizi oğlan, 46 faizi isə qızdır. Komitədən onu da bildiriblər ki, bu il doğulmuş körpələrdən 0,6 faizi tələf olub. 8-saylı uşaq poliklinikasının baş həkimi Zəhra Mehdiyevanın sözlərinə görə, son dövrlər uşaqlar arasında tənəffüs yolları və sinir sisteminin xəstəlikləri geniş yayılıb. Mütəxəssis, uşaqlarda sinir xəstəliklərinin doğum əsnasında yarandığını deyir. Bununla yanaşı azyaşlılar vitamin çatışmazlığından da müxtəlif xəstəliklərə tutulur. Zəhra Mehdiyeva əlavə edib ki, körpələr arasında infeksion xəstəliklər mövcud olsa da, geniş yayılmayıb.

    Uşaqların ən çox əziyyət çəkdiyi isə qan xəstəlikləri və kəskin resperator xəstəliklərdir. Qeyd edək ki, uşaqlar arasında kəskin resperator xəstəliklər daha çox mövsümlə əlaqədar əmələ gəlir. Peyvəndlərin aparılmasına gəlincə isə baş həkim bildirib ki, hökumət bu aksiyanın həyata keçirilməsi üçün vəsait ayırıb: «Uşaqlara vərəm, hepatit peyvəndləri vurulur. Bu peyvəndlər uşaqlar doğulandan 7 yaşına qədər davam edir.

    Zəhra Mehdiyevanın sözlərinə görə, uşaqların peyvənd olunması üçün sahə həkimləri doğulduğu tarixdən onları qeydiyyata alır. Məktəb yaşlı uşaqlarda müxtəlif infeksion xəstəliklərə yoluxmanın qarşısını almaq üçünsə peyvəndləmə prosesi tədris ocaqlarında aparılır. Rəsmi statistik məlumata görə, bu gün Azərbaycanda 130 430 şagird var. Onlardan 108 238 dövlət, 22 192 isə özəl məktəblərdə təhsil alır. Təhsil Nazirliyindən verilən məlumata görə, bu il 120 minə yaxın şagird ölkənin ümumtəhsil məktəblərindən məzun olacaq

  2. #2
    Moderator
    Üyelik tarihi
    Dec 2006
    Mesajlar
    2.721

    Re: 1 Iyun

    ushaqlarimizi tebrik edirem balacalarin bayrami mubarek olsun

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.